7. 059 dəfə oxunub ,   0 şərh   Çap et

Həzrət Əlinin (kərrəməllahu vəchəhu) “Fərəc” duası

إلَهِى! طُمُوحُ الْاَمَالِ قَدْ خَابَتْ إِلَّا لَدَيْكَ ، وَعُكُوفُ الْهُمُومِ قَدْ تَعَطَّلَتْ إِلَّا  عَلَيْكَ  وَمَذَاهِبُ النُّفُوسِ قَدْ ضَلَّتْ إِلَّا إِلَيْك فَأَنْتَ الْمَلْجَأُ وَإِلَيْكَ الْمُلْتَجَا يَا أَكْرَمَ مَقْصُودٍ وَأَجْوَدَ مَسْؤُولٍ ، هَرَبْتُ إِلَيْكَ بِنَفْسِى ، أَتَيْتَ بِأَحْمَالِ الذُّنُوبِ ، فَاحْمِلْهَا عَنْ ظَهْرِي يَا مَلْجَأَ الهَادِينَ لَا أَجِدُ شَافِعًا إِلَيْكَ إِلَّا بِمَعْرِفَتِي بِأَنَّكَ أَكْرَمُ مَنْ قَصَدَ إِلَيْهِ المُّضْطَرُّون ، وَأَمَلَ مَا لَدَيْهِ الرَّاغِبُونَ. ياَ مَنْ فَتَقَ الْعُيُونِ بِمَعْرِفَتِهِ ، وَأَنْطَقَ الْاَلْسُنَ بِحَمْدِهِ ، وَجَعَلَ مَا امْتَنَّ بِهِ عَلَي عِبَادِهِ كِفَاءً لِتَأْدِيَةِ حَقِّهِ، لَا تَجْعَلْ لِلْهُمُومِ إِلَي قَلْبِي سَبِيلًا، وَلَا لِلْبَاطِلِ عَلَي عَمَلِي دَلِيلًا، وَاخْتِمْ لِي بِخَيْرٍ يَا أَرْحَمَ الرَّاحِمِينَ.

Rəhman və Rəhim Allahın adıyla
Ey Rəbb! Sənin cavab vermədiyin bütün arzu və xəyallar boşdur, dəyərsizdir. Sənin nəticəsini vermədiyin cəhdlər də  elə hey boşa çıxar. Yolçusunu Sənə qovuşdurmayan yollar zəlalətdən başqa bir şey deyildir  və o yollara  bir dəfə  düşən – Sənin inayən olmasa – çıxış yolu tapmaz. Həqiqi qurtuluş yerimiz Sənin dərgahındır. Ancaq Sənin uca dərgahına sığınırıq. Ey qayə seçilənlərin ən kərimi və qapısında əl açılanların ən comərdi olan Allahım! Uca dərgahına pənah gətirirəm. Belimi bükən günah yüküylə hüzuruna gəlmişəm. “Aman, aman” deyərək bu qalaq-qalaq günahların xəcalətindən məni qurtarmanı istəyirəm. Rəhmət və şəfqəti doğru yolda addımlayanların sığınacağı olan Uca Rəbbim! Sən çarəsiz və möhtac halda qapıya gələnlərə ən kərim davranansan. Sənin kərəmindən üstün kərəm yoxdur. Sənin sadiq qulların başqalarının qapısına üz tutmaz, yalnız Sənin ucalardan uca qatındakı misilsiz ərmağanlarını arzularlar. Mən də bu düşüncələri şəfaətçi edərək hüzuruna gəldim. Əl açıb, bel büküb yalvarıram: Ey bəndələrinin gözlərinə mərifət bağçalarını göstərən və dillərini həmdlə coşduran mərhəmətlilərin ən mərhəmətlisi Allahım! İzin vermə ki, kədər və qüssə oxları qəlbimi yaralasın. Arzularıma çatmağa çalışarkən batil yollara düşməkdən  məni qoru və bütün işlərimi də, ömrümü də gözəl nəticələndir! Amin!



Açar sözləri

dua Fərəc duası Hz.Əli

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz