3. 340 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Almaq üçün yoxladığınız mala zərər dəysə bunu kim ödəməlidir? 

Cavab: Bu mövzu günümüzün aktual məsələlərindən biridir. Məsələn, mağazaya girirsən, çini qaba baxırsan (ki, xoşuna gəlsə, alasan). Ancaq elə olur ki, qab nəyəsə toxunur, ya da başqa bir səbəbə görə sınır. Təbii ki, bu vaxt zərərin kim tərəfindən ödənilməsi məsələsi ortaya çıxır. Belə bir hadisə Həzrəti Ömərin (r.a.) də başına gəlmişdi. O, almaq üçün bir at bəyənir, üstəlik qiymətini də razılaşır, qalır atı çapıb necə qaçdığını yoxlamaq. Həzrəti Ömər yanındakı adamlarından birinə atı çapıb yoxlamağı tapşırır. Ancaq iş elə gətirir ki, qaçarkən atın ayağı bir çuxura düşüb sınır. Hər şey razılaşdırılıb, ancaq mal artıq o mal deyil. At sahibi haqqını istəyir. Həzrəti Ömər isə ədalətli qərar çıxarmaq üçün dövrün tanınmış alimi Qazı Şüreyhə müraciət etməyi məsləhət görür. Razılaşdıqdan sonra qazı belə bir hökm çıxarır: atı minib çapmaq, yoxlamaq, sahibinin icazəsi ilə olmuşsa, zərər atın sahibinə aiddir. Yox, əgər atın sahibinin icazəsi olmadan çaparkən ayağı sınmışsa, onda alan adam zərəri ödəməlidir. Təxminən elə çini qab məsələsi də bu cür həll olunmalıdır. Yəni, sən satıcıdan xəbərsiz götürüb yoxladığın halda qab sınmışsa, cəriməni sən ödəməlisən. Yox, əgər satıcının icazəsi ilə onun gözü qarşısında baxarkən sınmışsa (və burada sənin heç bir təqsirin yoxdursa), cərimə mal sahibinə aiddir…




Bənzər məqalələr

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

Tapılan əşyanı nə etməli?

Tapılan əşyanı nə etməli? Tapılan əşya ilə əlaqəli hökümlər

Oğurluq malı almaq olarmı?

Oğurlanan və ya qəsb edilən mal əmanət hökmündədir. Bu mal qorunmalı və sahibinə qaytarılmalıdır. Belə ki, malın əsl sahibi malının ona aid olduğunu isbat etdikdə onu oğrudan və qəsbkardan ala bildiyi kimi, malın satıldığı şəxsdən də almağa ixtiyarı var.

Müştəriyə fürsət vermək

Kim bir müsəlmanın alış-veriş sövdələşməsini ləğv etmək istəyini qəbul edərsə, Allah da onun günah və xətalarını bağışlayar”.

Müştərini qızışdırmamaq

“Ticarətçilər, sənətkarlar şirin dilli, gülərüzlü, olduqca təvazökar, doğru sözlü olmalı, əsla yorulmadan, bezib-usanmadan çalışmalıdır. Bu məsələlər hər bir peşə sahibi üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, xalqla birlikdə işləyən və insanların xeyrində və ya zərərində az rol oynamayan bu iki sinif üçün daha əhəmiyyətlidir”


Şərh yaz