24. 905 dəfə oxunub ,   0 şərh   Çap et

Bir gün Həzrət Əlindən soruşurlar:

– Əgər siz birinə yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə, nə edərsiniz?

İmam cavab verir:

– Əlbəttə yaxşılıq edərəm.

– Əgər o yenə sizə pisliklə cavab versə?

– Yenə yaxşılıq edərəm.

– Bu necə olur ki, o sizin hər yaxşılığınıza qarşı pisliklə cavab verir. Siz isə onun hər pisliyinə qarşı yaxşılıqla cavab verirsiniz?

Həzrət Əli suala sualla cavab verir:

– Bəs bu necə olur ki, mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm, o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirə bilir?

El arasında çox gözəl bir söz var: “Yaxşılıq et at dəryaya, balıq bilməsə də, Xaliq bilər”.




Şərh yaz