18. 794 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah (s.ə.s) bir hədisində “Yahudilərə müxəlifət edin. Çünki onlar, nəleyn (pəncəsiz başmaq) və məstlərlə namaz qılmazlar.”[1] – buyurmuşdur. Bu hədisdən hər zaman corab və məst ilə namaz qılmağın vacib olduğu hökmünü çıxarmaq doğru deyil. Hədisi “Yəhudilər bu şəkildə edir siz etməyin, bəzən ayaqqabı ilə, bəzən də çılpaq ayaqla namaz qılın” şəklində izah bilərik. Nəsai və Əbu Davudun rəvayət etdiyi başqa bir hədisdə isə: “Hz. Peyğəmbər (s.ə.s) Məkkənin fəth edildiyi gün nəleynlərini sol yanına qoyaraq (ayaqyalın) namaz qıldı.”[2] Bəzi səhabələr də “Biz Hz. Peyğəmbərin (ə.s.s) həm ayaqyalın, həm də nəleynləri geyinmiş vəziyyətdə namaz qıldığını gördük.” – deyirlər.[3] Həmçinin Buxarinin əsərini şərh edən Ayni öz əsərində Abdullah ibn Məsuddan (r.a) nəql edir ki, “Biz ayaqqabı niyyəti ilə geyindiyimiz məsti çıxarır altındakı corab kimi nazik olan məstin üzərinə məsh edərdik. Həmişə tarlada işlədiyimiz üçün bu məstlərdən kəskin iy gələrdi. Rəsulullah (s.ə.s) buna görə “ya ayağınızı çıxardaraq yuyun, ya da məst üzərinə məsh edin” − buyurdu.

Bunlara əsasən onu deyə bilərik ki, corabla namaz qılmağın dini hökmü yoxdur. Kişilər ayaqyalın namaz qıla və imamlıq edə bilərlər. Qadınların isə ayaqyalın namaz qılması bəzi alimlərə görə məkruh sayılsa da namazları keçərlidir. Ancaq islaq və çılpaq ayaqla daxil olduqda məsciddəki xalça-palazın kirlənmə ehtimalını nəzərə alaraq corab geymək tövsiyə olunur.  


[1] Əbu Davud, Salət, 89.

[2] Əbu Davud, Salət 89.

[3] Əbu Davud, Salət 89.




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz