3. 549 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنْ عُمَرَ بْنِ أَب۪ي سَلَمَةَ  قَالَ: قَالَ ل۪ي رَسُولُ اللّٰهِ: «سَمِّ اللّٰهَ وَكُلْ بِيَم۪ينِكَ وَكُلْ مِمَّا يَل۪يكَ»

Ömər ibn Əbi Sələmə (r.a.) rəvayət edir:

“Allah Rəsulu (s.ə.s.) mənə: “Bəsmələ çək, sağ əlinlə və öz qabağından ye!” – deyə buyurdu”. [Buxari, Ətimə 2; Müslim, Əşribə 108]

 عَنْ عَائِشَةَ  قَالَتْ: قَالَ رَسُولُ اللّٰهِ: «إِذَا أَكَلَ أَحَدُكُمْ فَلْيَذْكُرِ اسْمَ اللّٰهِ تَعَالٰى، فَإِنْ نَسِيَ أَنْ يَذْكُرَ اسْمَ اللّٰهِ تَعَالٰى ف۪ي أَوَّلِهِ فَلْيَقُلْ بِسْمِ اللّٰهِ أَوَّلَهُ وَآخِرَهُ»

Həzrəti Aişə (r.anhə)  Allah  Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

Yemək yeyərkən əvvəlcə “bəsmələ” (Bismilləhir-rahmənir-rahim) oxuyun. Yeməyin başında “bəsmələ” deməyi unutsanız, xatırlayanda “Bismilləhi əvvələhu və əxirahu (yeməyin həm başında, həm də sonunda Allahın adını anıram)” deyin”. [Əbu Davud, Ətimə 15; Tirmizi, Ətimə 47]

 عَنْ أَب۪ي أُمَامَةَ  أَنَّ النَّبِيَّ  كَانَ إِذَا رَفَعَ مَائِدَتَهُ قَالَ: «اَلْحَمْدُ لِلّٰهِ حَمْدًا كَث۪يرًا طَيِّبًا مُبَارَكًا فِيهِ غَيْرَ مَكْفِيٍّ وَلَا مُسْتَغْنًى عَنْهُ رَبَّنَا»

Əbu Ümamə (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) süfrədən qalxarkən belə dua edərdi: “Saysız-hesabsız, təmiz, mübarək və daimi olan həmd Rəbbimiz Allaha məxsusdur. Rəbbimiz üçün bu (həmd) dəyərlidir”. [Buxari, Ətimə 54]

 عَنْ مُعَاذِ بْنِ أَنَسٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: مَنْ أَكَلَ طَعَامًا فَقَالَ: الْحَمْدُ لِلّٰهِ الَّذ۪ي أَطْعَمَن۪ي هٰذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنّ۪ي وَلَا قُوَّةٍ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

Muaz ibn Ənəsin (r.a.) bəyan etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Kim yemək yeyəndən sonra: “Bu yeməyi mənim güc və qüvvəm olmadan mənə yedirən və onu mənə ruzi kimi ehsan edən Allaha həmd olsun,” – deyə dua edərsə, keçmiş günahları bağışlanar”. [Əbu Davud, Libas 1; Tirmizi, Dəavat 56]



Açar sözləri

yemək ədəbi

Bənzər məqalələr

Yemək və süfrə ədəbi

Allah Rəsulu (s.ə.s.) heç bir yeməyi pisləməmişdir. Yeməyi ürəyi istəsə, yeyər, xoşlamazsa, heç bir qüsur axtarmadan yeməkdən uzaq durardı


Şərh yaz