3. 940 dəfə oxunub ,   0 şərh   Çap et

Yenidən dirilişin mümkünlüyü barədə inkarçılar: “Yaxşı, tutalım ki, ölümdən sonra bioloji həyatın yenidən yaranması mümkündür. Bəs yaxşı hislərin və şüurun bədənlə əlaqəsi kəsildikdən sonra insani həyat yenidən necə başlayacaq?” deyərək bunun qeyri-mümkün olduğunu söyləyirlər. Onların bu etirazına cavab olaraq Quran gündəlik təcrübə olan yuxunu xatırladır. Çünki bir-birini əvəz edən yuxu və oyaqlıq halları ölümdən sonra həyatın olacağına gözəl örnəkdir. Yenidən dirilişin isbatı üçün bundan yaxşı sübut verməyə ehtiyac varmı?! Quranda buyurulur:

“Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O, sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt gəlib keçsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O, sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”[1].

İnsanların – yatandan sonra oyandıqları kimi – öldükdən sonra diriləcəklərini bəyan edən bir başqa ayə isə “Zumər” surəsindədir:

“Allah (əcəli çatan kimsələrin) canlarını alar, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!”[2]

Bu ayələr ölüm və yuxu arasındakı oxşarlığını, yəni oyanmaqla ölümdən sonrakı dirilişin bənzərliyini açıqlayır. Yuxu zəif və kiçik ölüm, ölüm isə böyük və şiddətli bir yuxudur. Hər iki halda da insan ruhunun bir həyatdan digər həyata keçməsindən söhbət gedir. Yatıb-durmaqla ölüm və diriliş arasındakı oxşarlığa hədisi-şəriflərdə də toxunulmuşdur. Məsələn, Rəsulullah yatmağa hazırlaşarkən: “Allahım! Sənin adınla ölür və dirilirəm!”, oyandıqdan sonra isə: “Bizi öldükdən sonra dirildən Allaha həmd olsun!”[3] deyə dua etməyi tövsiyə buyurur.

Yatma və oyanma hadisələrini yaradan Uca Allah onların arasında meydana gələn “yuxu” həqiqəti ilə də şübhələri aradan qaldırır. Belə ki, O, yuxularda başqa bir aləmin səslərini və rənglərini göz önünə sərərək üç ölçülü dünya ilə yanaşı, fərqli aləmlərin də var olduğunu bilavasitə göstərir. Gecələr ölümün bir növ kiçik qardaşı olan yuxuya dalan, səhərlər yenidən dirilirmiş kimi dünyaya gözünü açan insan qiyamətin və həşrin əlamətlərinə hər gün şahid olur.

Göründüyü kimi, insan yenidən dirilişə oxşar hadisəni hər gün yuxuya getməklə və oyanmaqla əməli surətdə yaşayır. Quran ölümlə yuxunun, dirilməklə oyanmağın bənzərliyini nəzərə çatdırmaqla demək istəyir ki: Allah insanı nə cür yatırırsa, o cür də öldürür, nə cür yuxudan oyadırsa, o cür də dirildir.


[1] “Ənam” surəsi, 6/60.

[2] “Zumər” surəsi, 39/42.

[3] Buxari, Tövhid, 13.



Açar sözləri

axirət diriliş

Bənzər məqalələr

Axirətdə qurtuluşun açarı

(Ya Rəsulum!) De: “Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.

Dünya nemətlərindən istifadə

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Axirətin varlığının dəlilləri

Doğrudanmı, əbədiyyət var və insan əbədiyyətə qovuşacaq?
Əbədi həyatın var olub-olmamasının həm İlahi, həm məntiqi, həm də elmi dəlilləri var. Bu dəlillər o qədər çoxdur ki, onları sayıb qurtarmaq mümkün deyil.

Stressin çarəsi

Stress xarici və ya daxili mühitin mənfi, qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiyanın adıdır. Stress bədənin kənar təsirlərə göstərdiyi fiziki və psixoloji-emosional reaksiyadır.

Az gülün, çox ağlayın!

Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız.


Şərh yaz