2. 364 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:İndiki  dövürdə Ad, Səmud və Lut qövmlərinin üsyan və inkarları kimi günahlar işləndiyi halda, Allah onlara göndərdiyi bəla və müsibətləri niyə indiki insanların başına da gətirmir?

Cənabi-Haqq Peyğəmbərimizə (s.ə.s.) belə bir vəd müjdə vermişdir: “Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab gondər!” – demişdilər.” Halbuki sən onların arasında ola-ola Allah  (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tovbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz! (əl-Ənfal, 8/ 32 -33).

Bütün insanlar peyğəmbərliyindən bu yana Əfəndimizin (s.ə.s.) ümmətidir. Fəqət dəvətini qəbul edən müsəlmanlar ümməti-icabət, digərləri isə ümməti-dəvətdir. Bundan əlavə, axır zamanda Allahın sənət əsərlərini izah etmək, göstərmək və nümayiş etdirmək xüsuslarında insanlığın özünəxas əhəmiyyətli bir yeri vardır. “Çünki insan yer üzünün hər tərəfinə hökm etməkdə, bir cox varlıqları istədiyi şəkildə idarə etməkdə,canlıların çoxunu ətrafına toplayıb onlara oz işlərini gördürməkdə, Allahın sənət əsərlərini öz arzularının ölçüsu və ehtiyaclarının düsturları ilə çox gözəl bir şəkildə tənzimləməkdə, yaymaqda və zinətləndirməkdədir. O, əntiq əşyaların nümayiş etdirildiyi sərgilər də olduğu kimi, çox qiymətli sənət əsərlərini bir kolleksiya halında toplayıb elə bəzəməkdədir ki, sadəcə insanların və cinlərin deyil, bəlkə səma əhlinin və kainatın Sahibinin (c.c.) rizasını və məmnuniyyətini cəlb edir. Beləcə çox böyük bir əhəmiyyət və qiymət qazanaraq bu kainatın yaradılışının hikməti, böyük nəticəsi, qiymətli meyvəsi və yer üzünün xəlifəsi olduğunu elm və sənət əsərləri ilə göstərmişdir. Dünyada Allahın (c.c.) möcüzəli sənət əsərlərini çox gözəl bir şəkildə yaydığı, tanıtdığı və tənzimlədiyi üçün, insana üsyan və küfrü ilə bərabər dünyada qalmağa icazə verilmiş, əzabı sonraya saxlanılmış və bu xidmət üçün möhlət verilib müvəffəqiyyət qazanmasına imkan verilmişdir.”




Şərh yaz