9. 705 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: “Möhkəm” və “mütəşabeh” ayələr nə deməkdir?

Cavab: “Mütəşabeh” lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına gələn “təşabüh” məsdərindən törəmiş ismi-faildir. Məfhum olaraq da “nəyin qəsd olunduğu bilinməyən, izaha, təvilə ehtiyacı olan ayələr” deyə tərif edə bilərik.

Bunu misalla belə izah edə bilərik: Təsəvvür edin ki, üç yüz il əvvəlki cəmiyyətdə yaşayan insanlara radio cihazı haqqında danışmalıyıq. Lakin onların radio haqqında heç bir təsəvvürləri yoxdur. Radiostansiya, dalğalar, dalğa qəbuledici bir tərəfə, onların heç elektrik haqqında məlumatları yoxdur. Siz radio haqqında “radio danışan qutudur” deyirsiniz ki, bu sizə görə radionu tərif edən ən gözəl ifadə üslubudur. Əslində həmin cümlə radionun xüsusiyyətlərinin heç yüzdə ehtiva etmir. Amma bununla yanaşı onlara radionun bütün funksiya və xüsusiyyətlərini izah eləmək mümkün olmadığına görə ən münasib ifadə üslubu yuxarıdakı kimidir. Həmin insanların üzərinə düşən isə onlara verilən məlumatla kifayətlənməkdir. Yoxsa özlərindən “radio danışdığına görə ağzı var. Ağzı varsa deməli, ili və dişləri də var. Dil və diş varsa deməli yemək yeyə bilir” və s. kimi səhv mülahizələr önə sürmək deyil. Belə mülahizə yürütmək doğru yoldan sapmaq deməkdir. Möhkəm və mütəşabeh ayələri də öz məhdud ağıl və məntiqimizlə yorumlamaq və ya buna cəhd etmək əsla düzgün deyildir.

Ayələrin möhkəm və mütəşabehliyi mövzusunda Quranda bu ayələr mövcuddur:

1. Hud surəsini 1-ci ayəsində belə buyurulur:

 “ Əlif, ləm, ra (bu) elə bir kitabdır ki, ayələri hikmət sahibi və hər şeydən xəbəri olan (Allah) tərəfindən möhkəm təsbit edilmiş, sonra isə müfəssəl aydınlaşdırılmışdır”. Bu ayəyə görə Quran başdan sonaqədər möhkəm ayələrdən ibarətdir.

2. Zümər surəsinin 23-cü

 “Allah sözün ən gözəlini (Quranı) ayələri bir-birinə bənzəyən,hökmləri qarşılıqlı (cəza – mükafat) olan kitab şəklində nazil etmişdir.ayəsinə görə isə Quran tamamilə mütəşabehdir.

3. Ali İmran surəsinin 7-ci

Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı (möhkəm) ayələr vardır ki, onlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır (mütəşabehdir)…” ayəsinə görə isə Quran ayələrinin bir qismimöhkəm, digər bir qismi isə mütəşabehdir.İlk baxışda burada bir ziddiyətin olduğu qənaətinə vararıq.Ancaq diqqətlə incələdikdə görərik ki, Hud surəsindəki “möhkəm”sözü pozulmaqdan uzaq, sağlam və sonsuz hikmətləri ehtiva etməkmənasını daşıyır.Quranın başdan sona qədər mütəşabeh olduğunu göstərənZümər surəsinin -23cü ayəsi də ayələrin bəlağət, fəsahət və ecazyönləri ilə bir-birinə bənzədikləri mənasındadır. Ali İmran surəsinin7-ci ayəsinə gəlincə, bu ayə termin mənasında Quranın bir hissəsininmöhkəm, bir hissəsinin də mütəşabeh olduğunu ifadə edir.

Mütəşabehin növləri

Şatibi mütəşabehləri iki qismə ayırır: mütləq mütəşabehlər və izafi mütəşabehlər.

Mütləq mütəşabehlər

Bu mütəşabehlərin mahiyyətini yalnız Allah-təala bilir. Bəşər ağlı bunu idrak etməkdən acizdir. Bu mütəşabehlərin başında “hürufu müqəttəə” gəlir. Bundan başqa Allahın sifətləri, axirət xəbərləri,“ruh”, “sur”, “dabbətülərz”, “ərş”, “kürsi”, “lövhiməhfuz” və s. kimi ifadələr də mütəşabehlərin bu növünə daxildir.

Ruh

(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”[1] ayəsindəkeçən ruhun mahiyyəti haqqında məlumatımız olmadığı kimi, buradaruhdan qəsd olunan mənanın Quranmı, Cəbrailmi, Quranınvəhy olunuş şəklimi, yoxsa bədənlərə həyat verən ruhmu olduğunudə bilmirik.

Sur

Quranın on ayəsində “sur” kəlməsi keçir. Sur kəlməsinin də mahiyyəti bilinmir. Müfəssirlər, surun ceyran və ya başqa heyvanların buynuzlarından hazırlanan və güclü səs çıxaran boru olduğunu söyləmişlər. Qurani-kərim nə surun mahiyyəti haqqında, nə də surun ilk dəfə nə zaman çalınacağı və surun hər dəfə çalınması müddətinin nə qədər olacağı barədə məlumat vermir. Bu barədə gələn rəvayətlər israili rəvayətlərdir. Ona görə də sur mütləq mütəşabehlərdən hesab olunur.

Dəbbətul-ərz

Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər[2] ayəsində qiyamətdən öncəyerdən bir heyvanın çıxarılacağı bildirilir. “Dəbbətul-ərz” adlı buheyvanın necə bir heyvan olduğu, böyüklüyü, harda, nə zaman,necə ortaya çıxarılacağı barədə müxtəlif görüşlər vardır. Lakinbu barədə söylənənlərin heç birisi Nəml surəsinin 82-ci ayəsindəyoxdur. Hədislərdə də bu heyvan haqqında müxtəlif rəvayətlər keçir.Buna görə də bu kəlmə də mütaşabeh kəlmə hesab olunur.

İzafi mütəşabehlər

Bunlar alimlərin izah etməyə, təvil etməyə səy göstərdikləri mütəşabehlər olub öz içərisində iki yerə ayrılır: Ləfzi mütəşabehlər və mənəvi mütəşabehlər. Ləfzi mütəşabehlər də qərib və müştərk sözlər olmaq üzrə iki qismə ayrılır. Əbəsə surəsinin 31-ci ayəsindəki “əbbən” kəlməsi qərib sözlərə misal verilə bilər. Müştərək sözlərə gəlincə Quranda bəzi sözlər vardır ki, bunlar birdən çox mənaya gəlir. Buna misal olaraq Saffat surəsindəki “yəmin” sözünü verə bilərik. Bu söz “sağ əl”, “qüvvət” və “and” kimi müxtəlif mənalarda işlədilir. Mənəvi mütəşabehlər ayələrin mənalarında olur. Bu ayələrin mənaları açıq olmadığı üçün bunlar bir çox mənaya gələ bilər. Allahın varlığına və qüdrətinə işarə edən ayələrlə kainat haqqındakı bəzi həqiqətləri dilə gətirən ayələr mənəvi mütəşabihlərə daxildir. Aşağıdakı:

Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur![3]

(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar[4]) ayələrimənəvi mütəşabehə misal göstərilə bilər. Bu ayələrdə keçən və şirinsu ilə acı suyun qarışmasına mane olan səddi Təbəri, Razi, İbn Kəsirvə Əlmalılı Həmdi Yazır iki dəniz arasındakı “quru” və ya “Allahınöz qüdrətindən yaratdığı sədd” şəklində izah etmişlər. Halbuki sonelmi araşdırmalar bu iki su kütləsinin bir-birinə qarışmasına maneolan şey, iki dəniz arasındakı “su əngəli”dir. Bunu ilk dəfə fransızdənizçisi Kapitan Kusto Cəbəllütariq boğazında kəşf etmişdir. Zariyat surəsinin 47-ci ayəsində Allah-təala belə buyurur:

“Biz səmanı qüdrətimizlə qurduq. Biz onu genişləndiririk”.

Əvvəlki əsrlərdə yaşamış müfəssirlər bu ayədəki “musiun” kəlməsini Allahın qüdrətinin və məxluqata verdiyi ruzinin genişlədilməsi kimi izah etdikləri halda günümüz alimləri eyni ayənin kainatın genişləməsi nəzəriyyəsinə işarə etdiyini söyləyirlər.

Mütəşabeh ayələrin Quranda yer almasının hikmətləri

Mütəşabeh ayələrin Quranda yer almasının hikmətlərini belə sıralamaq olar:

a. Bunlar insanlar üçün bir imtahan vasitəsidir. Çünki bu ayələr insanın qeybə olan imanının ölçüsünü göstərər.

b. İnsan nə qədər bilgili və qabiliyyətli olsa da bu ayələr ona onun acizliyini və cəhalətini göstərir, Allahın qüdrətini dərk etdirir.

c. Mütəşabeh ayələr sayəsində Quranı əzbərləmək və mühafizə etmək asanlaşmışdır. Belə ki, əgər bu ayələrdəki mənalar geniş bir şəkildə ələ alınsaydı o zaman Quran bir çox cilddən ibarət olardı və onu əzbərləmək çox çətinləşərdi.

d. Bu ayələr insanın zehni inkişafını artırır və onu düşünməyə sövq edir.

e. Mütəşabeh ayələr elə bir ilahi mesajdır ki, dövrün imkanlarına görə onlar üzərində dərin təfəkkürə ehtiyac var. Buna görə də ayələrin anlaşılması üçün çox böyük əzm və səy göstərmək lazımdır. Belə məşəqqətli işlərdə ilahi məqsəd uğrunda göstərilən əzmin də böyük savabı vardır. Bu səbəbə görə mütəşabehləri Allahın əcr və mükafatını qazanmaq üçün bir yola kimi də qəbul etmək olar.

Mütəşabehlərin Quranda olmasının ən böyük hikmətlərindən biri də Quranın ağıl, düşüncə və bilavasitə elmə əhəmiyyət verməsi ilə əlaqəlidir. Bu ayələr sayəsində insan əqli dəlillərə müraciət etmiş və bu cəhətdən də zehnini həmişə çalışdırmışdır. Əgər Quranın belə xüsusiyyəti olmasaydı, insan zehni kütləşər və düşüncə üfüqü dar çərçivədə qalardı.

Yekun olaraq insan mütəşabehlər sayəsində düşünmə qabiliyyətini inkişaf vetdirib təqliddən uzaqlaşmağa nail olmuşdur. Beləliklə, o yeni bir zehniyyətlə özündən əvvəlki insanların əldə edə bilmədikləri zəngin şərh imkanına da sahib olmuşdur.

[1] İsra 17/85.

[2] Nəml, 27/82.

[3] Furqan, 25/53.

[4] Rəhman, 55/19-20.



Açar sözləri

ayə möhkəm mütəşabeh

Bənzər məqalələr

Ayə və hədislərlə ramazan

Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.

Quranda səs və titrəşmə

Səs və titrəşmə gündəlik həyatımızın əsas hadisələrindən biridir. Bunlar bir-biri ilə sıx əlaqəlidir. Səsin əmələ gəlməsi üçün qırtlaqdakı əzələlər, dil, dişlər, damaq, dodaqlar kimi bir çox orqan və hava bir-biri ilə mükəmməl uyğunluq içində işləyir.

Quran əmrlərində tədricilik

Sual: İslamı təbliğ edərkən müəyyən məsələlərdən danışmamaq, “Kitabın bir hissəsinə inanır, digər hissəsini inkar edirsiniz?” ayəsinin təhdidinə tuş gələ bilərmi? Bu mövzuda hansı üslubdan istifadə edilməlidir?

Rəsulullah (s.ə.s) namazlarda hansı surələri oxuyardı?

Namaz qılarkən Fatihə surəsindən sonra Qurani-Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Bunda hər hansı məhdudiyyət yoxdur. Bununla yanaşı Allah Rəsulunun (s.ə.s) hər namazda adət halına gətirərək oxuduğu yerlər vardır…

Qurani-Kərimdə neçə ayə var?

Qurani-Kərimdəki ayə sayının 6666 olduğunu deyə bilərdik. Ancaq Qurandakı hər surədəki ayələri toplayanda fərqli saylar ortaya çıxır. Bəs bu müxtəliflik haradan qaynaqlanır?


Şərh yaz