Mənəviyyata Açılan Pəncərə

Yatağa girərkən oxunan dua

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)  yatağa girəndə 33 dəfə

سُبْحَانَ اللَّهِ

 “Subhanallah” (Allah eyib və nöqsanlardan uzaqdır), 33 dəfə

اَلْحَمْدُ لِلَّهِ

“Əlhamdulilləh” (Həmd Allaha məxsusdur) və 34 dəfə

اَللَّهُ اَكْبَرُ

“Allahu Əkbər” (Allah böyükdür) deyərdi”.[1]

Bundan əlavə də başqa dualar da oxuyardı. Bunlardan biri:

 اَللَّهُمَّ أَسْلَمْتُ نَفْسِي إِلَيْكَ وَوَجَّهْتُ وَجْهِي إِلَيْكَ وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ وأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ لَا مَلْجَأَ وَلَا مَنْجَا مِنْكَ إِلَّا إِلَيْكَ آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ ‏ ‏وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ  اَللَّهُمَّ قِنِي عَذََاَبَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ ‏بِاسْمِكَ أَمُوتُ وَ أَحْيَا

 “Allahım! (mərhəmətini) diləyərək, (əzabından) qorxaraq özümü Sənə təslim etdim, üzümü Sənə çevirdim, işlərimi Sənə həvalə etdim, Sənə arxalandım. Səndən başqa sığınacaq, Səndən başqa dəstəyim yoxdur. Allahım! Nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim. Allahım! İnsanları təkrar dirildəcəyin gün məni əzabından qoru. Sənin ismini (anaraq) ölür və dirilirəm”.[2]

Sonra da sağ əlini başının altına qoyar, dizlərini azca yığar və sağa çönüb yatardı.

Yuxuda və tənha qalanda qorxanın oxuduğu dua

أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ غَضَبِهِ وَ عِقَابِهِ وَ شَرِّ عِبَادِهِ

وَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَ أَن يَحْضُرُونِ

 “Allahın qəzəbindən, cəzasından, qullarının şərindən, şeytanların vəsvəsəsindən və mənə yaxın olmalarından Allahın bütün kəlmələrinə (ayələrinə, sifət və isimlərinə) sığınıram”. [3]

 


[1]. “Hz Fatimə (r.a.) əl dəyirmanı ilə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm)  yanına gələrək şikayətləndi və bir xidmətçi istədi. Bu zaman Allah Rəsulu: “Sənə bundan daha xeyirli bir şey deyimmi? Yatağa girəndə 33 dəfə “Subhanallah”, 33 dəfə “Əlhamdulilləh”, 34 dəfə “Allahu Əkbər” de. Bu, xidmətçidən daha xeyirlidir,” – buyurdu. Müslim, Zikir 80

[2]. Buhari, Daavat 7,8,16; Müslim, Zikr 56-59; Ebu Davud, Edeb 107

[3]. Ebu Davud, Tıb 19

 

Exit mobile version