1. 005 dəfə oxunub ,   0 şərh   Çap et

اَلْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إلَّا الْمُتَّق۪ينَ

Müttəqilər müstəsna olmaqla, o gün bütün dostlar bir-birinə düşmən kəsiləcək! {“Zuxruf” surəsi, 43/67}

 عَنْ أَب۪ي سَع۪يدٍ وَأَب۪ي هُرَيْرَةَ   أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «مَا بَعَثَ اللّٰهُ مِنْ نَبِيٍّ وَلَا اسْتَخْلَفَ مِنْ خَل۪يفَةٍ إِلَّا كَانَتْ لَهُ بِطَانَتَانِ: بِطَانَةٌ تَأْمُرُهُ بِالْمَعْرُوفِ وَتَحُضُّهُ عَلَيْهِ، وَبِطَانَةٌ تَأْمُرُهُ بِالشَّرِّ وَتَحُضُّهُ عَلَيْهِ وَالْمَعْصُومُ مَنْ عَصَمَ اللّٰهُ»

Əbu Səid əl-Xudri və Əbu Hureyrə (r.anhumə) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Allahın göndərdiyi peyğəmbərlərin və onlardan sonra xalqı ida­rə edən idarəçilərin iki növ sirdaşı (məsləhətçisi) olmuşdur. Birincisi, yaxşılıq yolunu göstərən və yaxşılığa təşviq edən, digəri isə pis yol göstərən və ona təşviq edəndir. Belə ki, ancaq Allahın hifz etdiyi insanlar haram əməllərdən uzaq olur”. [Buxari, Əhkam 42, Qədər 8]

 عَنْ عَائِشَةَ  قَالَتْ: قَالَ رَسُولُ اللّٰهِ: «إِذَا أَرَادَ اللّٰهُ بِالْأَم۪يرِ خَيْرًا، جَعَلَ لَهُ وَز۪يرَ صِدْقٍ إِنْ نَسِيَ ذَكَّرَهُ وَإِنْ ذَكَرَ أَعَانَهُ، وَإِذَا أَرَادَ بِهِ غَيْرَ ذٰلِكَ جَعَلَ لَهُ وَز۪يرَ سُوءٍ إِنْ نَسِيَ لَمْ يُذَكِّرْهُ وَإِنْ ذَكَرَ لَمْ يُعِنْهُ»

Həzrəti Aişənin (r.anha) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Allah bir dövlət başçısına xeyir murad edəndə ona unutduğunu xatırladan və xatırladığını etməyə kömək edən sadiq köməkçi (müşavir, vəzir) verər. Əgər Allah ona xeyir murad etməzsə, ona unutduğunu yada salmayan, xatırladığını da həyata keçirməyə kömək göstərməyən sui-istifadə edən (müşavir, vəzir) verər”. [Əbu Davud, İma­­rə 4]



Açar sözləri

dövlət başçısı

Bənzər məqalələr

Ədalətli dövlət başçısı

Allah ədalətli olmağı, hətta ədalətdən də çox ehsanı (yaxşılıq etməyi).. əmr edir.


Şərh yaz