12. 891 dəfə oxunub ,   0 şərh   Çap et

İslam dininin təmizliyə böyük əhəmiyyət verir. Hz. Peyğəmbər (s.ə.s) bu mövzuda müsəlmanları öyrətməklə o qədər maraqlanmışdır ki, onlara tualet ehtiyaclarını aradan qaldırmaq və bundan sonra nə edilməsi haqqında tövsiyələr vermişdir. Bu bir çox insanın diqqətini çəkmiş, hətta bunu bəyənməyənlər belə olmuşdur. Qeyri-müsəlmanlardan biri səhabələrdən Salman Farisiyə, “Peyğəmbəriniz sizə hər şeyi öyrətdi. Hətta tualet təmizliyinin necə ediləcəyini belə.” − demişdir.[1]

İstinca nədir?

İstinca lüğətdə, “natəmiz şeylərdən təmizlənməyi istəmək” deməkdir. Dini terminologiyada isə, böyük və kiçik ayaqyolu ehtiyacını gördükdən, həmçinin qan, məni çıxandan sonra övrət yerlərini təmizləmək mənasına gəlir. Buna dilimizdə, təharətlənmək deyilir. Bu təmizlik müəkkəd sünnədir.

 İstincanın Allah nəzdində qiymət və əhəmiyyətini göstərən İbn Abbas və Əbu Hüreyrədən nəql olunan bu hədis diqqət çəkicidir:

 “Qubalılar (Mədinə yaxınlığındakı qəsəbə) haqqında “Orada təmizlənməyi sevən adamlar var” (Tövbə, 9/108) mənasındakı ayə nazil olunca Allah Rəsulu (s.ə.s) onlara soruşdu:

˗Allah sizi niyə tərifləyir?

 Onlar da:

– Biz ayaqyoluna getdikdən sonra su ilə təmizlənir, istinca edirik ˗ cavabını verdilər.

İstinca nə ilə edilir?

İstinca zamanı sol əldən istifadə olunur. İstinca su ilə edilir. Ancaq su olmadıqda tualet kağızı, salfet, bez parçası, pambıq və xırda daşlarla da istinca etmək olar.

Əslində su ilə istinca edib əsgi, tuvalet kağızı kimi suyu özünə horpduran bir şeylə  qurulanmaq təmizlik yönündən daha məqsədəuyğundur.

Üzəri yazılı kağızlar, yarpaq,  ipək kimi bahalı parçalarla və Zəmzəm suyu ilə istinca etmək məkruhdur.

Təmizlikdə tualet kağızı kifayətdirmi?

Hz. Peyğəmbərin (s.ə.s) tualet ehtiyacından sonrakı təmizlik üçün, ümumiyyətlə sudan[2], suyun olmadığı zamnalarda isə xırda və nisbətən düz daşlardan istifadə etdiyi[3] bildirilir.     

Müasir dövrdə övrət yerləri su ilə təmizlənmədən əvvəl və ya sonra tuvalet kağızından da istifadə edilir. Beləcə həm əlin nəcasət ilə birbaşa təması azalır, həm də yuyulandan sonra qalan su qurulanır. Su ilə təmizlik etdikdən sonra övrət yerinin parça və ya tualet kağızı ilə qurulanmasının sağlamlıq və təmizlik baxımından daha uyğun hətta zəruri olduğunu ifadə etmək lazımdır.

 Su ilə təmizləndikdən sonra bez və ya tualet kağızı ilə qurulanmaq, Quba xalqının Qurani-Kərimdə təriflənən təmizliyinə bənzəyir. Quba xalqı su ilə təharətləndikləri üçün “Tövbə” surəsinin 108-ci ayəsi onlar haqqında nazil olmuşdur. Bu ayə (“Orada (maddi-mənəvi kirlərdən) paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!”)[4] nazil olanda Allah Rəsulu (s.ə.s), Quba əhalisinə: “Allah təmizlik barəsində sizi öyür. Bu nədən irəli gəlir?” deyə soruşduqda, onların: “Biz namaz üçün dəstəmaz alırıq, qüslsuz olanda yuyunuruq və su ilə təharətlənirik” – dedilər. Rəsulullah (s.ə.s): “Təfir elə bunun üçündür, buna davam edin!” – buyurdu.[5]

Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) heç vaxt su ilə təharətlənmədən tualetdən çıxmadığını bildirmiş və İbn Ömər də “Biz də bu şəkildə etdik və bunun bir şəfa və təmizlik vasitəsi olduğunu gördük” demişdir.[6]

Qərb cəmiyyətlərində olduğu kimi sadəcə tualet kağızı ilə təmizlənmək kifayət deyil. Buna görə də tualet təmizliyini su ilə etmək, sonra da tualet kağızı ilə qurulanmaq ən etibarlı və gözəl yoldur.

İstinca edərkən sudan istifadə etmədən, sadəcə tuvalet kağızı və bezlə kifayətlənmək məkruhdur.

Fiqih kitablarında kağız istifadə etməyin məkruh olduğu bildirilir. Bu doğrudurmu?

Keçmiş dövrlərdə kağız az tapıldığı üçün çox dəyərli idi və ancaq kitab yazmaq üçün istifadə edilirdi. Bunu nəzərə alaraq bəzi fiqh kitablarında kağızın təmizlikdə istifadə edilməsi uyğun görülməmişdir. Günümüzdə tualet kağızları yazı vəsaiti kimi istifadə olunmadığına görə tualet kağızından istifadə oluna bilər[7].

İstibra nədir?

Kişilərin kiçik tualet ehtiyacından sonra, sidik axıntısının tamamilə kəsilməsini gözləməsi istibra adlanır. Buna diqqət etmək vacibdir.

 Sidik axıntısı hər insanda olur. Ancaq bəzi kişilərdə axıntı tez kəsilir; bəzilərində isə, axıntı bir müddət davam edir. Hər kəs öz halını bilərək, tualetdən çıxdıqdan sonra dəstəmaz almadan öncə, axıntının kəsilməsini gözləməli, sonra dəstəmaz almalıdır.

Sidik axıntısını saxlamaq üçün nə etmək lazımdır?

İstibranın yəni, kiçik tualet ehtiyacından sonra sidik sızıntısını durdurmağın müxtəlif yolları var. Əvvəlcə su yoluna oturaraq getmək lazımdır. İkinci olaraq da axıntı kəsilən kimi dərhal qalxmamalı bir az gözlənilməlidir. Çünki sidik tam olaraq kəsilməsə, üzr sahibi müstəsna, alınacaq dəstəmaza mane olmaqla yanaşı paltarların kirlənməsinə də səbəb olur. Sonra inəyin məməsini sağırmış kimi üç dəfə sidik kanalında qalan axıntı əl ilə çıxarılmalıdır. Axıntı dayanandan sonra su ilə yuyunaraq tualetdən çıxmaq olar. Çıxandan dərhal sonra dəstəmaz almamalı, bir az yürüyərək, öskürərək və ya ayaqları tərpədərək sidik yollarında qalmış olan damcıların çıxdığından tam əmin olunmalıdır. Hər kəs öz vəziyyətini bilərək bu yollardan birini tətbiq edə bilər.

İstibra edilmədən dəstəmaz almaq olar?

Su yoluna çıxdıqdan sonra istibraya diqqət etmək dəstəmazın səhhəti üçün vacibdir. Axıntı tam kəsilmədən dəstəmaz alan şəxsdən xaric olan sidik damcısı dəstəmazı pozur. Dəstəmazsız qılınan namaz da səhih deyil. Buna görə də istibraya çox diqqət etmək lazımdır.

 Allah Rəsulu (s.ə.s) bir hədisində:

“Su yoluna çıxdıqda axıntının kəsilməsinə diqqət edin. Çünki qəbir əzabının çoxu ondandır.” [8] ˗ buyuraraq müsəlmanların su yoluna gedərkən istibraya son dərəcə diqqət etmələrini istəmişdir.

 Qadınların istibra etmirlər. Sadəcə su yoluna çıxdıqdan sonra dəstəmaz almadan bir qədər gözləyirlər.

İstincanın məkruhları hansılardır?

İstinca və istibrada təmizlik həmişə sol əl ilə edilməlidir. Hədisdə: “Sizdən bir kimsə su yoluna gedərkən, orqanını sağ əli ilə tutmasın. Ehtiyacı gördükdən sonra da sağ əli ilə təmizlik etməsin.”[9]˗ buyurulmuşdur. Alimlər, bu hadisə əsasən, sağ əl ilə təmizlənməyi məkruh saymışlar. Sol əli olmayan və yaxud sol əli ilə heç nə edə bilməyən üzrü şəxs sağ əli ilə tualet təmizliyini edə bilər.

İstincada suyu istifadə edərkən diqqətli olmalı, suyu çırpmamalı, üst başına sıçratmamağa çalışmalıdır.


[1] Müslim, “Təharət”, 57
[2] Buxari, Vüdu, 15-17, 55; Müslim, Təarət, 69-71.
[3] Buxari, Vüdu, 20.
[4] Tövbə, 9/108.
[5] İbn Macə, Təharət, 28.
[6] İbn Macə, Təharət, 28.
[7] Kösə S, Yaran R., İslam Dinin Əsasları, 20.
[8] Buxari, Vüdu, 55, 56, Cənaiz, 80, Ədəb, 46, 49; Müslüm, Təharət, 111; Əbu Davud, Təharət, 11; Tirmizi, Təharət, 53; Nəsai, Təharət, 26, 116; İbn Macə, Təharət, 26.
[9] Buxari, Vudu 18, 19; Müslim, Təharət 63 (267); Əbu Davud, Təharət 18 (31); Tirmizi, Təharət 11 (15); Nəsai, Təharət 23, 42; İbn Macə, Təharət 15 (310); Əhməd ibn Hənbəl, 5/300



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

İslamda təmizlik

Təharət təmizlik, paklıq mənalarına gəlir. Dini terminologiyada mənası isə nəcasət deyilən maddi və hədəs deyilən, ibadətlərə mane hökmü kirlilik hallarından təmizlənmək deməkdir.


Şərh yaz