1. 723 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ لِبِلَالٍ: «يَا بِلَالُ حَدِّثْن۪ي بِأَرْجٰى عَمَلٍ عَمِلْتَهُ فِي الْإِسْلَامِ فَإِنّ۪ي سَمِعْتُ دَفَّ نَعْلَيْكَ بَيْنَ يَدَيَّ فِي الْجَنَّةِ» قَالَ: مَا عَمِلْتُ عَمَلاً أَرْجٰى عِنْد۪ي مِنْ أَنّ۪ي لَمْ أَتَطَهَّرْ طُهُورًا ف۪ي سَاعَةٍ مِنْ لَيْلٍ أَوْ نَهَارٍ إِلَّا صَلَّيْتُ بِذٰلِكَ الطُّهُورِ مَا كُتِبَ ليِ أَنْ أُصَلِّيَ.

Əbu Hureyrə (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) Bilala (sübh namazı vaxtı) belə bir sual verdi: “Bilal! Müsəlman olandan sonra fərzlər istisna olmaqla, saleh əməllərindən ən çox hansından savab qazanmağı umursan, deyə bilərsən? Çünki mən (yuxuda) Cənnətdə sənin ayaq səslərini dünyada olduğu kimi, qabağımda eşitdim”.

Bilal dedi: “Ən çox bu nafilə ibadətimdən mükafat umuram: gecə və ya gündüz nə vaxt dəstəmaz alsam, mümkün qədər onunla (həmin dəstəmazla) namaz qılmağı adətə çevirmişəm”. [Buxari, Təhəccüd 17; Müslim,  Fədailus-səhabə 108]



Açar sözləri

nafilə namaz qılmaq

Şərh yaz