11. 817 dəfə oxunub ,   0 şərh   Çap et

Mədlər əsli və fəri olmaq surətilə iki qismə ayrılır. Əsli məddin digər adı təbii məddir. Fəri məddlər isə “məddi-müttəsil, məddi-münfəsil, məddi-lazım, məddi-ariz və məddi-lin olmaq üzərə beş qisimdir. Qurani-Kərimi tilavət edənlərin ən çox qarşılaşacağı təcvid qaydaları arasında mədlər ilk sırada yer alır. Ona görə də bu mövzunun yaxşı başa düşülməsi vacibdir.

1. Əsli Məd (Məddi-Təbii)

Hər hansı bir kəlmədə məd hərflərindən biri olarsa fəqət çox uzadmağa səbəb olan həmzə və sükun olmazsa məddi-təbii yəni əsli-məd olur. Başqa bir səbəbə ehtiyacı olmayan və bir əlif miqdarı uzadılan məd şəklində də tərif edilmişdir. “نُوحِيهاَ” misalında bu vəziyyət gözə çarpır.

İlk misalı təhlil etdiyimizdə; “نُوحِيهاَ” kəlməsindəki ilk hərf olan “ن” hərfini “u” şəklində bir əlif miqdarı uzadan “و” hərfi, “ح” hərfini “i” səsilə bir əlif miqdarı uzadan “yə” hərfi, üçüncü olaraq da “ه” hərfini “ə” səsilə bir əlif miqdarı uzadan “ا” hərfi gələrək təbii məd olmuşdur.

Məd hərfləri başlığında,  “əlif, vav, yə” hərflərinin hansı hallarda məd hərfi olacağını izah etmişdik.[1] Onu da qeyd etmək lazımdır ki, məddi-təbii dediyimiz əsli mədlər hər zaman bir əlif miqdarı uzadılır. Məddi-təbinin bir əlif miqdarı uzadılması vacibdir. Mütləq uzadılması lazımdır. Bütün qiraət imamları bir əlif miqdarı uzadılması xüsusunda ittifaq etmişdirlər.  Bir əlif miqdarı isə təxminən bir saniyəyə bərabərdir. Qədim təcvid kitablarında bir əlif miqdarı, oxuyanın açıq olan barmağını yumması ya da qapalı olan barmağını açması əsnasında keçən zaman qədər olduğu ifadə edilmişdir.

Məd hərfləri və ya hərfi-məd hər zaman yazıda açıq bir şəkildə görünməyə bilər. Belə oldugu halda məddi-təbii təqdiridir (gizlidir). “اِنّهُ هُو” ifadəsində birinci “hə” ni uzadan təqdiri bir “vav” hərfi vardır.

Quran oxuyucusu, bəzi kəlmələrdəki mədləri ilk baxışda görməkdə çətinlik çəkə bilər. Bu səbəblə bəzi kəlmələrin izahını burada verməyi uyğun gördük.

Quranda keçən bəzi kəlmələrin son hərflərində məddi-təbii olduğu halda xətt yəni yazı etibarilə bəzən yoxmuş kimi görünə bilər. Fəqət orada əslinda məddi-təbii vardır. Bunu göstərmək üçün də məd olan hərfin altına kiçik xətlə مد (məd) yazılır. Kəlmənin altında bu kiçik məd yazısını görən oxuyucu, bu şəkildə orada məddi-təbii olduğunu asanlıqla anlayır.

لِتَستَوُا، قال اخسَوُا، لِيَسُوؤُا، وإن تَلوُا، اِقرَؤُا، نَبِّؤُ، جَاؤُ، باؤُ، شَاؤُ، تَبَرَّؤُا، فَادرَؤُا، بَدَؤُا، يُدفِؤُا، لِيُطَافِؤُا،   kəlmələrinin son hərfləri mədli (uzadılaraq) oxunur.

ولاتَلوُنَ، يَلوُنَ، لايَستَوُنَ،  هَل يَستَوُنَ، يَستَهزِؤُنَ، ولا يؤُدُّ، رُؤُسٌ، ُيراؤُنَ، يطَؤُنَ، يُضاهؤُنَ،   يَستَنبِؤُنَ، لِيؤُسٌ، تَشاؤُنَ، داوُدَ، رَؤُفٌ، ويدرَؤُنَ، يَقرَؤُنَ، بَرِيؤُنَ، مُبَرّؤُنَ، غاوُنَ، يَتّكِؤُنَ، خاطِؤُنَ kəlmələrinin sondan bir öncəki hərfləri yenə mədli (uzadılaraq) oxunur.

Yenə Quranda ilk baxışda məd hərfi kimi görünən, əslində məd hərfi olmayıb sadəcə yazıyla əlaqəli olaraq kəlmədə yer alan vav (و) hərflərindən öncə gələn həmzələr ya da üzərindəki həmzələr uzadılmadan mədsiz oxunur.

اُولئكَ، يااولَى، مايَعبَؤُا، جَزاَؤُا، تَفتَؤُا، شُرَكاؤُكُم، نساؤُكُم  kəlmələrində bu vəziyyət gözə çarpmaqdadır. Bəzi musfahlarda məd kimi görünüb əslində məd olmayan bu kimi hallarda məd olmayan hərfin altında qəsr (قَصر) işarəsi mövcuddur. Məd hərflərinin altında قَصْر yazarsa o məddi-təbii uzadılmaz. Bu işarələrə diqqət edildiyi təqdirdə Quran oxuyucusunun xata etmə ehtimali çox azdır.

2. Fəri Mədlər

Yuxarıda bu mədlərin hansılar olduğunu zikr etmişdik. Bunlar sırasıyla; məddi-müttəsil, məddi-münfəsil, məddi-lazım, məddi-ariz və məddi-lin olmaq üzərə beşdir.

a. Məddi-Müttəsil

Bitişik məd deməkdir. Qaynaqlarda vacib məd şəklində də keçir. Hərfi məddən sonra səbəbi məd həmzə olub ikisi də eyni kəlmədə olarsa məddi-müttəsil olur. Digər bir ifadə ilə:

  1. Hərfi məd olmalı.
  2. Səbəbi məddən həmzə olmalı.
  3. İkisi də bir (eyni) kəlmədə olmalı.

Bu üç şərt hasil olduğu təqdirdə məddi müttəsil olur.  Misal:   أُلَئِكَ –  سِيءَ-  سُوءَ kimi. Verdiyimiz misallarda məd hərflərindən sonra səbəbi-məddən həmzə arxa-arxaya gəlmiş və eyni kəlmə içərisindədir. Birinci misalda ل hərfini məd hərflərindən, yuxarı doğru uzadan təqdiri bir əlif , onun ardından da səbəbi-məddən həmzə gəlmişdir. İkinci misalda س hərfini aşağıya doğru uzadan məd hərflərindən ي gəlmiş, daha sonra da səbəbi-məddən həmzə gəlmişdir. Üçüncü misalda da yenə س hərfini uzadan و gəlmiş, arxasından da səbəbi-məddən sükun gəlmişdir və eyni kəlmə içərisindədir. Bu saydığımız səbəblərdən dolayı məddi-müttəsil meydana gəlmişdir.

Məddi-müttəsilin məddinin yəni uzadılmasının hökmü vacibdir. Çünki bütün qiraət imamları məddi-müttəsilin uzadılması üzərində ittifaq etmişdirlər. Məddi-müttəsilin ən az uzadılma miqdarı iki əlif miqdarıdır. Ən çox uzadılma miqdarı isə beş əlifdir. Bizim qiraət imamımız Asim və onun taləbəsi Həfs, məddi-müttəsili dörd əlif miqdarı uzadaraq oxumuşlar. Biz də bu qiraəti mənimsədiyimiz üçün məddi-müttəsili dört əlif miqdarı uzadaraq oxuyuruq. Çünki, qiraət elmi qaydalarına görə hər hansı bir imamın qiraəti üzərinə oxunursa, o imamdan rəvayət edilən bütün oxunuş vəcihlərində o imama riayət etmək vacibdir.[2]

b. Məddi-Münfəsil

Hərfi-məddən sonra səbəbi-məddən həmzə olub ayrı-ayrı kəlmələrdə (hərf­i məd birinci kəlmənin sonunda, səbəbi-məddən həmzə ikinci kəlmənin ba­şında) olarsa məddi- münfəsil olur.

Misal: كَانُوآ أَشَدَّ – قَالُوآ أَوَلَمْ  – تُوبُوآ إِلَى اللهِ –  إِنِّي أَخَافُ – يَآ أَيُّهَا kimi.

Digər bir ifadə ilə:

  1. Hərfi-məd olmalı.
  2. Səbəbi-məddən həmzə olmalı.
  3. İkisi ayrı-ayrı kəlmələrdə olmalı.

Yuxarıda vermiş olduğumuz misallardan birincisini təhlil edək. إِنِّي أَخَافُ nümunəsində birinci kəlmədə “ن” hərfini uzadan məd hərfi “ي” mövcuddur. Məd hərfindən sonra isə səbəbi-məddən həmzə gəlmiş və ikisi də ayrı-ayrı kəlmələrdə yer alır.

 Yuxarıda verdiyimiz misallardakı məd hərfləri zahiridir. Yəni kəlmənin sonunda açıq olaraq görünür. Fəqət bəzi hallarda məd hərfləri təqdiridir. هذه إيمانا və         عِلمهِ اِلا مِن  misallarında “hə” zəmirindən sonra təqdiri bir “yə” vardır.

 Məddi-münfəsilin asan tanına bilinməsinin işarəsi həmzənin uzun əlif şəklində yazılmasıdır.

قُلْ يَآ اَيُّهاَ الْكاَفِرُونَ  /  تُوبُوآ اِليَ اللهِ  /   اِنيِّ أَخاَفُ اللهَ  /     مِنْ عِلْمِهِ اِلاَّ بِماَ شاَءَ   /   عِنْدَهُ اِلاَّ بِاِذْنِهِ

             Məddi-müttəsilin asan tanına bilinməsinin işarəsi isə həmzənin qısa əlif şəklində yazılmasıdır. Amma həm məddi-müttəsil, həm də məddi-münfəsil üçün istisnalar vardır.

Məddi-müttəsil olub məddi-münfəsil kimi yazılan;    اَنْ تَبُواَ بِاِثْمِي ( maidə 29)

Məddi-münfəsil olub məddi-müttəsil kimi yazılan; هَؤُلاَءِ  kəlməsindəki    هَؤ qismidir.

Qiraət imamları məddi-münfəsilin məd və ya qəsr  oluşu, əgər məd isə məddin hansı ölçüsü ilə oxunacağı mövzularında ixtilaf etdiklərindən, məddi-münfəsilın hökmü caiz olmasıdır. Yalnız bu cəvaz hökmünü doğru anlamaq lazımdır.  Bir çoxlarının yanlış anladığı kimi, bundan məqsəd hər istəyən, münfəsil məddi istədiyi şəkildə, bir qaydaya bağlı olmadan oxuya bilər demək deyildir. Bunda diqqət ediləcək xüsus, hansı imamın qiraəti üzərinə oxunursa, o imama uymanın məcburiliyidir. Bizim oxuduğumuz Asim qiraətində məddi-münfəsillər ən az bir, ən çox dörd əlif miqdarı uzadılmalıdırlar.

c. Məddi-Lazım

Fəri mədlərin üçüncüsü məddi-lazımdır. Hərfi məddən sonra səbəbi-məddən sükunu-lazım gəlib, ikisi də bir kəlmədə olarsa məddi-lazım olur. Məddi-lazımın bu isimlə adlandırılmasının səbəbi, bütün qiraət imamlarının məddi-lazımın məd ilə oxunması mövzusunda ittifaq etmələridir. Bu mövzuda hər hansı bir ixtilaf olmamışdır. Bəzi qaynaqlara görə isə; səbəbi-məd olan sükunun kəlmənin həm vəsl, həm də vəqf halında sabit qalması və düşməməsi səbəbilə bu isim verilmişdir.

Sükunu-Lazım: Vəqfən (durulduğunda) və vəslən (keçildiyində) sabit olan sukuna deyilir. Misal : تْ – جْ – دْ – لْ – مْ  kimi bütün hərflərin cəzimli halları sükunu-lazımdır.

Məddi-lazım kəlmə və hərf olmaq üzərə ikiyə ayrılır. Bunlar da öz içərisində iki bölməyə ayrılırlar.

 Hərflərdə; burada bir şeyi qeyd etmək lazımdır ki, bu bölüm hurufu müqəttəələrlə əlaqəlidir. Hüruful-müqəttəə bəzi surə başlarında yer alıb mənaları Allah (c.c.) və Rəsulu (s.ə.s) tərəfindən tam olaraq bilinən, insanları heyrətə salmaq üçün də Quranda yer alan mütəşabeh ayə olduqları ifadə edilən hərflərdir. Yəni hərf ayələrdir. Ancaq bu qayda bütün müqəttəə hərflərinə aid deyil. Yalnız adlarını səsləndirdiyimiz zaman üç hərfdən ibarət olan hərflər buna aiddir. Məsələn: Ləm, mim və s. kimi. Ayn hərfi istisnadır. Çünki o, Lin hərfidir.

Məddi-lazım hərfi müsəqqələ:  Əgər burada hərflər şəddələnirsə bu qayda meydana gəlir. Məddi-lazım hərfi-müsəqqələyə misal:    الف  لام  ميم            الم  Burada لام-da, lam hərfini uzadan əlif var. Və daha sonra mim hərfinin üzərində sükunu lazım gəlmişdir. Və bu sükun özündən sonrakı mim hərfi ilə şəddələnərək oxunur. Ona görə də bu adı alır.

Məddi-lazım hərfi müxəffəfə:  misal: الف  لام  را         الر      Burada لام-da, lam hərfini uzadan əlif var. Və daha sonra mim hərfinin üzərində sükunu lazım gəlmişdir. Ancaq bu sükun özündən sonrakı ra hərfi ilə şəddələnərək oxunmur. Ona görə də bu adı alır.

Məddi-lazım Kəlmeyi-müsəqqələ: Ağır kəlmə deməkdir. Burada hərfi məddən sonra gələn səbəbi məddən sükunu lazım şəddəli hərf üzərindədir. خاَصّة،  مُدْهامَّتان، ولا لضاَّلّين ləfizlərində bu vəziyyət mövcud olduğuna görə məddi-lazım kəlimeyi-müsəqqələ var. Məddi-lazım kəlimeyi-müsəqqələyə misal:

الضاَ  لْ ليِنْ           وَلاَ الضّاَلِّين

Məddi-lazım Kəlmeyi-müxəffəfə: Xəfif kəlmə deməkdir. Burada hərfi məddən sonra gələn səbəbi məddən sükunu lazım şəddəsiz hərf üzərindədir. Bunun tək nümunəsi Yunus surəsini 51 və 91-ci ayələrində keçən آلْئنَ kəlməsidir. Bu kəlmənin açıq forması belədir اَالْ اَانَ .

Məddi-lazımda hərfi-məddən sonra səbəbi-məddən sükunu lazım gəldiyi halda, tərifindəki eyni kəlmədə gəlmə şərtı hasil olmayıb ayrı-ayrı kəlmələrdə gələrsə məddi-lazım olmaz. misal:    قاَلوُا اْلآنَ

Mədd-i lazımın hökmü vacibdir. Müttəfəqün əleyh (üzərində ittifaq ) olduğu üçün 4 əlif miqdarı uzadılır. Ancaq bütün qiraət imamları məddi lazımım ən az 2,5 əlif miqdarı oxuma biləcəyi üzərində ittifaq etmişdir. Müsəqqələ ilə müxəffəfəni bir-birindən ayıran mühim yol; müsəqqələlərin şəddəli, müxəffəfələrin şəddəsiz olmasıdır. Hərfin oxunuşunda şəddə meydana gəlirsə müsəqqələ, yalnız cəzm meydana gələrsə müxəffəfə olur. Bu metod kəlmələrdə də hərflərdə də əsas alınır.

ç. Məddi-Ariz

Hərfi-məddən sonra səbəbi-məddən sükunu-ariz gələrsə məddi-ariz olur. Sükunu arizin nə olduğunu bir daha söyləsək; durulduğunda ortaya çıxan, keçildiyində yəni vəsl edildiyində isə ortadan qalxan sükuna, arizi sükun ya da sükunu-ariz deyilir. Ümumiyyətlə ayə sonlarında və ya vəqflərdə, səcavəndlərdə, hərəkəli olan kəlmələrdə durulduğunda meydana gəlir. Məddi-ariz olması üçün hərfi-məddən sonra sükunu-ariz gəlməsi lazımdır. Bir xüsusa diqqət edilməlidir ki, hər məddi-arizdə bir sükunu-ariz vardır. Lakin hər sükunu- arizdə məddi-ariz yoxdur.

Misallarla izah edəsi olsaq: رَبِّ الْعاَلَمِينْ kəlməsinin son hərəkəsi əslində fəthədir. Fəqət bu kəlmənin sonunda durulduğunda ən sonda olan hərfin hərəkəsini sükunlu oxumalı oluruq. Bu vəziyyət hərfi məddən sonra gəldiyi üçün, yəni mim hərfini uzadan “yə” dən sonra gəldiyi üçün mədd-i ariz olmuşdur.

Məddi-arizin oxunuşu; oxunan hərfin hərəkəsinə görə dəyişir. Bu oxunuş şəkillərinə vücüh və ya vücühat deyilir. Bunlar sırasıyla; tül, təvəssüt və qəsrdir. Tül uzun oxuma deməkdir və bu oxumada məddi-ariz dört və ya beş əlif miqdarı uzadılır. Təvəssüt, orta oxunuş deməkdir və məddi-ariz bu oxunuşda iki ya da üç əlif miqdarı uzadılır. Qəsr isə qısa oxumaq mənasına gəlməklə birlikdə bir əlif miqdarı uzadılır. İndi isə son hərfin hərəkəsinin halına görə bu vəcihlərdən hansılarının caiz olacağını incələyək.

1) Hərfi-məddən sonra gələn və üzərində vəqf edilən kəlmənin, yəni məddi-ariz olan kəlmənin son hərfinin hərəkəsi üstün isə; يُكَذِّبُونْ misalında olduğu kimi, tül (4-5 əlif), təvəssüt (3 əlif) və qəsr (1 əlif) olmaq üzərə 3 vəcih caizdir.

2) Durulduğunda məddi-ariz olan kəlmənin son hərfinin hərəkəsi əsrə olursa, 4 vəcih­ caizdir. Bunlar tül, təvəssüt, qəsr və qəsr ilə rəvmdir. يَوْمِ الدِّينِ misalında son hərf olan “nun” hərfinin hərəkəsi kəsrədir. Bu şəkildə, bu hərfdən sonra dayanıldığında yenə məddi-ariz olur. Fəqət belə olduqda digər üç vəcihə əlavə olaraq rəvm ilə oxumaq da caizdir.

Rəvm: Son hərfin hərəkəsinin gizli səslə, yəni tam səsinin üçtə biri ilə ifadə edilməsidir. Yəni duracağımız zaman, son hərfin hərəkəsini çox xəfif bir səslə müəyyən etməkdir. Təcvid elmində belə tərif olunur:

(اَلرَّوْمُ: طَلَبُ الْحَرَكَةِ بِصَوْتٍ خَفِيٍّ) “Rəvm, hərəkənin xəfif bir səslə oxunmasını tələb etməkdir”.

Rəvm vəsl hökmündə olduğu üçün yalnızca qəsr ilə edilir. Çünki gizli səslə də belə olsa hərəkə ifadə edildiyi zaman səbəbi-məd olan sükun ortadan qalxar. Səbəbi-məd olmadığı zaman da yalnız məddi-təbilik qalır. يَوْمِ الدِّينِ إِيَّاك ayəsini oxuduğumuzu düşünək. Buradakı vəsl, yəni الدِّين kəlməsindən إِيَّاك yə keçərkən د hərfini bir əlif miqdarından çox uzalda bilməməyimizin səbəbi, (ن) nunun hərəkəsinin ifadə edilməsi səbəbilə səbəbi-məd olmaqdan çıxmasıdır. Rəvmdə (ن) nunu -gizli səslə olsa belə- hərəkəsilə birlikdə oxuduğumuz üçün səbəbi-məd olmaz. Onun üçün rəvm qəsr ilə edilir, mədlə deyil. Bunlar ancaq, bu işin əhli olan bir mütəxəssisin ağzından (fəmi-mühsin) eşidilərək öyrənilə bilər.

Qurani-Kərimdə Həfs rəvayətinə görə rəvm yoxdur. Ancaq görmə özürləri olanlara, üzərində vəqf edilən hərfin hərəkəsini bildirmək üçün edilir. Namazda və vird oxuyarkən rəvmin edilməsi məkruhdur. Demək ki, rəvm təlim-tərbiyə üçün edilir. Rəvm məddi-ariz və məddi-lin olan vəqflərdə edildiyi kimi məd olmayan vəqflərdə də edilir.

3) Kəlmənin son hərfinin hərəkəsi ötrə isə نَسْتَعِينُ  kimi 7 vəcih caizdir: Tül, təvəssüt, qəsr, qəsr ilə rəvm, tül ilə işmam, təvəssüt ilə işmam, qəsr ilə işmam.

İşmam, sükundan sonra dodağı yummaqdır:

اَلإِشْمَامُ اِنْضِمَامُ الشَّفَتَيْنِ بَعْدَ السُّكُونِ

Yəni, sakin hərfin səsi bitdikdən sonra dodaqlar yumulur. Sakinin səsi bit­mədən yumularsa tərifə uyulmamış olunur ki, bu da caiz deyildir. Başqa bir ifadə ilə işmam; sükundan sonra dodaqları irəliyə doğru çəkərək yummaqdır. İşmam sadəcə zəmmə yəni ötrəyə məxsusdur.  İşmamda səs yox, şəkil əsasdır. Rəvmdə isə səs var şəkil, görünüş yoxdur.

İmam Həfsə görə işmam da rəvm kimi təlim-tərbiyə üçün vəqflərdə, eşitmə özür­ləri olanlara kəlmənin son hərfinin hərəkəsinin ötrə olduğunu bildirmək üçün edilir. Ancaq Yusuf surəsinin 11-ci ayəsində yer alan (لاَ تَأْمَنَّا) kəlməsindəki işmamı Əbu Cəfər xaric doqquz qiraət imamı işmam vəchi ilə də oxuduğuna görə, bu kəlmənin işmam vəchini namazda və virddə oxumaq caizdir. Bu kəlmənin əsli  (لاَ تَأْمَنُنَا) dir.[1]

Mövzunu qısa bir şəkildə xülasə edə bilərik. Kəlmənin axırı (sonu) məftuh olarsa yalnız məd vəcihləri vardır; işmam ya da rəvm yoxdur. Kəlmənin sonu məksür (əsrə) olarsa, məd ilə rəvm vardır. Kəlmənin sonu məzmum (ötrə) olarsa mədlə bərabər həm işmam, həm də rəvm vardır.

İşmam ilə rəvm arasında bəzi fərqliliklər mövcuddur.

  1. Kor olanlar rəvmi eşidərlər fəqət işmamı görə bilməzlər
  2. Rəvm kəlmənin sonunda olduğu halda, işmam kəlmənin başında, ortasında və sonunda ola bilir.
  3. İşmam həm sakin, həm də hərəkəli hərflərdə ola biləcəyi halda, rəvm isə sadəcə sakin hərflərdə olur.

Qeyd: Bəzi hallarda məddi arizlə əlaqəli uzatma hökmlərini qarışdırırlar. Burada yeddi çür məd olduğunu söyləyirlər. Ancaq unutmamaq lazımdır ki, burada sadəcə olaraq üç məd vəchi vardır ( tül, təvəssüt və qəsr). Yeddi deyilərkən üç məd vəchi, üç işmam vəchi və bir rəvm vəchi qəsd edilir.

Rəvm və işmamın  faydalarını belə açıqlamaq olar: üzərində vəqf edilən hərfin əsl hərəkəsini dinləyənə və ya bu hərəkəyə baxana, hərəkənin cinsini yəni nə olduğunu açıqlamaqdır. Bundan da başa düşüldüyü kimi, rəvm və ya işmam ilə vəqf etmək, qiraəti dinləyən kimsənin hüzurunda olur və belə olduqda gözəl görülür. Əgər oxuyan kimsə öz başına oxuyursa və başqa dinləyən kimsə yoxdursa bunlara da ehtiyac yoxdur.

Məddi-arizin hökmü caizdir. Caiz olmasının səbəbi səbəbi-məddin sükunu-ariz olmasıdır. (Bir məddin hökmü caiz isə o məddə qəsr vəchinin də var olduğu anlaşılır.)

DİQQƏT: (يَشَآء – اَلسُّفَهَاءُ) kimi kəlmələrdə vəqf edildiyi zaman sükunu-ariz mey­dana gəlir. Bunlar məddi-ariz olurmu?-Son­dakı həmzələr hərfi-məddən sonra gəldikləri üçün səbəbi-məddir. Burada iki səbəb (həmzə və sükun) cəm olmuş, bu iki səbəbdən biri olan həmzə səbəbi-qəvi (gülcü səbəb) olduğundan, bu kəlmələrdəki mədlər məddi-ariz deyil, məddi-müttəsildir. Yəni bu kəlmələrin vəqfləri də vəslləri kimi məd edilir, qəsr ilə oxunmaz.



[1] Yusuf surəsindəki لاَ تَأْمَنّاَ kəliməsini, Ebu cəfər xaric digər bütün qiraət imamları iki vəcihlə oxumuşlar. Sadəcə Ebu Cəfər idğam ilə oxumuş, burada rəvm və işmam etməmişdir.



[1] Bax. Hərfi mədlər mövzusuna

[2] əs-Süyuti, əl- İtqan, I, 272.

 

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

təcvid

Bənzər məqalələr

İstiazə və Bismillahın oxunması

Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır.

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Qurani-Kərimdə durğu işarələri

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.

Səktə

Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.

Ləmi-tərif

Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə.


Şərh yaz