2. 530 dəfə oxunub ,   0 şərh   Çap et

Təkamül elmi deyilsə, yer üzündəki həyatı necə izah etmək olar?

 Yer üzündə canlıların necə yaranması, bu gün iki milyon olan bitki və heyvan növlərinin (10-30 milyon növün yaşadığı təxmin edilir) bütün dünyaya necə yayılması vacib sualdır. Anatomiya, fiziologiya, genetika, biokimya, sitologiya kimi fənlərdə, sağlamlıq və qidalanma sahələrində böyük nailiyyətlər qazanılmışdır ki, bunlar da bioloji həyatın izahında və başa düşülməsinə yaxşı imkanlar açır. İyirmi birinci əsrə damğasını vuran elm sahələrinin başında biologiya gələcəkdir. Xərçəng, QİÇS, genetik xəstəliklər kimi çətin problemlərə belə yeni biotexnoloji metodlarla çarə tapılması gözlənilir.

Bütün bunlara baxmayaraq, kainatın, dünyanın, həyatın və insanın yaradılışı elmin obyektinə və sərhədlərinə sığmayan bir müəmma olaraq qalmaqda davam edənə bənzəyir. Heç kimin şahid olmadığı varlıqların ilk yaranışı haqqında bütün söylənilənlər spekulyativ iddialardan başqa bir şey deyildir. Başa yığılmış bir filmin yenidən yavaş-yavaş təkrar göstərilməsi kimi müsbət elmlərin təcrübə və müşahidə metodları ilə ilk yaradılışın təkrarlanması mümkün deyildir. Bu, həm sözügedən ilk “yaradılış”ların təkrarolunmazlığından, həm də bunları aydınlaşdırmaq üçün təkmilləşdirilən model və ssenarilərdə fiziki-kimyəvi şərtlərin ilk yaradılış şərtləri və amillərini heç cür tam təmsil edə bilməməsindən qaynaqlanır.

Bununla bərabər, hər şeylə maraqlanan, soruşan və izah etmək istəyən insan ağlı əsrlərdir, həyatın əmələ gəlməsi haqqında dörd kateqoriyada birləşən fikirləri mübahisə və müzakirə edir. Bu dörd kateqoriyanın üçü insanın öz zehni və əqli fəaliyyətinin məhsulu, biri isə ilahi mənbəlidir və məntiqcə beşinci bir yol yoxdur.

 ***

Həyatın “qeyri-üzvi və cansız elementlər”dən təsadüfən ortaya çıxdığını iddia edən təkamül nə qədər ki,

molekulyar biologiya və biokimya laboratoriyalarında “təkrarlana bilən təcrübələrlə”

isbat olunmamışdır,xurafatdan başqa bir şey deyildir.

 Prof.Dr Arif Sarsılmaz “110 sualda təkamül”




Şərh yaz