9. 036 dəfə oxunub ,   1 şərh   Çap et

Dəstəmaz və qüsul alarkən əsas məsələ suyun dəstəmaz üzvünə təmas etməsidir. Əgər hər hansı bir şey buna əngəl olursa qüsl və dəstəmaz tamamlanmamış sayılır. Lak və dodaq boyası suyun dırnaq və dodaqlara təmasına əngəl olduğu üçün həm dəstəmaza, həm də qüsla manedir. Bu kosmetik vasitələri istifadə edən xanımlar mütləq dəstəmaz və qüsl almadan öncə aidiyyəti üzvlərini təmizləməlidirlər.

Bu mövzuda ümumi qayda belədir: dəstəmaz və qüsl alarkən suyun dəriyə təması labüddür. Kosmetik vasitələri də bu qaydaya uyğun istifadə etmək lazımdır.




Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.


1 şərh yazılıb
  1. Mehman , 14/03/2014 tarixində, saat 20:03

    1.Salam Aleykum, Allah razı olsun, çox gözəl şəkildə izah olunmuş, ayrıca sizdən bir xahişim var,mən ayın 17 si səfərə çıxacam,abtobusla,Bakı-İstambul, səfərdə ikən bütün vacib namazlar 2 rükət qılınmasını bilirəm,narahat edən başqa məsələdir, avtobusla getdiyimə görə bir də keçəcəyim yerlərdə azan vaxtları və Qiblə yönü azərbaycana görə təbii ki fərqli olacaq, bu barədə mənim nə etməmi mənə məsləhət verməyinizi xahiş edirəm
    2.Bir də imkan varsa mübarək Cumə Namazını qılarkən tam olaraq qaydasını( yəni məsələn 1ci rəkatda fatihə sürəsindən sonra oxunacaq ayə vəya dua,rukularda oxunacaq dulalar və s.i.a) yazmağınızı xahiş edirəm,gəmidə işlədiyimizə görə Məscidə getməyimiz imkansız olacaq,gəmidə olan müsəlman qardaşlarla özümüz Mübarək Cümə namazını təşkil etmək üçün sizin məslhətinizə ehtiyacımız var,qeyd edim ki işləyəcəyim gəmi uzaq yol okeanlar arası işləyəcək.
    Öncədən sizə təşəkkürümü bildirirəm.
    Salam Aleykum

Şərh yaz