5. 263 dəfə oxunub ,   0 şərh   Çap et

İnancsız insanlar Allah-Təala barəsində bu və bu kimi qeyri-məntiqi suallar ortaya atırlar: “Allah gücü çatmayan daşı yarada bilər?”, “Allahın canı sıxılır?”, “Hər şeyi Allah yaradıb, bəs Allahı kim yaradıb?” və s. Bu qəbildən suallara uzun-uzadı cavablar yazmaqdansa, bir misal verməklə məsələyə aydınlıq gətirməyə çalışaq.

Kompyuterin bir inteqral sxemi digər inteqral sxeminə sual verir:

− Mən 3 volt elektriklə işləyirəm. Sən neçə voltla işləyirsən?

O biri inteqral sxem cavab verir:

− Mən 2,8 voltla.

Hər ikisinə də maraqlı gəlir ki, bəs, görəsən, bizi hazırlayan mühəndis neçə voltla işləyir?

Halbuki kompyuter sistemini düzəldən mühəndis düzəltdiyi sistemin qaydalarından asılı olmamalı, o qaydaların fövqündə dayanmalıdır. Mühəndis kompyuter sisteminin xaricində olmalı, o sistemə hökm etməlidir. Bu inteqral sxemlərin öz aralarında danışıb onları düzəldənin də elektrik cərəyanı ilə işlədiyini iddia etmələri məntiqdən uzaqdır və belə bir şey qeyri-mümkündür. Sistemi quran o sistemə qoyduğu qanuna tabe deyil.

Həmçinin bir sistemin qanunları çərçivəsində “yaşayanlar” başqa sistemlərlə tanış deyillərsə, o zaman başqa qanunları anlamaqda çətinlik çəkirlər. Daha doğrusu, anlaya bilmirlər. Məsələn, inteqral sxem yalnız elektrik cərəyanı ilə işlədiklərini “anlaya” bilirlər. Amma kimyəvi enerji, nüvə enerjisi kimi sahələrin qanunlarını dərk etmirlər. Onların dərketmə “radius”u mühəndisin çəkdiyi sərhəddən kənara çıxmır.

“Yaradılma”da bizim yaşadığımız bu aləmin bir qanunudur. Biz canlıların tabe olduğumuz qanunlardan biridir. Bu aləmdə yaşayan hər kəs yaradılmış sayılır. İndi insanların durub “Görəsən, bizi Yaradanı kim yaradıb?” kimi sual verməsi və bu sualı ilə yaradanı yaradılmışların qanunları çərçivəsinə salması həmin o inteqral sxemlərin söhbətinə oxşayır.

Yuxarıda da vurğuladığımız kimi, buna bənzər mənasız suallarla tez-tez qarşılaşırıq. Bu tip suallar sistemi quranı həmin sistemin qanunları çərçivəsinə daxil etmə cəhdlərindən başqa bir şey deyildir. Məsələn, “Allah qaldıra bilməyəcəyi bir daş yarada bilərmi?” (haşa) sualı da eyni qəbildəndir. Bu mənasız sual sistemin qanunlarından birinə – yerin cazibə qüvvəsinə həmin qanunu yaradan Allahı tabe etmək məqsədini güdür. Yəni cazibə qüvvəsini Yaradanı yaratdığı qanuna tabe etmək kimi böyük bir səhvə yol verilir.

Unutmamalıyıq ki, yaşadığımız sistemin/aləmin qanunları bizlərə aiddir, Allah isə bu qanunlara tabe deyildir. Bununla yanaşı, yaşadığımız aləmi “dizayn edən” Allahın mahiyyətini dərk etməkdə aciz olduğumuzu da anlamalıyıq. Cəhd edək, ancaq bir şeyi yaddan çıxarmayaq ki, dərrakəmizin hüdudları aləmi yaradan Allahın bizlər üçün qoyduğu hüdudlara qədərdir.



Açar sözləri

Allah yaratmaq

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Biz qədərin məhkumuyuq?

Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib? Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.


Şərh yaz