4. 640 dəfə oxunub ,   0 şərh   Çap et

وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ

“O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar”.(Ali İmran, 3/135)

وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا

“Kim pis bir iş görərsə və ya özü-özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər­”. (Nisa, 4/110)

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا

“Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr, 110/ 3)

Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) bu duanı çox oxuduğu rəvayət olunur:

اَللَّهُمَّ اَنْتَ رَبِّى لَا اِلَهَ اِلاَّ اَنْتَ خَلَقْتَنِى وَاَنَا عَبْدُكَ, وَاَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ, وَاَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ, اَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ, وَاَبُوءُ بِذَنْبِى فَاغْفِرْ لِى فِانَّهُ لاَ يَغْفِرُ الذُّنُو بَ اِلاَّ اَنْتَ

 “Allahım! Sənsən mənim Rəbbim, Səndən başqa  yoxdur ilah. Məni Sən yaratdın. Mən Sənin bəndənəm. Gücüm yetdiyi qədər Sənə verdiyim söz və vədimdən dönmərəm, etdiyim pis əməllərdən də Sənə sığınıram. Mənə verdiyin nemətlərini etiraf və günahlarımı iqrar edirəm. Məni bağışla, çünki günahları ancaq Sən bağışlayarsan”. (Buhari, Daavat 17) [1]

Allah Rəsulunun hər gün 70 və 100 dəfə istiğfar etdiyi və bunu ümmətinə tövsiyə etdiyi hər kəs tərəfindən bilinən bir həqiqətdir.[2]

Mövzu ilə əlaqəli bir digər hədisdə də belə buyrulur:

مَنْ لَزِمَ الْاِسْتِغْفَارَ جَعَلَ اللّٰهُ لَهُ مِنْ كُلِّ ضِيقٍ مَخْرَجًا وَمِنْ كُلِّ هَمٍّ فَرَجًا وَرَزَقَهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ

“Kim israrla daim tövbə edər və onu xarakterinin ayrılmaz parçasına çevirərsə, Allah ona hər sıxıntıdan bir çıxış qapısı, hər kədərdən bir qurtuluş çarəsi göstərər və heç ummadığı yerlərdən ruzi verər”. (Əbu Davud, Vitir 26) Bu hədisin başqa rəvayətində isə:

مَنْ أَكْثَرَ مِنَ الْاِسْتِغْفَارَ جَعَلَ اللّٰهُ لَهُ مِنْ كُلِّ هَمٍّ فَرَجًا مِنْ كُلِّ ضِيقٍ مَخْرَجًا وَرَزَقَهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ

“Hər kim bol-bol istiğfar edərsə Allah Təala onun üçün hər kədərdən bir qurtuluş yolu, hər sıxıtıdan bir çıxış qapısı göstərər, onu heç umadığı bir yerdən ruziləndirər”-buyurur. (Əbu Davud, Vitr, 26; İbn Macə, Ədəb, 57)

İstiğfar edincə insan Allaha yaxınlaşar, Onun qapısına yönələr:

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (Talaq, 65/ 2-3)

Hz. Əli (r.a) bu haqda: “Allah Təala əzaba düçar etməməyi murad etdiyi bəndəsinə istiğfar ilham  edər “. İstiğfarın fəziləti ilə əlaqədar tabeinin böyüklərindən Qətadə belə buyurmuşdur: “Quran sizi xəstəliklərdən və o xəstəliklərin müəlicəsindən agah edər. Bəhs etdiyim xəstəliklər günahlarınızdır. Onların müalicəsi isə istiğfarladır”. Rabiətul-Ədəviyyə bir sözündə “bizim istiğfarlarımız belə bir çox istiğfara möhtacdır” buyuraraq insanları kamil mənada istiğfar etməyə səsləmişdir.

[1] Kim bu duanı axşam çağı səmimi qəlbdən oxusa və həmin gecə vəfat etsə, cənnətə gedər. Sübh çağı da oxusa, Cənnətə gedər. Buhari, Daavat 17; Tirmizi, Daavat, 15; Tirmizi, Daavat, 15; Nəsəi, İstiazə,57

[2] Buxari, Daavat, 3; Tirmizi, Təfsir, 47; İbn Macə, Ədəb, 57.




Bənzər məqalələr

İstiğfar hər dərdə dəvadır

Bir şəxs istiğfarı dilindən düşürməsə, Allah Təala ona hər çətinlikdən bir çıxış, hər üzüntüdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi, heç ummadığı yerdən ruzi yetirər.

Dua, dua, dua – 3

Hər cür xətadan, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min dəfə Əstəğfirullah edir, bağışlanma diləyirik.

Tövbə və istiğfar haqqında

Allaha and olsun, mən gündə yetmiş dəfədən çox Allaha istiğfar və tövbə edirəm

İstiğfar

Allahdan bağışlanma dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!


Şərh yaz