Sual: Mübahələni (qarşılıqlı lənətləşmə) açıqlaya bilərsinizmi?
“Mübahələ”, ərəb sözü olub, hər hansı bir şeyi öz başına qoymaq və azadlığa buraxmaq mənasını verir.
Dini terminologiyada isə hər hansı bir fərdi, ictimai, dini və s. işlərdə bir-biri ilə ixtilaflı olan iki nəfər və ya dəstənin bir-birinə Allah dərgahından lənət diləməsi və yalançı (zülümkar) olanın ilahi əzaba düçar olmasını diləməsinə deyilir.[1]
Mübahələ hadisəsi, qısaca Hz. Peyğəmbərin nəcranlı xristianlarla görüşməsi və bu görüşmə nəticəsində onları mübahələyə (lənətləşməyə) çağırmasıdır.[2] Hz. Peyğəmbərin İsa peyğəmbər haqqındakı həqiqətləri qəbul etməyən nəcranlı xristanları[3] lənətləşməyə çağırmaq istədiyindən bu ayə “mübahələ ayəsi” deyə anılır.[4] Hz. Peyğəmbər İslamı təbliğ üçün ətrafdakı qəbilə və qruplara göndərdiyi məktublardan birini də Nəcranda yaşayan xristianlara göndərmişdi. Bu məktubdan ötrü hicrətin 9-cu ilində nəcranlılar qəbilə liderləri ilə Mədinəyə gəlmişdilər. Onlar Hz. Peyğəmbərə Hz. İsanın atasının kim olduğunu soruşmuş,[5] Hz. Peyğəmbər isə bu suala cavab verməmişdi.[6] Ali-İmran surəsinin ilk 80 ayəsinin bu hadisədən sonra nazil olduğu bildirilir.[7] Nazil olan bu ayələrdən “(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsa haqqında) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək”[8] ayəsinə uyğun olaraq Hz. Peyğəmbər onları mübahələyə çağırmışdır.[9] İslam tarixi qaynaqlarında nəcranlıların bu lənətləşmədən imtina edərək[10] cizyə verməyi qəbul etdikləri bildirilməkdədir.[11]
Bəzi qaynaqlarda isə bu hadisə üzərinə Hz. Peyğəmbərin yanına Hz. Əli, Fatimə, Həsən və Hüseyni alaraq[12] onlarla lənətləşməyə[13] getdiyi nəql edilməkdədir.[14]
[1] İsmayılzadə, Əhli-Beyt Quran və Hədis Baxımından, 288-9.
[2]Taberi, Taberi Tefsiri, tərc. Mehmet Keskin, I, 256.
[3]M. Ali Haşimi, Kuranda Resulullah, tərc. Nurettin Yıldız, 92.
[4]Heyət, Kuran Yolu Türkçə Meal ve Tefsir, I, 589.
[5]İbn Kesir, Kurani Kerim Tefsiri, IV, 1266.
[6]İbni Hişam, İslam Tarihi Sireti İbni Hişam, tərc. Hasan Ege, II, 291.
[7]Muhammed Hamidullah, İslam Peygamberi, tərc. Salih Tuğ, I, 620.
[8]Ali İmran, 3/61.
[9]İsmail Hakkı Bursevi, Ruhul Beyan, tərc. Heyət, III, 139-40.
[10]Yazır, Hak Dini Kuran Dili, II, 346.
[11]İbni Hişam, e. a. ə., II, 309.
[12]Celaleyn, Tefsiri Celaleyn, tərc. Ali Rıza Kaşeli, I, 211.
[13]Mehmet Vehbi, Büyük Kuran Tefsiri Hulasatul Beyan Fi Tefsiril Kuran, , I, 621.
[14]Razi, Tefsiri Kəbir Məfatihul Ğayb,VI, 370-1.
عَنْ أُبَيِّ بْنِ كَعْبٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : “لَا تَسُبُّوا الرّ۪يحَ، فَإِذَا رَأَيْتُمْ مَا تَكْرَهُونَ فَقُولُوا: اَللّٰهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هٰذِهِ الرّ۪يحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هٰذِهِ الرّ۪يحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ” Ubey ibn Kab (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir: […]