3. 715 dəfə oxunub ,   1 şərh   Çap et

 

 عَنْ حُذَيْفَةَ  قَالَ: كَانَ النَّبِيُّ  إِذَا أَخَذَ مَضْجَعَهُ مِنَ اللَّيْلِ وَضَعَ يَدَهُ تَحْتَ خَدِّهِ ثُمَّ يَقُولُ: «اَللّٰهُمَّ بِاسْمِكَ أَمُوتُ وَأَحْيَا» وَإِذَا اسْتَيْقَظَ قَالَ: «اَلْحَمْدُ لِلّٰهِ اَلَّذ۪ي أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا وَإِلَيْهِ النُّشُورُ»

Hz. Huzeyfə (r.a.) demişdir: “Allah Rəsulu (s.ə.s.) gecə yatarkən sağ yanağını sağ ovcunun içinə qoyar və sonra da bu duanı oxuyardı: “Allahım! (Ölümün qardaşı olan yuxuya gedərkən) Sənin adınla ölür (yatır), Sənin adınla dirilirəm (oyanıram)”. Oyananda isə belə dua edərdi: “Bizi öldürdükdən (ölümün kiçik qardaşı olan yuxunu verdikdən) sonra dirildən (yenidən həyata qaytaran) Allaha həmd olsun. (O biri aləmdə) Axirət sabahı yenə Onun hüzurunda oyanacağıq (Ona dönəcəyik)”. [Buxari, Dəavat 7]

 عَنْ جَابِرِ بْنِ سَمُرَةَ  قَالَ: «كَانَ النَّبِيُّ  إِذَا صَلّٰى الْفَجْرَ تَرَبَّعَ فِي مَجْلِسِهِ حَتّٰى تَطْلُعَ الشَّمْسُ حَسْنَاءَ»

Cabir ibn Səmura (r.a.) demişdir:

“Allah Rəsulu (s.ə.s.) sübh namazını qıldıqdan sonra günəş doğub parlayana qədər yerində bardaş qurub oturar, (dua və zikrlə məşğul olmaqla yanaşı əshabın yuxularını yozar və ya münasib bil­diyi məsələləri izah edərdi)”. [Əbu Davud, Ədəb 26]




1 şərh yazılıb
  1. Çinarə Şirinli , 14/06/2014 tarixində, saat 20:06

    Allah razı olsun coox gözəl məlumatdır

Şərh yaz