عَنْ أَب۪ي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللّٰهِ قَالَ: «لَا يَقُولَنَّ أَحَدُكُمْ: اَللّٰهُمَّ اغْفِرْ ليِ إِنْ شِئْتَ، اَللّٰهُمَّ ارْحَمْنِي إِنْ شِئْتَ، لِيَعْزِمِ الْمَسْأَلَةَ فَإِنَّهُ لَا مُكْرِهَ لَهُ»
Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Heç kim Rəbbinə dua edərkən əsla “Allahım, istəsən məni bağışla, istəsən mənə mərhəmət et!” (Allahın güc və qüdrətinə məhdudiyyət isnad etmə kimi şərtli cümlələr) işlətməsin. (Allahım məni bağışla, mənə mərhəmət elə, deyə) dilək və mətləbini israrla və dəqiq ifadələrlə istəyib Rəbbinə bu cür yönəlsin. Çünki bu məsələdə Allahı məcbur edən heç bir güc və qüvvət yoxdur. (Buna görə də dualarınızda “istəsən, diləsən” kimi şərtlər qoymayın.)” [Buxari, Dəavat 21; Müslim, Zikr 9]
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.