6. 859 dəfə oxunub ,   0 şərh   Çap et

Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır. Buna “istiazə” deyilir. Allahu-Təala Quranda; “Quran oxuduğun zaman dərhal qovulmuş şeytandan Allaha sığın” ( ən-Nəhl, 16 / 98) buyurmaqdadır. Bu eyni zamanda Həzrət Peyğəmbər (s.ə.s) Əfəndimizin sünnəsilə də sabitdir. İstiazədən məqsəd, qiraət əsnasında şeytanın vəsvəsəsini uzaqlaştırmaq olduğu üçün Allah Təala bunu əmr etmişdir. Bundan başqa da istiazə ləfizləri mövcuddur.

“أعوذ بالله من الشيطان”, “أعوذ بالله السميع العليم من الشيطان الرجيم”

أعوذ بالله  العظيم من الشيطان الرجيم””

Yuxarıda sıraladığımız bu istiazə şəkillərinin hər hansı birilə Quran oxumağa başlamaq caizdir. Bundan əlavə bu siğələr mötəbər hədis alimləri Nəsəi, Tirmizi, Əbu Davud və İbn Macə tərəfindən rəvayət edilmişdir. Ancaq kitab və sünnəyə uygunluğu səbəbilə Quranın seçmiş olduğu istiazə siğəsi “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” dir.

İstiazənin hökmünə vacib deyənlər olmaqla birlikdə, sünnə və ya müstəhab deyənlər də olmuşdur. Quran oxumağa başlayan şəxs istər bir surənin başından, istərsə də ortasından oxusun, istiazə ilə başlamalıdır. İstiazənin əsl yeri isə qiraətdən öncədir. Çünki istiazə Allaha sığınmaq deməkdir. Beləliklə Quran oxuyacaq kimsə Allah kəlamını oxumağa hazır hala gəlir.

Quran oxuyan kimsə qiraətini, qiraətlə əlaqəli bir səbəblə qısa bir zaman üçün kəsmək məcburiyyətində qalarsa, daha sonra təkrar başladığında yenidən istiazəni təkrarlamaz. Məsələn: Oxuyan, Quranın əhkamı, təcvidi və ya təfsirini düşünmək surətilə, ya da öskürmək, asqırmaq kimi məcburi bir özür səbəbilə oxumağa ara verdiyi taqdirdə istiazəni təkrarlamaz, amma oxunuşu kəsmə qiraətlə əlaqəli bir səbəbdən deyilsə oxuyan istiazəni təkrar etməlidir.

Bəsmillah ləfzi بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ şəklində olub mənası da “Rəhman və Rəhim Allahın adıyla” deməkdir. Bəsmillah Tövbə surəsi xaric digər bütün surələrin başında mövcuddur. Çünki Tövbə surəsinin ayrı bir surə olub olmadığı və ya Ənfəl surəsinin davamı olduğu mövzusu sahabəi-kiram arasında ixtilaflıdır. Bu surənin nüzülü əsnasında Həzrət Peyğəmbər (s.ə.s) Əfəndimiz bəsmillah yazılmasını əmr etməmişdir.

Sad b. Cübeyr, Zühri və İmam Şafii kimi alimlər, bismillahın, başında olduğu hər surədən bir ayə olduğu görüşündədirlər. Bu səbəblə də bəsmillahı namazlarda səsli bir şəkildə oxuyurlar. İmamı-Azama görə isə surələrin başında yer alan bismillah öz-özünə bir ayədir və Qurandandır. Surələrin aralarını ayırmaq və başlanğıcda təbərrük olunmaq üçün nazil olmuşdur. Fəqət bu bəsmələlərin, başında olduğu surələrdən bir cüz olduğuna aid də açıq bir dəlil tapılmamısdır. Dolayısıyla bismillah digər bütün surələrdən ayrı və müstəqil bir ayədir və hər namazda oxunması vacib deyildir. Fəqət gərək namazda, gərəksə də Quran oxumağa başlarkən oxunması sünnədir. Bu səbəblə də namazda qiraətin başında oxuyuruq, ancaq ortasında oxumuruq. Fatihə surəsini və ondan sonra oxuduğumuz surəni səsli (açıqdan) oxuyuruq. Ancaq bismillahın bunlardan bir cüz olduğu anlaşılmasın deyə onu gizli oxuyuruq. Bütün Hənəfi alimləri bu mövzuda müttəfiqdir.

Bütün qiraət alimləri Tövbə surəsi xaric digər bütün surələrin başında bəsmələ olduğu mövzusunda ittifaq etmişdirlər. Dolayısıyla Tövbə xaric hansı surə olursa olsun, bəsmələ ilə başlanmalıdır. Tövbə surəsi də daxil olmaqla hər hansı bir surənin əvvəlindən deyil, başqa bir yerindən oxunmağa başlanılırsa oxuyan, bismillah çəkib çəkməmədə müxəyyərdir (sərbəsdir). Hər ikisi də caizdir. Bu bütün məzhəplərin görüşüdür. Bu anlatdıqlarımızdan ortaya çıxan nəticə budur: İnsan Quran oxumağa başlarkən qətiyyətlə istiazə və bismillah ilə başlamalıdır. Yəni, “بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيم / “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم deməlidir. Quran oxumağı bitirəcəyi zaman da; صَدَق الله العَظِيم”” şəklində bitirməlidir.

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

təcvid

Bənzər məqalələr

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Qurani-Kərimdə durğu işarələri

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.

Səktə

Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.

Ləmi-tərif

Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə.

İdğamın növləri

Hərflərin bir-birlərinə idğam edilib edilməyəcəyi, məxrəcləri və sifətlərinin bir-birlərinə yaxınlığı ilə əlaqəlidir. Başqa bir ifadə ilə; məxrəc və sifətləri yönündən bir-birinə yaxın olan hərflər idğam edilir. Məxrəc yönündən bir-birinə uzaq olan hərflər və sifətləri yönündən bir əlaqəsi olmayan hərflər isə ızharlı oxunurlar. Bu mövzunu gələcək bölmələrdə izah edəcəyik. Bu əsaslardan yola çıxaraq idğamları “idğami-misleyn, idğami-mütəcaniseyn […]


Şərh yaz