22. 549 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:“Yoxdan var ola bilməz, var olan, mövcud olan da yox ola bilməz” deyirlər. Bunu necə izah edərdiniz?

a) Bu iddia sonradan yaradılmışlar üçündür. Allah üçün deyil… Çünki aciz insanların özləri yoxdan var edə bilməzlər və varı yox etməyə də gücləri çatmaz. Hər şeyi özləri ilə müqayisə etdikləri və hər şeyin özləri kimi olduğunu düşündükləri üçün özlərinə baxaraq bu hökmü ümumiləşdirmək istəyirlər. Onda da çıxılmaz vəziyyətə düşürlər. Çünki bu təqdirdə maddənin əzəli olduğunu qəbul etmiş olurlar. Bu isə termodinamikanın 2-ci qanununa ziddir. Kainatda enerji miqdarı vaxt keçdikcə azalmaqdadır.

İsti cisimlər soyuyaraq, soyuq cisimlər isinərək temperatur fərqləri aradan qalxmaq uzrədir. Bütün cisimlər ortaq bir istilik dərəcəsinə gələcək, kainatda heç bir hərəkət mümkün olmayacaqdır. Bu isə termodinamik qiyamətdir. Deməli, maddənin də bir başlanğıc istiliyi vardır. Materialistlərin də dediyi kimi, maddə əzəli olsaydı, bu qiyamət çoxdan qopmuş olardı. Çünki əzəl milyard illərlə belə ölçülə bilməyəcək bir keçmişdir. Belə olan halda, çoxdan ətalət halına keçilmiş olacaq, həyat öz yerini ölümə təhvil vermiş olacaqdı. Madam ki, bu qiyamət hələ ki qopmayıb, deməli, gələcəkdə nə vaxtsa qopacaq. Beləliklə, materializmin maddə əzəlidir, əbədidir fikri kökündən yanlışdır. Elə isə maddə sonradan yaradılmışdır. Həm də əgər maddə əzəli olsaydı, hər an kütləsindən milyonlarca ton itirən günəşin yerində indi küləklər əsərdi.

b) Enerji maddəyə maddi mühitdə çevrilir. Maddə yox ikən enerji vardı deyənlər, elmi cəhətdən mümkün olmayan bir iddia irəli sürürlər.

c) Maddədə bir öz cövhər (onun əsl mahiyyəti), bir də istilik-soyuqluq, uzunluq-qısalıq, hərəkət-ətalət, rəng-qoxu kimi ətraf mühitin təsiri ilə əmələ gələn və arizi adlandırılan keçici hallar vardır. Bütün arizi hallar sonradan yaradılmışdır. Ətalət vəziyyətindən sonra hərəkətin, hərəkətdən sonra soyuqluğun, aydınlıqdan sonra qaranlığın meydana gəldiyini görürük. Biz hərəkətdən əvvəl ətalət halının da keçici olduğunu bilirik. Əks təqdirdə, ətalət halı əbədi olsaydı, hərəkət halı onun yerinə keçə bilməzdi. Çünki əzəli və əbədi olan şeylər yox ola bilməzlər.

Maddənin bu keçici xüsusiyyətləri kimi öz cövhəri də sonradan yaradılmışdır. Çünki belə keçici halları olmayan bir maddə düşünülə bilməz. Elə isə özü də sonradan yaradılmışdır.

Hər şeyə qadir olan Allah (c.c.) varlıqları iki yolla yaradır:

 1) Heçdən, yoxdan var edir və yaratdığı şeyə lazım olan hər şeyi də yaradıb yaratdığına verir.

2) İnşa ilə, sənət ilədir. Yəni hikmətinin ən kamil mərtəbədə olduğunu və çox isimlərinin təcəllilərini göstərmək kimi çox incə hikmətlər üçün kainatda mövcud olan maddələrdən bəzi varlıqları inşa edir, yaradır. Hər əmrinə itaət edən zərrələri və maddələri rəzzaqiyyət (bəsləmək, ruzi vermək, ehtiyacını ödəmək) qanunu ilə onlara göndərir, çalışdırır. Var olanı, mövcud olanı yox etmək və yoxdan var etmək ən rahat, daimi və umumi bir qanundur. Bir baharda üç yüz min canlı növlərinin, cürbəcür, növbənöv məxluqatın şəkillərini, sifətlərini, əlamətlərini, bəlkə zərrələrindən başqa bütün keyfiyyət və hallarını, yəni keçici vəziyyətlərini heçdən var edən bir qüdrət, əlbəttə ki, yoxu var etməyə, varı da yox etməyə qadirdir. Bunun əksinə edilə bilməz. Biz bəzi varlıqları gözümüzlə bəzilərini də ağlımızla görürük. Amma insanın ağlı da gözünə enərsə, yəni sadəcə gözü ilə gördüklərinə inanar onları qəbul edərsə, ona artıq deməyə sözümüz yoxdur. O bu yolla Allahın sonsuz nemətlərini görə bilməz.

Allah-Təalanın ən sevdiyi qulu və Peyğəmbərinin (s.ə.s.) bir muharibədə dişi sındı. Allah nə uçun buna mane olmadı?

a) Peyğəmbər Əfəndimiz (s.ə.s.) bütün məsələlərdə hər baxımdan bizə nümunə və rəhbərdir. Ona görə də, hər halı xariquladə olmaz. “Əgər hər halı xariquladə olsaydı, bizə tam bir imam ola bilməzdi. Bu baxımdan müharibədə səngərə girər, zireh geyər, üşüyər, ağrı hiss edər” və yeri gələndə də dişi sınar. Müharibə vaxtı camaatla namazın necə qılınacağını hər cür ağır şərtlər altında bizə göstərməli idi ki, “Quran”da bizə əmr edilən o ibadəti ondan hər tərəfli öyrənmiş olaq.

b) Bu imtahan dünyasında Onun (s.ə.s.) da səbri yoxlanılmaqdadır. Bütün sınaqlarda ümməti ilə eyni həyatı

yaşayan Peyğəmbər Əfəndimiz (s.ə.s.) cəfakar halı ilə cihad dərsi vermişdir. Demək ki, hər cür vəziyyətdə, hə anda əhəmiyyətli olan iş insanlığın imanının xilasıdır. Daşa tutulub dişi sındığı, ayaqları qana qərq edildiyi vaxtlarda belə dua və istəklərində bunun şahidi oluruq.

c) Bu dünya imtahan dünyası olduğu üçün küfrün tərəddüdün davam edə bilməsinə çox zəif də olsa, bəzi qaynaqlar, səbəblər olmalıdır. Heç etiraz nöqtələri olmasa özünə xəyali dirəklər də tapa bilməzdi. Cəlali və Cəmali isimlərin gərəyi olaraq, təklif, imtahan sirrinin tələbi olaraq bəzi belə şeylər olmalıdır.



Açar sözləri

yaratmaq

Bənzər məqalələr

Biz qədərin məhkumuyuq?

Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib? Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.

Allah kainatı yaratmamışdan əvvəl harada idi və nə edirdi?

İnancsız insanlar Allah-Təala barəsində bu və bu kimi qeyri-məntiqi suallar ortaya atırlar: “Allah gücü çatmayan daşı yarada bilər?”, “Allahın canı sıxılır?”, “Hər şeyi Allah yaradıb, bəs Allahı kim yaradıb?” və s. Bu qəbildən suallara uzun-uzadı cavablar yazmaqdansa, bir misal verməklə məsələyə aydınlıq gətirməyə çalışaq.

Allahın yaratdığı şeylərdə israf varmı

Filosoflar “Quran” nuru ilə kainata baxmadıqları üçün bu mövzudakı fikirləri dar və yarımçıqdır.

Səbəblər nəyisə yaratmağa qadirdirlərmi?

Bir əşya və ya hadisə ardırsa, o, mütləq ona aid olan qanunlarla vardır.


Şərh yaz