4. 683 dəfə oxunub ,   0 şərh   Çap et

Elm adamlarının araşdırmalarına görə, hüceyrələrin ətrafında statik elektrik yükü mövcud olur. Biz bunu hiss etmirik. Həmçinin bu statik enerji bütün vücudda müsbət balansa malikdir. Havada artan ionlar, xüsusilə də, müasir dövrdə geniş yayılmış sintetik geyimlər vücudun səthində elektronların çoxalmasına səbəb olur. Bu hal insanın daxili orqanlarına, dəriyə, ələlxüsus da, sinir sisteminə mənfi təsir göstərir. Elektron sıxlığının artması dərinin altındakı xırda əzələləri yorur və onların elastikliyini itirməsinə gətirib çıxarır. Üzdə qırışların əmələ gəlməsinin əsas səbəbi də məhz budur. Dəridəki qırışıqlar və sallanmalar bu statik elektrik enerjisi ilə sıx bağlıdır.

Statik elektrik enerjisini vücuddan kənarlaşdırmağın iki yolu var. Ya yalın ayaqla və əllə torpağa toxunub enerjini torpağa ötürmək, ya da su ilə yuyunub bu elektronları bədəndən uzaqlaşdırmaqdır.

Dəstəmazda bu xüsusa ayrıca diqqət yetirilmişdir. Deyirsiniz, necə?

1. Su olmayanda təyəmmüm etmək elektron yükünün boşalmasına səbəb olur.

2. Bir yerə yığılıb qalmış, durğun, günəş altında isinmiş və istifadə edilmiş su ilə dəstəmaz almaq olmaz. Bunun elmi izahı belədir: Bu tip sularda ionlaşma olmadığı üçün elektronları boşalda bilmirlər.

3. Başın məsh edilməsi saçlardakı elektronları uzaqlaşdırır.

Demək, dəstəmaz elektronları təbii üsulla bədəndən uzaqlaşdırmaqla:

a. Üzə, əsasən də, dəriyə təravət və gözəllik verir.

b. Əsəb gərginliyini azaldır.

c. Oynaq ağrılarını müalicə edən ilahi reseptdir.[1]

Dəstəmaz vücuda gümrahlıq verir

Yuxarıda qeyd etdiyimiz kimi, su ilə yuyunmaq kapilyarlar və sinirlərin fəaliyyətinə müsbət təsir edir, iş prosesini yaxşılaşdırır. Qanın kapillyarlarda hərəkəti sürətlənir. Beləcə, orqan hüceyrələri düzgün qidalanır və xəstəliklər sağalır.

Bütün revmatizm xəstəliklərinin müalicəsi zamanı ilk növbədə yaxşı işləməyən, zəifləmiş orqanlara qanın getməsi təmin edilir. Qandakı antidotlar təmizləyici və bərpaedici təsirləri ilə orqanı normal fəaliyyətinə qaytarır. Günəş və qum vannası, masaj, müxtəlif məlhəmlər də revmatizmə tutulmuş orqanlara eyni təsiri göstərir.

Dəstəmaz və qüsl birbaşa sinir sisteminə və sinirlərin uc nöqtələrinə təmas edərək onların fəaliyyətini tənzimləyir əvvəlki ritmi qaydasına düşür. Sinir sisteminin iş rejimi normallaşır. Bu isə vücudu gümrahlaşdırır.

Nəticədə insan həm fiziki, həm də mənəvi rahatlıq tapır. Pozulmuş tarazlığın bərpası insan sağlamlığına çox fayda verir. Nizam-intizamı pozulmuş ordu ilə intizamlı və hər təhlükəyə birgə sinə gərən ordu eyni gücdə olmadığı kimi sinir sistemi tarazlığını itirmiş bir oqanizm də xəstəlik və kənar təsirlərlə mübarizədə müvazinətini qoruyan sağlam vücuddan çox geri qalır.

Dəstəmaz alarkən vücuddakı elektrik yükünün boşalması Allahın bizlərə böyük lütflərindən biridir. Su olmayanda torpaqla təyəmmümün bir faydası da vücuddakı artıq elektrik yükünü xaric etməkdir ki, bu da İslam dininin elmləri nə qədər qabaqladığını göstərir.


[1]Haluk Nurbaki, “Kurani-Kerimden  ayetler ve ilmi gerçekler”, TDV yayınları, Ankara, 1988.




Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.


Şərh yaz