31. 911 dəfə oxunub ,   0 şərh   Çap et

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

“İslam alimləri, yalnız xırdabuynuzlu və iribaş heyvanların qurban kəsilməsinin səhih olması ilə bağlı həmfikirdirlər. Bu heyvanlara camış, dəvə, inək, öküz, keçi, qoyun, qoç və təkə daxildir. Bu heyvanların erkəyi ilə dişisi, axtası ilə qeyri-axtası arasında fərq yoxdur”.[1]

Qurani-Kərimdə hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur:

Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)..”[2]

Ənam: dəvə, camış, inək, qoyun və keçi deməkdir“.[3]

Qurban bayramında kəsilən udhiyyə qurbanları üç növə bölünür:

1. İbil (dəvə cinsi)

2. Bəqar (inək və camış cinsləri)

3. Qoyun (qoyun və keçi cinsləri)

Peyğəmbərimizin və əshabın bunlardan başqa hər hansı bir heyvanı qurban etməsi haqda rəvayət nəql olunmamışdır. Qurban bir ibadətdir. Əşyada əsas tələb ibaha (savab və günah olmaması) olsa da, ibadətlərdə bu, əsas deyildir. Əksinə ibadətlərin icrasına qədər bütün çərçivənin Quran və Sünnə ilə müəyyənləşdirilməsidir. Digər tərəfdən də qurban kəsmək heyvanla bağlı ibadət olduğuna görə, zəkat kimi davarlara xasdır.[4]

Dolayısilə, heç bir dəniz heyvanını qurban kəsmək olmaz. Quş növündən toyuq, xoruz, ördək və qaz kimi ev, dəvəquşu kimi çöl quşlarını qurban kəsmək olmaz. Bunları qurban niyyəti ilə kəsmək harama yaxın məkruhdur. Çünki bunda məcusilərə bənzərlik vardır. Əti yeyilən vəhşi maral (çöl maralı), ceyran, dağ keçisi, cüyür və çöl öküzü kimi vəhşi heyvanlardan da qurban kəsilmir. 

Bir də ətini yemək (tənzihən və ya harama yaxın məkruh) məkruh olan atlar da qurban kəsilə bilməz. Uzunqulaqların və anası uzunqulaq olan qatırların əti haram, yaxud harama yaxın məkruhdur. Bununla belə çöl uzunqulaqlarını və qatırları da qurban kəsmək olmaz.


[1]Zuhayli, İslam fıkhı ansiklopedisi, IV, 406.

[2]“Həcc” surəsi, 22/34

[3]Qurtubi, əl-Cami li Əhkamil-Quran, 6/344; Alusi, Ruhul-Məani, 17/145

[4]Əl-Bədayi, 5/69; əl-Lübab, 3/235; Raddul-Muhtar, 5/226; Təbyinul-Həqaiq, 6/7; Təkmilətu Fəthil-Qadir, 8/76; əş-Şərhul-Kəbir, 2/118 vd; Bidayətul-Müctəhid, 1/416; Muğnil Muhtac, 4/284; əl-Muğni, 8/619 vd, 623; Kəşşaful-Kina 2/615; əl-Kavaninul-Fıkhiyyə, s.188; el-Muhezzeb, 1/238. Bax. Vəhbə Zuhayli, İslam Fıkıh Ansiklopedisi, IV, 406.



Bənzər məqalələr

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.

Qurban nə deməkdir?

Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.


Şərh yaz