1. 587 dəfə oxunub ,   0 şərh   Çap et

(Qüsurları, eyibləri) gizlicə arayıb-axtarmaq, gizli qulaq asmaq və izləməkdən çəkinmək

وَلَا تَجَسَّسُوا

Bir-birinizin eybini, sirrini arayıb axtarmayın (təcəssüs* etməyin)! {“Hucurat” surəsi, 49/12}

وَالَّذ۪ينَ يُؤْذُونَ الْمُؤْمِن۪ينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُب۪ينًا

Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü (pis söz və hərəkətləri ilə) incidənlər, şübhəsiz ki, böhtan atmış və açıq-aşkar bir günah işləmişdir! {“Əhzab” surəsi, 33/58}

 عَنِ ابْنِ مَسْعُودٍ  أَنَّهُ أُتِيَ بِرَجُلٍ فَق۪يلَ لَهُ: هٰذَا فُلَانٌ تَقْطُرُ لِحْيَتُهُ خَمْرًا فَقَالَ: إِنَّا قَدْ نُه۪ينَا عَنِ التَّجَسُّسِ وَلٰكِنْ إِنْ يَظْهَرْ لَنَا شَيْءٌ نَأْخُذْ بِهِ.

İbn Məsud (r.a.) nəql edir:

“Bu şəxs saqqalından şərab damcılayan filankəsdir,” – deyə bir adamı yanıma gətirdilər. Mən də onlara üz göstərməyib: “İnsanların gizli və məhrəm yönlərini təcəssüs etmək (qüsurları, eyibləri arayıb-axtarmaq) bizim işimiz deyil. Əgər açıq-aşkar bir günah işlənərsə, onsuz da lazımi tədbiri görərik”. [Əbu Davud, Ədəb 37]




Şərh yaz