فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَم۪ينِهِ فَيَقُولُ هَآؤُمُ اقْرَءُوا كِتَابِيَهْ
Əməl dəftəri sağ əlinə verilən: “Alın, əməl dəftərimi oxuyun! – deyəcək. {“Haqqə” surəsi, 69/19}
فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ وَأَصْحَابُ الْمَشْئَمَةِ مَا أَصْحَابُ الْمَشْئَمَةِ
Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əlinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə xoşbəxtdir onlar!) Sol tərəf sahibləri (əməl dəftərləri sol əlinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə bədbəxtdir onlar!) {“Vaqiə” surəsi, 56/8-9}
عَنْ عَائِشَةَ قَالَتْ: كَانَ رَسُولُ اللّٰهِ يُعْجِبُهُ التَّيَمُّنُ ف۪ي شَأْنِهِ كُلِّهِ: ف۪ي طُهُوِرِهِ، وَتَرَجُّلِهِ، وَتَنَعُّلِهِ.
Həzərti Aişə (r.anha) demişdir:
“Allah Rəsulu (s.ə.s.) təmizlik, saç daramaq və ayaqqabı geyinmək daxil olmaqla, hər cür (gözəl və müsbət) işlərdə sağdan başlamağı xoşlardı”. [Buxari, Libas 38; Müslim, Taharət 66]
عَنْ أَب۪ي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «إِذَا انْتَعَلَ أَحَدُكُمْ فَلْيَبْدَأْ بِالْيُمْنىٰ وَإِذَا نَزَعَ فَلْيَبْدَأْ بِالشِّمَالِ. لِتَكُنِ الْيُمْنٰى أَوَّلُهُمَا تُنْعَلُ وَآخِرُهُمَا تُنْزَعُ»
Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Ayaqqabını geyinərkən əvvəlcə sağ tayını geyinin, çıxaranda da əvvəlcə sol tayını çıxarın. Beləcə sağ ilk geyilən və sonuncu çıxarılan ayaq olsun”. [Buxari, Libas 39; Müslim, Libas 67]