2. 185 dəfə oxunub ,   0 şərh   Çap et

İstiğfar, ərəb mənşəli söz olub, örtmək, gizləmək, birinin qüsurunu ifşa etməyib bağışlamaq mənasını verən ğa-fə-ra (ğufran) kökündən gəlir. Allaha nisbət edildikdə “qulunun günahını örtüb qüsurunu bağışlaması” mənasına işlədilir.[1] Allaha aid edilən məğfirət, qulunu əzab görməkdən qoruması şəklində izah etmişdir. Eyni kökdən gələn istiğfar kəlməsi isə, insanın xətasının bağışlanmasını Allahdan tələb etməsi deməkdir. İsfahaniyə görə bu tələbin həm söz həm fellə olması lazımdır; əksi halda istiğfar şəxsi yalançı vəziyyətinə salar.[2]

Əfv və Məğfirət arasındakı fərq

 Əfv kəlməsi silmək, məğfirət isə örtmək mənasına gəlir. Şeyx Məhəmməd Münir əl Dəməşqi bu haqda belə demişdir “Allah qatında əfv,  günahın bütün izlərini silib atılmasıdır. Əfv olunan günah Kiramən-Katibin olan mələklərinin dəftərlərindən silinər. Qiyamət günündə bu günahlardan ötrü Allah qulunu hesaba çəkməz və insanın qəlbinə də o günah unutdurular. Beləcə o günahlar yadına gəlsə belə şəxs, utanma duyğusuna qapılmaz. Ayrıca hər günah yerinə bir savab yazılar. Əfv məğfirətdən daha genişdir.

Məğfirət ifadəsi, Quranda demək olar ki, 100 surəsində yer alır. Bu da Allahın sonsuz mərhəmətinin, bağışlamasının olduğunu göstərir. Yenə ayədə  إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ  “Rəbbinin məğfirəti genişdir.” (Nəcm, 53/32) buyurulur.

Quranı Kərimə nəzər salsaq görərik ki, öncəki dövrlərdə gələn peyğəmbərlər öz qövmlərinə istiğfar etməyi əmr etmişdir. Onlar da bundan boyun qaçırınca həlak edilmişlər. Məsələn Həzrət Hud (ə.s) qövmünə belə deyir:

وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ

Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”(Hud 11/52)

Həzrəti Nuh (ə.s) da öz qovmu haqqında belə deyir:

فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ اِنَّهُ كَانَ غَفَّارًاۙ  يُرْسِلِ السَّمَٓاءَ عَلَيْكُمْ مِدْرَارًاۙ وَيُمْدِدْكُمْ بِاَمْوَالٍ وَبَنينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ اَنْهَارًا

“Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır. O, göydən sizə bol-bol yağış göndərsin, Mal-mülk və oğullar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yarasın.” (Nuh, 71/10-12)

  Həzrət Ömər (r.a.) quraqlıq, qıtlıq səbəbi ilə yağmur duasına çıxdığında istiğfar etməklə kifayətlənir. Yanındakılar: “Niyə yağmur için dua etmədin?”- deyə sual verdilər. “Mən, səmanın yağmur gələn qapılarına döyəclədim” – demiş, sonra da bu ayəni oxumuşdu.

Həsən əl-Bəsrinin məclisində bir nəfər quraqlıqdan şikayət etdi. O da: “İstiğfar et!” dedi. Başqa biri maddi sıxıntılardan, bir başqası uşağının olmamasından, başqa biri torpaqların məhsuldarlığının az olmasından dərdləndi. Böyük İmam onlara da eyni şeyi tövsiyəni etdi. Bu cavablar məclisdəkilərin ürəyincə olmadı O, “Məğfirət diləyin ki üzərinizə bol-bol yağmur endirsin. Sizə mal və övlad ehsan buyursun, sizə bağçalar, çaylar, su kanalları nəsib eləsin.” ayəsini oxudu.

İbn Abbasdan (r.a) rəvayət olunur Rəsulullah səllallahu əleyhi və səlləm belə buyurdu: “Bir şəxs istiğfarı dilindən düşürməsə, Allah Təala ona hər çətinlikdən bir çıxış, hər üzüntüdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi, heç ummadığı yerdən ruzi yetirər.” (Əbu Davud, vitir 26. İbn Macə, ədəb 57)

Abdullah ibn Ömər r.a belə dedi: Biz Rəsulullahın səllallahu əleyhi və səlləmin bir məclisdə yüz dəfəRabbiğfir lî və tub aleyyə innekə əntət-təvvabur-rahîm: Allahım! Məni bağışla və tövbəmi qəbul eylə. Çünki sən tövbələri çox qəbul edən və çox mərhəmət edənsən”– dediyini sayardıq. (Əbu Davud, vitir 26; Tirmizi, daavat 39)

İstiğfar üçün uyğun vaxtlar

İstiğfar bütün vaxtlarda, günün istənilən saatında gətirilə bilər.

  1. Quranı Kərim möminlərin vəsflərindən bəhs edərkən səhər vaxtı, yəni imsakdan əvvəl edilməsinin uyğun olduğuna işarə edir.  وَبِالْاَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ“Sübh çağında isə istiğfar edirdilər.” (Zariyat 51/18 həmçinin baxın Ali İmran 3/17)
  2. Fərz namazların arxasından üç dəfə istiğfar gətirmək sünnətdir. Rəvayət olunur ki, “Allah Rəsulu (s.ə.s.) salam verib namazdan çıxınca üç dəfə “Əstağfirullah, Əstağfirullah əl-azim və etubu ileyh” və ya bənzəri sözlərlə istiğfar gətirər sonra da “Allahummə əntəs-səlam və minkəs-səlam…” deyərdi” (Müslim, məsacid, 135; Tirmizi, səlat, 112). İnsanın, Allaha ən yaxın bir yer olan və möminin meracı namazı qıldıqdan sonra istiğfar gətirmənin iki hikməti var. Birincisi, insanın namzda tam mənası ilə gerçək hüzuru əldə etməməsi, fərqində olmadan dünyadan qopa bilmədiyinə görə Allahdan bağışlanma diləyirik. İkincisi hikməti isə, yuxarıda da qeyd etdiyimiz kimi namaz, insanın Rəbbinə ən yaxın olduğu andır. Namazdan həmən sonra edilən duaların xüsusi yeri vardır. Həmin anı fürsət bilib Allahdan bağışlanma diləyində olmaq çox önəmlidir.
  3. Günah və xətalara qarşı içində tiksinmə yarandıqda.
  4. Günahın həmən arxasınca. İşlənən günaha vaxt tanımamaq çox önəmlidir.

 İstiğfarı xüsusi bir vaxtın darlığına həbs etmək doğru deyildir. İnsan gecə-gündüz, ayaqüstü dayanarkən, oturarkən, hətta uzanmış vəziyyətdə, gəzərkən, maşın sürərkən hasili hər şeydə edilə bilər, edilməlidir də. Allah Rəsulu (s.ə.s) bir məclisdə yetmiş dəfədən çox Əstəğfirullah çəkmişsə bizə daha çox etmək düşür. Çünki ölüm gözələnilmədən qarşımızı kəsə bilər. Hətta bir yerdən başqa bir yerə gedərkən vaxtı bu məqsədlə dəyərlədirmək lazımdır.

İstiğfar günaha uzanan yolu kəsər

Ustadlardan biri istiğfar və duanın əhəmiyyətini belə izah edir. “İstiğfar şərə, günaha meyl etmənin kökünü kəsər, dua isə xeyir istiqamətinə meyl etməyə güc-qüvvət  verər.” İstiğfar günahı qurutduğu kimi, çox çəkilincə bir növ günah önündə sədlər əmələ gətirər. Bizi günah mühitinə düşməkdən qoruyar.

Quranı Kərimdə bir çox ayədə istiğfar etməmiz əmr edilir. Bizi bizdən yaxşı tanıyan Rəbbimiz bizim hər zaman ona tövbə və istiğfarla yönəlməmizi istəyir.

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ

“Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!” (Mumin 40/55)

الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ

“Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və əxlaqsız işlərdən çəkinənlərdir. Şübhəsiz ki, Rəbbinin məğfirəti genişdir. Sizi torpaqdan yaradarkən də, siz analarınızın bətnlərində rüşeym halında ikən də O sizi yaxşı tanıyırdı. Ona görə də özünüzü təmizə çıxartmayın! Allah günahlardan çəkinəni və Ondan qorxanı yaxşı tanıyır.” (Nəcm 52/32)

وَالَّذي نَفْسي بِيَدِهِ لَوْ لَمْ تُذْنِبُوا لَذَهَبَ اللّٰهُ تَعَالٰى بِكُمْ وَلَجَاءَ بِقَوْمٍ يُذْنِبُونَ فَيَسْتَغْفِرُونَ اللّٰهَ تَعَالٰى فَيَغْفِرُ لَهُمْ

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Canım qüdrət əlində olan Allaha and olsun ki, siz heç günah işləməsəydiniz, Allah sizi götürüb yerinizə günah işləyən, buna görə də Allahdan əfv və məğfirət diləyən bir qövm gətirər və onları bağışlayardı.” (Müslim, Tövbə 11)

Bir digər cəhətdən məsələyə baxsaq. Rəbbimiz,

اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَاُولٰئِكَ يُبَدِّلُ اللّٰهُ سَيِّـَاتِهِمْ حَسَنَاتٍۜ وَكَانَ اللّٰهُ غَفُورًا رَحيمًا

“Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.”(Furqan, 25/70) ayəsi ilə iman, saleh əməl, istiğfar və tövbə ilə Özünə yönələn şəxslərin etdikləri pis işləri yaxşılıqlarla əvəz edəcəyinin müjdəsini verir.   

Ayənin təfsirində alimlər, insan tövbə və istiğfar ilə Rəbbinə yönəlincə, Allah Təala da onun şər, günah işləmə qabilyyətilərini xeyr işlər işləməyə çevirər. İnsan günah işlədikdən sonra sədaqətli olub tövbə ilə günahından peşman olarsa, Allah da onun yönəlişini qarşılıqsız qoymaz. “Madam ki döndün, mən də sənin günah işləmə qabiliyyətini, yaxşı işlə görmə istiqamətində dəyişdirdim” deyərək qarşılıq verər.

Quranı Kərimdən istiğfar duaları

لَۤا إِلٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

“(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam” (Ənbiya, 21/87.)

أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ

“Mənə zərər toxundu. Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” (Ənbiya 21/83)

رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ

 “Ey Rəbbim, (bizi) bağışla və (bizə) rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!” (Muminun 23/118)

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي

“Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etdim. Məni bağışla!” (Qasas, 28/16)

رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ

“Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!” (İbrahim, 14/41)

رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِۤي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

“Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və kafirlər qövmünə qarşı bizə yardım et!” (Ali İmran, 3/147)

 

Hədislərdən seçmələr

Allah Rəsulun (s.ə.s) Hz Əbu Bəkirə öyrətdiyi dua:

اَللّٰهُمَّ إِنّـِي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

“Allahım! Mən özümə çox zülm elədim. Günahları bağışlayacaq ancaq Sənsən. O halda mənə dərgahından xüsusi və gözlənilməz bir məğfirətlə mənə məğfirət elə,  mərhəmət göstər! Çünki yeganə Ğafur (günahları bağışlayan) və yeganə Rəhim (mərhəmət edən) Sənsən.” (Buxari, azan 149; tövhid 9; dəavat 16; Müslim, zikr 47, 48.)

اَللَّهُمَّ اَنْتَ رَبِّى لَا اِلَهَ اِلاَّ اَنْتَ خَلَقْتَنِى وَاَنَا عَبْدُكَ, وَاَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ, وَاَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ, اَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ, وَاَبُوءُ بِذَنْبِى فَاغْفِرْ لِى فِانَّهُ لاَ يَغْفِرُ الذُّنُو بَ اِلاَّ اَنْتَ

 “Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın. Mən Sənin bəndənəm. Gücüm çatana qədər Sənə verdiyim söz və vədimdən dönmərəm, etdiyim pis əməllərdən də Sənə sığınıram. Mənə verdiyin nemətlərini etiraf və günahlarımı iqrar edirəm. Məni bağışla, çünki günahları ancaq Sən bağışlayarsan” Kim bu duanı axşam çağı səmimi qəlbdən oxusa və həmin gecə vəfat etsə, cənnətə gedər. Sübh çağı da oxusa, Cənnətə gedər.” (Buhari, Daavat 17; Tirmizi, Daavat, 15)

رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ

“Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı qəlblərimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 59/10)

 

[1] Lisanul-Arab, “ġ-f-r” maddəsi

[2] Rağib əl-İsfahani, əl-Müfrədat, “ğ-f-r” maddəsi




Şərh yaz