Yoxsul və zəif də olsa, müsəlmanlara dəyər vermək
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذ۪ينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِىِّ يُر۪يدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ
Səhər-axşam Rəbbinin rizasını və camalını diləyərək Ona ibadət edənlərlə birlikdə sabitqədəm ol. Gözlərini onların üstündən çəkmə. {“Kəhf” surəsi, 18/28}
عَنْ حَارِثَةَ بْنِ وَهْبٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: «أَلَا أُخْبِرُكُمْ بِأَهْلِ الْجَنَّةِ؟ كُلُّ ضَع۪يفٍ مُتَضَعَّفٍ لَوْ أَقْسَمَ عَلَى اللّٰهِ لَأَبَرَّهُ، أَلَا أُخْبِرُكُمْ بِأَهْلِ النَّارِ؟ كُلُّ عُتُلٍّ جَوَّاظٍ مُسْتَكْبِرٍ»
Harisə ibn Vəhb (r.a.) rəvayət edir:
“Mən Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Baxın! Sizə kimlərin Cənnət əhli olduğunu söyləyəcəyəm. Onlar təvazökarlığına və ya insanlar arasında mövqeyinə görə zəif olan, xalqın xor baxdığı adamlardır. Allaha and içsələr, Allah onların andını mütləq düz çıxarar. Sizə Cəhənnəmdəkilərin kimlər olduğunu da deyim. Onlar daşqəlbli, kobud, xəsis və lovğa-lovğa yeriyən kibrli (təkəbbürlü) insanlardır”. [Buxari, Eyman 9, Ədəb 61; Müslim, Cənnət 47]
عَنْ أَب۪ي هُرَيْرَةَ عَنْ رَسُولِ اللّٰهِ قَالَ: «إِنَّهُ لَيَأْتِي الرَّجُلُ العَظ۪يمُ السَّم۪ينُ يَوْمَ الْقِيَامَةِ لَا يَزِنُ عِنْدَ اللّٰهِ جَنَاحَ بَعُوضَةٍ»
Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:
“Qiyamət günü dünyada yüksək məqam-mövqe sahibi olan, böyük kimi tanınan yekəpər bir adam hüzura gələr, amma Allah qatında milçək qədər dəyəri olmaz”. [Buxari, Təfsiru surə 18/6; Müslim, Sifatul-Münafiqin 18]
عَنْ أَب۪ي هُرَيْرَةَ أَنَّ امْرَأَةً سَوْدَاءَ كَانَتْ تَقُمُّ الْمَسْجِدَ، أَوْ شَابًّا فَفَقَدَهَا أَوْ فَقَدَهُ رَسُولُ اللّٰهِ فَسَأَلَ عَنْهَا أَوْ عَنْهُ فَقَالوُا: مَاتَ. قَالَ: «أَفَلَا كُنْتُمْ آذَنْتُمُونِي» فَكَأَنَّهُمْ صَغَّرُوا أَمْرَهَا أَوْ أَمْرَهُ فَقَالَ: دُلُّون۪ي عَلٰى قَبْرِهِ» فَدَلُّوهُ فَصَلَّى عَلَيْه ثُمَّ قَالَ: «إِنَّ هٰذِهِ الْقُبُورَ مَمْلُوءَةٌ ظُلْمَةً عَلٰى أَهْلِهَا وَإِنَّ اللّٰهَ تَعَالٰى يُنَوِّرُهَا لَهُمْ بِصَلَات۪ي عَلَيْهِمْ»
Əbu Hureyrə (r.a.) rəvayət edir:
“Zənci qadın və ya gənc Məscidi-Nəbəvini süpürürdü. Bir müddət Allah Rəsulunun (s.ə.s.) gözünə dəymədiyi üçün harada olduğunu soruşdu. Öldüyünü dedilər. Rəsulullah: “Mənə xəbər verməli deyildinizmi?”– dedi. Düzü, orada olanlar həmin şəxsə o qədər əhəmiyyət verməmişdilər. Peyğəmbərimiz (s.ə.s.):“Mənə məzarını göstərin!”– buyurdu. Onlar da göstərdilər. Allah Rəsulu (s.ə.s.) onun üçün cənazə namazı qıldı, dua etdi və belə buyurdu: “Bu qəbirlər orada yatanlar üçün zülmət qaranlıqdır. Amma Allah onlar üçün qıldığım namaz və etdiyim dualarla o qəbirləri nurlandırar, aydınlıq edər”. [Buxari, Cənaiz 67; Müslim, Cənaiz 71]
عَنْ أَب۪ي هُرَيْرَةَ: قَالَ رَسُولُ اللّٰهِ: « رُبَّ أَشْعَثَ أَغْبَرَ مَدْفُوعٍ بِالْأَبْوَابِ لَوْ أَقْسَمَ عَلَى اللّٰهِ لَأَبَرَّهُ»
Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:
“Saçı-başı dağınıq, üzü-gözü toza-torpağa bulaşmış, qapılardan qovulub əhəmiyyət verilməyən neçə-neçə adam var ki, (hər hansı bir məsələ haqda) Allaha and içsələr, Allah onları andlarında yalançı çıxartmaz”. [Müslim, Birr, 138]