Mənəviyyata Açılan Pəncərə

Zilhiccə orucu

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Nafilə oruclar bütün mübah günlərdə tutula bilər. Ancaq bəzi günlərdə oruc tutmaq daha fəzilətlidir. Həmin günlərdən biri də Ərəfə günüdür.

Həccə getməyənlərin zilhiccə ayının doqquzuncu (ərəfə) günü oruc tutması müstəhəbdir. Rəsulullah (s.a.s.) bu haqda belə buyurmuşdur:

“Allahdan ümid edirəm ki, Ərəfə günü tutulan oruc bundan əvvəlki və sonrakı bir ilin günahlarını örtəcək.”[1]

Bundan əlavə Zilhiccə ayının ilk doqquz günü oruc tutmaq tövsiyə edilmişdir. Ancaq həcdə olanlara yorğunluq verə biləcəyi üçün onların ərəfə günü oruc tutması məkruhdur. Həzrət Hafsa (r. anha) belə deyir:

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucunu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.[2]


[1]Əhməd İbn Hənbəl, Müsnəd, V, 196, 297, 304, 307, VI, 128.
[2]Nəsai, Siyam, 83; Əhməd İbn Hənbəl, Müsnəd, VI, 287.

 

Exit mobile version