15. 220 dəfə oxunub ,   0 şərh   Çap et

Gecə namazı qərb üfüqündəki qırmızılıq itdiyi andan başlayır və dan yeri ağaranadək (ikinci fəcrədək) davam edir. İkinci fəcr olanda gecə namazının vaxtı çıxır. İbn Ömərin (r.a) rəvayət etidiyi “Şəfəq qırmızılıqdır. Şəfəq itdikdə, namaz qılmaq fərz olur”[1] hədisi bunun dəlildir. Başqa bir dəlil Əbu Qətadənin rəvayət etdiyi “Yuxuda qüsur yoxdur. Qüsur digər namazın vaxtı girincəyədək namazı qılmayandadır”[2] hədisidir. Bu hədis sübh namazı istisna olmaqla hər namazın vaxtının digər namaz vaxtı girincəyədək davam etdiyinə dəlalət edir.

Gecə namazını gecənin üçdə birinədək gecikdirmək müstəhəb, gecənin yarısına qədər gecikdirmək mübah, bir üzr olmadıqca dan yeri ağaranadək (ikinci fəcrədək) gecikdirmək isə məkruhdur. Çünki bu zaman namazın ötürülmə təhlükəsi vardır.[3]


[1].      Sənani, e.a.ə., I, 114.

[2].      Müslim, Məsacid, 311.

 [3]     Dəlilləriylə islam elimihalı




Şərh yaz