46. 884 dəfə oxunub ,   0 şərh   Çap et

إِنَّ ف۪ي خَلْقِ السَّمٰوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ * اَلَّذ۪ينَ يَذْكُرُونَ اللّٰهَ قِيَامًا وَقُعُودًا وَعَلٰى جُنُوبِهِمْ

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində), (bu) müddətin uzanıb-qısalmasında ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edirlər! {“Ali İmran” surəsi, 3/190-191}

 عَنْ حُذَيْفَةَ وَأَب۪ي ذَرٍّ   أَنَّ رَسُولَ اللّٰهِ  كَانَ إِذَا أَوٰى إِلٰى فِرَاشِهِ قَالَ: «بِاسْمِكَ اللّٰهُمَّ أَحْيَا وَأَمُوتُ».

Huzeyfə və Əbu Zərr (r.anhumə) deyir:

“Allah Rəsulu (s.ə.s.) yatağına uzananda belə dua edərdi: “Bismikə allahummə əhyə və əmut: Allahım! (Ölümün qardaşı olan yuxuya gedərkən) Sənin adınla ölür (yatır), Sənin adınla dirilirəm (oyanıram)”. [Buxari, Dəavat 7]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : « إِذَا أَوٰى أَحَدُكُمْ إِلٰى فِرَاشِهِ فَلْيَنْفُضْ فِرَاشَهُ بِدَاخِلَةِ إِزَارِهِ فَإِنَّهُ لَا يَدْر۪ي مَا خَلَفَهُ عَلَيْهِ، ثُمَّ يَقُولُ: بِاسْمِكَ رَبّ۪ي وَضَعْتُ جَنْب۪ي وَبِكَ أَرْفَعُهُ، إِنْ أَمْسَكْتَ نَفْس۪ي فَارْحَمْهَا وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِه عِبَادَكَ الصَّالِح۪ينَ»

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Yatarkən paltarınızın iç tərəfi ilə yatağınızı təmizləyin. Çünki axırıncı dəfə yataqdan qalxandan sonra ora (böcək və həşərat növündən) hansı məxluqun girdiyini bilə bilməzsiniz. Bu ilk təmizlikdən sonra belə deyin: “Bismikə Rabbi vadatu cənbi və bikə ərfəuhu, in əmsəktə nəfsi və fərhamhə və in ərəsltəha fəhfazha  bimə təhfazu bihi ibadəkəs-salihin”. [Buxari, Dəavat 13; Müslim, Zikr 64]

Duanın məalı: “Rəbbim! Sənin adınla sağ tərəf üstə yatağıma uzandım. Yenə Sənin adını zikr edərək yataqdan qalxıb oyanacağam. Əgər yuxuda olarkən ruhumu alsan, mənə mərhəmət edib qüsurlarımı bağışla. Əgər yuxudan oyadıb həyatımı davam etdirəcəksənsə, Sənin və qullarına aid haqqa riayət edən əməli-saleh bəndələrini qoruduğun və himayə  etdiyin kimi məni də hər cür şərdən hifz et!”

İzah: Hədisdə tövsiyə edilən təmizliyin keyfiyyətini Peyğəmbərimizin (s.ə.s) dövrünə aid şərtlər nöqteyi-nəzərindən dəyərləndirmək daha düzgün olardı. Çünki o dövrdə evlər taxtadan idi və işıqlandırma sistemi yox idi. Buna görə də Peyğəmbərimizin (s.ə.s) yatağa girərkən həm maddi, həm də mənəvi cəhətdən qorun­mağı tövsiyə etməsi çox təbiidir. Bunu da öz dövrünün şəraitinə uyğun yerinə yetirməyi tövsiyə etmişdir. Dövrümüzdə isə həm işıqlandırma sisteminin inkişafı, həm həşəratların evlərdə az olması, həm də təmizlik vasitələrinin  xeyli təkmilləşməsi təmizliyin keyfiyyətini dəyişdirmişdir. Burada əsas məsələ yatmamışdan əvvəl yatağı zərərli şeylərdən təmizləmək, ikincisi də, ölümün kiçik qardaşı olan yuxuya getməzdən əvvəl hədisdə tövsiyə edilən duanı oxuyaraq tövbə və istiğfar etməkdir.

 عَنْ عَائِشَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  كَانَ إِذَا أَخَذَ مَضْجَعَهُ نَفَثَ ف۪ي يَدَيْهِ وَقَرَأَ بِالْمُعَوِّذَاتِ وَمَسَحَ بِهِمَا جَسَدَهُ.

Həzrəti Aişə (r.anhə) deyir:

“Peyğəmbərimiz (s.ə.s.) yatağına uzananda “muavvizat” adlanan (“İxlas”, “Fəlaq” və “Nas”) surələri oxuyub əllərinə üfürər, sonra da bədəninə çəkərdi”. [Buxari, Dəavat 12]




Şərh yaz