عَنْ عَائِشَةَ قَالَتْ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «لَا صَلَاةَ بِحَضْرَةِ طَعَامٍ وَلَا وَهُوَ يُدَافِعُهُ الْأَخْبَثَانِ»
Həzrəti Aişə (r.anhə) Allah Rəsulundan (s.ə.s.) belə eşitdiyini nəql etmişdir:
“Süfrə hazırkən və bir də böyük və kiçik ayaq yolu ehtiyacı ola-ola (rəf edilmədən) qılınan namaz kamil və mətlub (arzu edilən) namaz deyildir”. [Müslim, Məsacid 67]
İzah: Namaza başlayarkən qəlbi dünya ilə bağlayan və insanı Rəbbin hüzurunda məşğul edən amillərdən uzaqlaşmaq lazımdır. Əks halda, namazdan gözlənilən nəticəni almaq, namaz zahirən qılınsa da, ruhən və mənən ideal olan namazı iqamə etmək mümkün olmayacaq. Buna görə də sözügedən hallarda namaz qılmaq məkruhdur. Ancaq vaxtın çıxması kimi hallar istisnadır, bu halda əvvəlcə namaz qılınmalıdır