Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər. Unutmamalıyıq ki, cünub olan kimsənin əlini, ağzını yumadan bir şey yeyib içməsi uyğun deyildir. Ancaq əlini-üzünu yuduqdan və ağzını çalxaladıqdan sonra isə qüsl almadan sahur yeməyi yeməsi caizdir.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.