5. 409 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Nəzir deyilmiş qurbanı Qurban bayramı günü kəsmək olarmı?

Cavab: Qurban bayramı günlərində kəsilən qurbandan başqa ibadət niyyəti ilə kəsilən digər qurban növləri də vardır. Nəzir qurbanı, əqiqə qurbanı, qiran və təməttö həcci edənin kəsdiyi şükür qurbanı, həcdə ehram qadağalarına tabe olmayanların kəsdiyi cəza və kəffarə qurbanı bunlar arasındadır. Əgər bir şəxsin nəzir (əhd) qurbanı vardırsa, sözü gedən əhd qurbanını qurban bayramı günlərində kəsməsi caizdir. Lakin vurğulamaq lazımdır ki, nəzir olaraq kəsilən qurbanın ətindən nəzir edən şəxs başda olmaqla onun ana, ata, baba, nənə, uşaq, nəvə və arvadı kimi baxmaqla məsul olduğu şəxslər yeyə bilməz. Əgər yesələr, yediklərinin qiymətini yoxsullara bağışlamalıdırlar. Nafilə olaraq kəsilən qurbanın ətindən isə, sahibi və baxmaqla məsul olduğu şəxslər yeyə bilər.   




Şərh yaz