9. 010 dəfə oxunub ,   0 şərh   Çap et

 Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.

Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqəlidir. Bu əlaqə hələ indiyə kimi tam başa düşülməyib. Amma doyunca yemək kimi, doyunca yatmaq da insanın özünü xoşbəxt və rahat hiss eləməsinə səbəb olur.

  Quranı-Kərimə nəzər saldıqda yuxu ilə əlaqəli ayələrin olduğuna şahid oluruq. Məsələn: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.” (Furqan surəsi, 25/ 47)

Yuxunuzu da istirahət etdik. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.” (Nəbə surəsi, 78/ 9-11)

İnsan yatmadan 6-11 gün dayana bilər. Ancaq insan 6-7 gün yuxusuz qaldıqda motivasiya, qavrama, problem həll etmə və düşünməkdə çətinlik çəkməyə başlayır. Deməli gündəlik həyatımızda yatmaq xüsusi əhəmiyyətə malikdir. Yuxu insana bəxş edilən İlahi nemətdir.

Yuxu ilə əlaqəli hormonlar

Orqanizmin sağlam qalmağını təmin edən müəyyən hormonlar var. Həmin hormonlar gün ərzində müxtəlif saatlarda ifraz olunur. Məsələn, bədənin hərəkətliyini təmin edən kortizon (yunanca “hərəkətə keçirmək” deməkdir) hormonunun qanda səhərlər daha çox ifraz olunur. Bu ifraz gün boyu getdikcə azalır və gecə saat 23:00-da ən aşağı səviyyəyə düşür. Bu hormonlardan biri də melatonindir. Melotonin bədənin sağlamlığını qoruyucu funksiyası var. Gündəlik işlərdən yorulan insan bu hormon sayəsində yuxuya gedir. Bu hormonun ifrazı işıqda azalır, qaranlıqda isə artır. Qanda ən çox ifraz olunduğu saatlar 21:00-03:00-dur. 

Yuxu saatları və xəstəliklər

Gecə saat 22:00-dan etibarən qan təzyiqi və ürək döyüntüsü azalmağa, saat 04:00-dan sonra isə təzyiq və ürək döyüntüsü artmağa başlayır. 15:00 və 18:00 arasında isə, bu artış ən yüksək səviyyəyə çatır. Buna görə də təzyiq və ritmin yüksək və hüceyrələrin də daha çox aktiv olduğu ikindi vaxtında yatmamaq lazımdır. Əks təqdirdə bu yüksək təzyiqin əmələ gəlməyinə və ürəkdə narahatlığa səbəb ola bilər. Bu saatlar dinimizdə kərahət vaxtları olaraq bilinir və dinimizə görə də bu saatlarda yatmaq uyğun görülmür. Bir insan gün ərzində 3,5 saat yataraq 8 saat yatmış kimi fayda əldə edə bilər. Gecə 22:00 və 02:00 arasındakı yuxu  200% (iki qat artıq) faydalıdır. Yəni bu saatlarda 3 saat yatmaq, 6 saat yatmağa bərabərdir. Gündüz isə 10:00 və 13:00 arasındakı yəni quşluq vaxtındakı yuxu isə 400% faydalıdır. Bu saatlar arasında yarım saat yuxulamaq 2 saat yatmaq kimidir. Buna əsasən gecə 3 saat, gündüz də 0,5 (yarım) saat yatan şəxs 3,5 saat yatsa da, əslində 8 saat yatmış kimi istirahət edir. Buna riayət edən şəxs yuxusuzluqdan əziyyət çəkməz. İkindidən və gecə 03.00-dan sonrakı yuxunun faydalılığı isə təxminən 50%-dir. Yəni gecə 03:00-da yatan şəxs gündüz 15:00-da oyansa 12 saat yatmağına baxmayaraq, əslində özünü 6 saat yuxu yatmış kimi hiss edər.

Peyğəmbərimizin (s.ə.s) yuxu saatlarını elmi araşdırmalarla qarşılaşdırdıqda Onun tətbiqatının nə qədər faydalı olduğuna şahid oluruq. Peyğəmbərimiz (s.ə.s) yatsı namazından sonra yatar, ardından da gecə təhəccüd namazına qalxardı. Təhəccüd namazını qılandan sonra yatmaz sabah namazına hazırlaşardı. Sabah namazından sonra da kərahət vaxtı olduğu üçün yatmazdı.  Həmçinin ikindi ilə axşam namazları arasında da belə yatmazmış. Rəsulullah (s.ə.s) günorta namazından sonra isə qaylulə edərdi. Yəni yarım saat və ya bir saat dincələrdi. Yəni:

Ən geci 22:00-da və ya yatsıdan sonra yatmaq.

02:00-03:00 təhəccüdə qalxmaq,

11:00-13:00 imkan olduğu təqdirdə qaylulə yuxusu yatmaq faydalıdır.

Gündüz yuxusu

Gündüz yuxusu deyərkən günəş doğmağa başladıqdan batana qədər olan vaxt ərzində yatmağı nəzərdə tuturuq. Bu yuxunun da üç növü var.

Ğaylulə fəcrdən (səhər namazının giriş vaxtı) etibarən başlayaraq səhər namazı çıxdıqdan sonra kərahət vaxtının qurtarmasına qədər olan zamandır. Bu vaxtda yatmağın ruzinin azalmasına və bərəkətsizliyinə səbəb olduğu hədislərlə sabitdir.

 Feylulə (yanlış, səhv etmək məsdərindən düzəldilmiş isimdir) – İkindi namazından sonra axşam namazının vaxtına qədərki zaman dilimidir. Bu vaxt ərzində yatmaq ömrün qısalmasına səbəb olur. Həmin saatlarda yatmaq tam yuxu sayılmır, səmərəsi azdır. Mənəvi olaraq isə, həmin günün maddi və mənəvi nəticəsi əsasən ikindidən sonra ortaya çıxdığına görə bu vaxt yatan şəxs sanki nəticəni görmədiyi üçün həmin günü yaşamamış kimi olur.

Qaylulə (günorta yuxusu) vaxtında yatmaq Peyğəmbərimizin (s.ə.s) sünnəsidir. Duha vaxtı (günəş şüalarının ortalığı isitməyə başladığı saatdan) başlayır və günortadan bir az sonraya qədər davam edir.

Yatmaq və istirahət ilə əlaqəli bir neçə hədis

“Günorta vaxtı qaylulə edin. Heç şüphəsiz şeytanlar günorta vaxtı qaylulə etməzlər.” (Müslim)

 “Sahur yeməyi ilə gündüz tutacağınız oruca; günorta yuxusu, qaylulə ilə də təhəccüd namazına qüvvət qazanın.” (İbn Macə, Savm, 22)

“Rəsulullahla Cümə namazını qılar, sonra da qaylulə edərdik.” (Buxari, Cümə, 40)

“Sizdən biri yatarkən, şeytan onun boynuna üç düyüm atar. Hər düyümün üzərinə, “uzun bir gecə səni gözləyir, yat, uyu!” – deyərək əlini vurur. O şəxs oyanıb Allahı zikr edərsə bir düyüm, dəstəmaz alarsa bir düyüm, namaz da qılarsa bütün düyümlər açılır. Artıq o şəxs nəşəli və hərəkətli olar. əks halda nəşəsiz və təmbəl olar.” (Buxari, Təhəccüd, 12)

 “Sabah namazını qıldıqdan sonra yatmayın, qazancınızı axtarmağa çalışın!” (Təbərani)  

“Haqq Təala ruzini, fəcr ilə günəşin doğacağı vaxtlar arasında verir.” (Beyhəqi)  



Açar sözləri

beyin istirahət qaylulə yuxu

Bənzər məqalələr

Yusuf surəsi və röya təbiri

Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Röyan, “misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir.”

Düşüncə qabiliyyəti və oruc

Orucun beyin hüceyrələrinə bu baxımdan müsbət təsiri çoxdur. Çünki oruc əsnasında çoxlu miqdarda qan qəbul edən beyin daha dinamik və fəal işləyir.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Yuxugörmə hadisəsi necə baş verir?

Yuxuda hərəkətsiz bədənimizlə görən, gəzən və danışan kimdir? Gecələr yuxuya dalırıq. Göz qapaqlarımız bağlanır, qulaqlarınız eşitmir, diliniz lal olur, əlimiz tutmur və ayağımız yerimir. Əgər yuxuda olarkən yanımızda kimsə danışsa onu görmür, danışdığını isə eşitmirik. Onun da, bizim yuxuda gördüklərimizdən, hiss edib yaşadıqlarımızdan xəbəri olmur. İnsan çox vaxt ancaq yatdığını və oyandığını bilir. Yatarkən gözü bağlı qaranlıqlara dalmış kimi olur və heç nə görmədən dünyaya qayıdır.

Beynimiz və oxuma

İndi gözləriniz hərflər üzərində hərəkət edir. Gördükləriniz beyninizə ötürüldükdə beyninizdə sirlərlə dolu elm aləminə səyahət başlayır. Bəs görəsən oxuyub-anlamaq necə baş verir? Beyində digər mərkəzlər kimi oxuma mərkəzi də varmı?


Şərh yaz