Sual: Televizya və internetdən Afrika və Asiya ölkələrində köməyə ehtiyacı olan insanları görürük. Bu qəbildən olan kasıb ölkələrdə qurban kəsdirmək olarmı?
Cavab: Bir şəxs vacib olan qurbanı özü kəsə biləcəyi kimi, vəkalət yolu ilə başqasına da kəsdirə bilər. Çünki, qurban mal ilə edilən ibadətdir. Maddi imkanlarla edilən ibadətlərdə isə vəkalət caizdir. Vəkalət yolu ilə qurban kəsdirən şəxs özü yaşadığı yerdə başqasına vəkalət verə biləcəyi kimi, başqa bir yerdəki şəxsə və ya təşkilata da vəkalət verə bilər. Vəkalət sözlə, yazılı və ya telefon, internet, faks və bənzəri informasiya vasitələri ilə verilə bilər.[1]
Quranı Kərimə və Peyğəmbərimizin (s.ə.s) hədislərinə nəzər saldıqda kəsən şəxsin də qurban ətindən bir parça yeməsinə təşviq olduğu görülməkdədir. “… Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin.”[2] “… (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin.”[3]
İbn Abbas (r.a), Hz. Peyğəmbərin (s.ə.s) kəsdiyi qurbanla əlaqəli nəql edir ki: “O, üçdə birini ailəsinə yedirər, üçdə birini yoxsul olan qonşularına verər, geri kalan üçdə birini də sədəqə kimi paylayardı.”[4]
Ayə və hədislərin işığında deyə bilərik ki, imkanımız varsa qurbanı yaşadığımız yerdə kəsmək daha yaxşıdır. Ancaq öz qurbanından əlavə olaraq kəsilən ikinci qurbanı ˗ xanımın, vəfat etmiş bir şəxsin və s. adına kəsiləcək qurban ˗ kasıb ölkələrə göndərmək də mümkündür.
Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.
Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.
Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.