3. 156 dəfə oxunub ,   1 şərh   Çap et

O, hələ evliliyinin üçüncü ayında idi. Sevdiyi adamla evlənmişdi. Üstəlik, sevildiyini də bilirdi. Ancaq yenə də nə isə yolunda getmirdi. Gənc qız bu düşüncələrlə bir gün anasının yanına getdi. Artıq günəş batmaq üzrə idi. Və ana-qız bir yerdə günəşin batmasına tamaşa etmək üçün sahildə üz tutdu…

Ana uzun müddət heç bir şey demədi. Çünki uşaqlarına edə biləcəyi ən böyük yaxşılığın onları dinləmək olduğunu bilirdi. İndi də eyni şeyi etdi və qızını uzun-uzadı dinlədi…

Günəş batdıqca bir tərəfdən sular sakitləşir, bir tərəfdən də, dəniz qaranlığı içinə çəkirdi. Nəhayət, ana qızının təəccüblü baxışları altında əllərini açdı və hələ hərarətini itirməmiş bir ovuc qum götürdü. Sonra da: “Bax, qızım!”, – dedi, – “Siz sevərək evləndiniz. Əlinizdə olan “sevginin” hamısı budur. Və hələlik bu qum dənələri qədər çox və istidir”. Gənc qız başı ilə anasını təsdiq etdi: “Doğrudur, həm çoxdur, həm də istidir”. Anası davam etdi: “Evlənərək sevginizi ovcunuza götürdünüz və həmişə ovuclarınızda qalmasını istədiniz. Üstəlik də: “Həmişə çox olsun, isti olsun”, – dediniz”. Bu vaxt ana ovuclarını yünüglcə açdı və ovuclarındakı qumları qızına göstərdi. “Qumlar hələ ki, ovuclarımdadır və mən hələ ki, onları ovuclarımda tuta bilirəm”. Sonra da barmaqlarını bir-birinə yaxınlaşdırıb ovuclarındakı qumları sıxmağa başladı. Bu vaxt istər-istəməz qum dənələri barmaqlarının arasından “süzülüb” tökülməyə başladı. “İndi, sevgi ilə qum arasında daha bir bənzərlik ortaya çıxdı”, – deyə ana üzünü qızına tutdu. “Sevgini həmişə ovcunuzda tutmaq istəyirsiniz. “Həmişə çox olsun, isti olsun” deyirsiniz. Ancaq hər biriniz o birini özünüzə bənzətməyə çalışırsınız. Halbuki bununla mən barmaqlarımı bir-birinə yaxınlaşdırmağa çalışdığım kimi, siz də xarakterlərinizi bir-birinə yaxınlaşdırmağa çalışırsınız. Qarşı tərəfin sizin kimi olmasını, sizin kimi düşünməsini istəyirsiniz. Halbuki, bir əldə beş barmağın beşi də eyni deyil. Allah da hər insanı bir fitrətdə yaradıb. Və nəticədə mən barmaqlarımın arasından qumların tökülməsinə səbəb olduğum kimi, siz də sevginizin barmaqlarınızın arasından tökülməsinə səbəb olursunuz. Halbuki iki sütun bir-birinin yanında, ancaq bir-birindən ayrı olanda faydalıdır. Həm də təkcə sütunlarmı? Elə iki ağac da bir-birinin yanında, ancaq bir-birindən ayrı olanda, bir-birinə kölgə salmır…”

Və sözünün sonunda ana ovcunda qalan qumu göstərdi. Ovcunda ancaq bir çimdik qum qalmışdı. “Bu ki, bizə yetməz!” – deyə gənc qız dilləndi, – “Bu ki, bizə yetməz”… Gənc qız bu sözləri deyib ayaqlarının altındakı qumlara baxdı. Və əllərini “var gücü ilə” açıb ovuclarını “var gücü ilə” doldurdu. Sonra da qəlbində yeni bir ümidlə sahilə üz tutdu…



Açar sözləri

anlamaq evlilik hekayə qum sevgi

Bənzər məqalələr

Axı əriyir…

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?


1 şərh yazılıb
  1. oxuyucu , 19/03/2015 tarixində, saat 03:03

    Çox gözelidi çox sagolun. Bele yaziların sayini artirmaginizi isteyerdim))

Şərh yaz