6. 102 dəfə oxunub ,   0 şərh   Çap et

أَلْمُسْلِمُ أَخُو الْمُسْلِمِ لَا يَظْلِمُهُ وُ لَا يُسْلِمُهُ وَ مَنْ كَانَ فِي حَاجَةِ أَخِيهِ كَانَ اللَّهُ فِي حَاجَتِهِ وَ مَنْ فَرَّجَ عَنْ مُسْلِمٍ كُرْبَةً فَرَّجَ اللَّهُ عَنهُْ كُرْبَةً مِنْ كُرُبَاتِ يَوْمِ الْقِيَامَةِ وَ مَنْ سَتَرَ  مُسْلِماً سَتَرَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ

Müsəlman müsəlmanın qardaşıdır, ona haqsızlıq etməz və onu köməksiz qoyub təhlükəyə atmaz (düşmənə təslim etməz). Müsəlman qardaşının ehtiyacını təmin edən şəxsə Allah da kömək edər. Kim bir müsəlmanın çətinliyini aradan qaldırarsa, Allah da bunun əvəzində qiyamət günü onun bir çətinliyini aradan qaldırar. Kim bir müsəlmanın ayıb və qüsurunu örtərsə, Allah da qiyamət günü onun ayıb və qüsurlarını örtüb gizlədər”.[1]

Bəşər tarixi şahiddir ki, ortaq bir həyat yaşayan və ortaq gələcəyi bölüşən insanlar eyni səviyyədə deyil. Zəif-güclü, varlı-kasıb, kişi-qadın olmaqla bəşər bir mənada təzadı, bir mənada isə ahəngi təşkil edir. Yaradılışdan gələn bu fərqli xüsusiyyətlərlə həyatın içində yoğurulan insanlar bir-birinə ehtiyac duyur, tək başına yaşamağın, demək olar, qeyri-mümkün olduğunu dərk edirlər. Bu da insanları və toplumları qarşılıqlı yardımlaşmağa məcbur edir. Yardımlaşma birgə yaşayışın təbii nəticəsidir. İnsanlarla birlikdə yaşayıb köməyə ehtiyac duymamaq qeyri-mümkündür. Buna görə də İslamiyyətdə yardımlaşma bütün maddi və mənəvi həyatı ehtiva edir və dini-əxlaqi bir vəzifə kimi ortaya qoyulur.

Uca kitabımız Qurani-Kərimin bir çox ayəsində bu mövzuya toxunulmuş və müsəlmanlar yardımlaşmağa təşviq edilmişdir. Allah Rəsulu da hədislərində maddi və mənəvi yardımın insan həyatında necə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

Cənabı Allah: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin”,[2] – buyuraraq möminləri yaxşılıq və gözəlliyə səsləyir, xeyirli işlərdə çiyin-çiyinə verməyə çağırır. Dolayısilə, insanlar qonşuları və müştəriləri ilə yaxşı rəftar edəcək, onların köməyə ehtiyacı olanda da əlindən gələni əsirgəməyəcək. Heç kim başqasının arxasınca quyu qazmayacaq, özü üçün Allahdan nə istəyirsə, dostları və qardaşları üçün də istəyəcək. Çünki bu fəzilətlər imanın kamalına işarə edir.

Yardımlaşma insanların bir-birinə yaxınlaşması və sağlam münasibətlərin qurulmasında əvəzsiz rol oynayır. Bununla insanların bir-birinə soyuqluğu aradan qalxır, uzaq məsafələr yaxın olur və münasibətlərdə sevgi və hörmət hakim kəsilir. Hansı toplumda yardımlaşma, həmrəylik varsa, orada dostluq əlaqələri güclü olur, maddi imkan və rifah səviyyəsi yaxşılaşır, yoxsulluq azalır, dinimizin xoş qarşılamadığı dilənçilik ortadan qalxır, oğurluq və fırıldaqçılıq kimi hallar minimum səviyyəyə enir.

Müsəlman filosof Fərabiyə görə, hər bir insan yaşamaq və mükəmməlliyə çatmaq üçün bir çox şeyə möhtacdır. Bunları təmin etmək də yaxşı işlərdə yardımlaşma fəzilətinə sahib olmaqdan asılıdır. Ona görə də fəzilətli şəhər insanları həqiqi xoşbəxtliyə aparan yol və vasitələrdə bir-birinə kömək etməyi qayə bilən şəhərdir. Bu məqsədlə bir-birinə yardım edən millət də fəzilətli və mükəmməl bir millətdir. İşçi, sahibkar – hər kəs bir bədənin üzvləri kimi bir-birinə kömək edib həmrəylik içində yaşamalıdır. İnsanlar varlanmağı həyatın yeganə məqsədi bilməmək şərtilə zənginlik və sərvət məsələsində də bir-birinə yardım etməlidirlər.

“Maun” surəsində dini yalan sayıb məhşər gününə iman gətirməyən, yetimi itələyib qovan və yaxşılıqlarını başa qaxan, möhtacları yedirməyi təşviq etməyən və namaza lazımınca diqqət göstərməyib riyakarlıq edən kafir və ya münafiq tipinin son xüsusiyyəti kimi onların qarşılıqlı köməyi, zəkatı və adətən qonşular arasında aparılıb-gətirilən qab-qacaq və s. əşyaların əmanət verilməsini xoşlamamasından bəhs edilir. Buna görə də imkan daxilində qonşularımızı əliboş yola salmamalı, onlardan heç nəyi əsirgəməməliyik. Təbii ki, qeyd edilən əşyaları istəyən qonşular da onları yaxşı işlətməli, işləri qurtaranda da vaxt keçirmədən sahibinə qaytarmalıdırlar.

Bununla yanaşı, səhhəti və maddi vəziyyəti yaxşı olmayan dostlara yardım əli uzatmalı, onların dərdinə dərman olmaq üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Çünki hədisdə açıq-aydın bəyan edildiyi kimi bir insanın köməyinə çatana Allah da kömək edər. Mömin din qardaşına zülm etməyəcək, onu təhlükəyə atmayacaq, müşkülünü aradan qaldıracaq, köməyinə qaçacaq və qüsurlarını gizlədəcəkdir. Paltarı yoxdursa, geydirəcək, qüsuru varsa, örtəcək, ehtiyacı varsa, köməyini əsirgəməyəcək, qeybətini etməyəcək və bu şəkildə, inşallah, Allahın razılığını qazanacaq. Unutmamalıyıq ki, Allahın razılığına aparan ən mühüm yollardan biri də möhtac qulların könlünü xoş etməkdir.

Allah hamımıza bu fani həyatı könülləri xoş edən və qəlblərdə taxt quran qullar kimi yaşamağı nəsib etsin! Amin.

[1] Buxari, Məzalim, 3; Müslim, Birr, 58.

[2] “Maidə” surəsi, 5/2.



Açar sözləri

kömək qardaş yardım

Bənzər məqalələr

Sədəqeyi-cariyə

Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.

“Kasıba” əl uzatmaq

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”

Xeyirxahlıq yarışı

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın (lütfü) genişdir”

Qardaş-bacı münasibətləri

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır? Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük […]

Həzrəti Adəmin övladları necə evlənib?

Sual: Dində bacı-qardaş evliliyi qadağandır. Halbuki, Adəm peyğəmbərin övladları bir-biri ilə evlənirdilər. Bunun hikməti nədir?


Şərh yaz