6. 143 dəfə oxunub ,   0 şərh   Çap et

وَأَنْصَحُ لَكُمْ

Mən sizə Rəbbimin əmrlərini təbliğ edir, öyüd-nəsihət verir və yaxşılığınızı istəyirəm. {“Əraf” surəsi, 7/62}

وَأَنَا لَكُمْ نَاصِحٌ أَم۪ينٌ

Mən sizin yaxşılığınız üçün çalışan və sizə xəbərdarlıq edən etibarlı nəsihətçiyəm. Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm. {“Əraf” surəsi, 7/68}

 عَنْ أَب۪ي رُقَيَّةَ تَم۪يمِ بْنِ أَوْسٍ الدَّارِيِّ  أَنَّ النَّبِيَّ  قَالَ: «اَلدّ۪ينُ النَّص۪يحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ «لِلّٰهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِم۪ينَ وَعَامَّتِهِمْ»

Əbu Ruqayyə Təmim ibn Əvs əd-Dari (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Din nəsihətdir (səmimiyyətdir, xeyirxahlıqdır)”. Səhabələr: “Kimin üçün?” – deyə sual verdilər. Peyğəmbərimiz (s.ə.s.): “Allah üçün, Kitabı üçün, Peyğəmbəri üçün, müsəlman idarəçilər və bü­­tün müsəlmanlar üçün,”  – buyurdu”. [Müslim, İman 95]

 عَنْ جَر۪يرِ بْنِ عَبْدِ اللّٰهِ  قَالَ: بَايَعْتُ رَسُولَ اللّٰهِ  عَلٰى إِقَامِ الصَّلَاةِ وَإ۪يتَاءِ الزَّكَاةِ وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ.

Cərir ibn Abdullah (r.a.) belə demişdir:

“Mən Rəsulullaha (s.ə.s.) namazı tədili-ərkanla qılmaq, Zəkatı (şərtlərinə uyğun) vermək və hər müsəlmana nəsihət etmək şərtləri ilə beyət etdim”. [Buxari, İman 42; Müslim, İman 97]

 عَنْ أَنَسٍ  عَنِ النَّبِيِّ  قَالَ: «لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتّٰى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ»

Hz. Ənəs (r. a.) nəql edir:

“Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Özünüzə arzu et­diyiniz şeyləri mömin qardaşınıza arzu etmədikcə kamil mənada iman etmiş sayılmazsınız”. [Buxari, İman 7; Müslim, İman 71]



Açar sözləri

nəsihət

Bənzər məqalələr

Söhbət atmosferi

Gündəlik həyatda insanlar bir araya gəlir, danışır, müxtəlif mövzularda müzakirələr  və söhbətlər edərək xoş vaxt keçirirlər. Möminlər də bir araya gələndə dünya və axirət həyatı üçün faydalı mövzular haqqında söhbətlər edirlər. Və ya dini elmlərdə məlumatlı olan şəxs bir mövzu ətrafında söhbət edir, danışır, digərləri də onu dinləyir. Birinci ilə ikinci söhbət qrupu arasında necə […]

Nəsihət ədəbi

Allah-Təalanın (cəllə cəlaluhu) insanlara verdiyi ən böyük nemətlərdən biri də duyğu və düşüncələri ifadə etmə qabiliyyəti, yəni dildir.


Şərh yaz