Göndərilən peyğəmbərlərin sayı haqda Quranda konkret məlumat yoxdur. Qurani-Kərim hər millətə, hər bölgəyə bir peyğəmbər göndərildiyini vurğulamışdır[1]. Peyğəmbərlərin sayı ilə bağlı hədisdə bildirilir ki, yer üzünə 124 min nəbi, 313 rəsul göndərilmişdir[2].
[1] “Fatir” surəsi, 35/24; “Mumin” surəsi, 40/78.
[2] İbn Hibban, “Səhih”, 2/77.
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.
Rəsulullah (s.ə.s) peyğəmbərliyindən əvvəl özünə vəhy olunacağı haqqında heç nə bilmirdi. Ona (s.ə.s) özünün xəbəri olmadan vəhy gəlmişdir.
Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.
Peyğəmbərlik vəzifəsi baxımından bütün peyğəmbərlər bərabərdir. Lakin fəzilət yönü ilə peyğəmbərlər arasında fərq vardır.