Mələklərin mahiyyəti
Mələk sözü lüğətdə ‘xəbərçi, elçi, güc və qüvvət’ kimi mənalara gəlir. İslam terminologiyasında isə, ‘Allah tərəfindən yaradılmış, cinsiyyətləri olmayan və Allaha itaətdən ayrılmayan lətif və nurani bir varlıq’ olaraq təsvir edilir.
Mələklərə imanın vacibliyi
Mələklər bizim duyğularımızla qəbul edilə biləcək maddi bir quruluşa sahib olmamaları baxımından qeyb aləminə aid varlıqlardır. Bunun üçün də haqqlarında duyğularla deyil peyğəmbərlərin verdikləri xəbərlərlə məlumat əldə edə bilərik.
Uca Allah(c.c.), qeybin son xəbərçisi, son peyğəmbəri Hz. Muhammədə (sallallahu əleyhi və səlləm) vəhy etmiş olduğu Kitabında bizə mələklərdən bəhs edir və onların varlığına inanmağı iman əsasları arasında zikr edir:
“Peyğəmbər Rəbbi tərəfindən özünə endirilənə iman etdi, (buna) möminlər də (iman etdilər). Hər biri Allaha mələklərinə, kitablarına, peyğəmbərlərinə iman etdilər.” (Bəqərə surəsi, 2/285.
Mələklərə inanmayan adam bununla bağlı ayələrin hökmünü inkar etdiyi üçün iman etmiş sayılmaz. Əslində mələklərə inanmamaq bilvasitə olaraq vəhyi, peyğəmbəri, peyğəmbərin gətirdiyi kitabı və təbliğ etdiyi dini inkar etmək mənasını verər. Çünki din, peyğəmbərlərə mələklər vasitəsilə bildirilmişdir. Necə ki Quranda belə buyurulur:
“… Kim Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar etsə o artıq tam bir dəlalət içinə düşmüş deməkdir. (Nisa surəsi, 4/176.)