14. 606 dəfə oxunub ,   0 şərh   Çap et

Bismilləhirrəhmanirrahim

Rəhman və Rəhim olan Allahın adı ilə.

Allahım! Sənin qəhr edən güc və qüvvətinə, sürətlə yetişən yardımına, təyin etdiyin sərhədlərin aşılması qarşısındakı müqəddəs qeyrətinə və iltica edənləri ehtiva edən himayənə sığınırıq.

Allahım! Hər şeyi eşidən, hər duaya icabət edən, hər şeyə daha yaxın olan, fərmanlarını tez həyata keçirən, intiqam və qəhri şiddətli, qısa zamanda onları zərərsiz hala gətirən ancaq Sənsən. Nə qədər qoldan güclü olsalar da Sənin hökmün qarşısında boyunları qıldan incədir. Zülmdə həddi aşanların həlak etmək Sənə əsla ağır deyil.

Ey Rəbbimiz! Bizə tələ quranları, arxamızca iş görənləri, bizə quyu qazanları və fərqli yollarla aldatmaq istəyənləri Sənə həvalə edirik. Onların tələlərini başlarına keçir, qazdıqları quyulara özlərini düşür. Planlarını puç eylə!

Allahım! “Kaf Ha Ya Ayn Sad” haqqı üçün, düşmənlərimizin şərrindən bizi hifz eylə. Onları geri çəkilməyə məcbur et. Hamısı Sənin aşiqlərinə fəda olsun. Onları tezliklə qəzəbinə tuş eylə.

Allahım! Onların birliklərini poz. Allahım! Onları parça-parça elə.

Allahım! Onların silahları sıradan çıxart, saylarını azalt.

Allahım! Onların başlarına müsibət yağdır. Allahım! Onların üzərinə əzabını göndər.

Allahım! Onları helm və lütf dairəndən çıxar, onlara verdiyin möhləti sona çatdır, əllərini boyunlarına dola və qəlblərinə qorxu sal.

Bizim üçün planlaşdırdıqları kirli məqsədlərinə çatmalarına imkan vermə.

Allahım! Keçmiş dövrlərdə peyğəmbərlərinə və vəli qullarına yardım etdiyin kimi bu gün də bizə yardım et və bu çarəsiz qullarına düşmənçilik bəsləyənləri parça-parça elə. Sənə düşmənçilik edənlərə qarşı sevdiyin bəndələrini əlindən tutub qaldırdığın kimi bizi də qaldır.

Allahım! Düşmənlərimizə bizə zərər verə biləcək  güc və qüvvət vermə və onlara güc toplamaq fürsəti də vermə. Günahlarımızdan ötrü onları bizə ürcah etmə Allahım!

“Ha Mim” Hər şey başa çatdı və Allahın yardımı gəlib çatdı. Daha bizə heç bir şey edə bilməzlər. “Ha Mim. Ayn Sin Qaf” bizi qorxduğumuz şeylərdən qoru, hifz eylə!

Allahım! Bizi pisliklərdən və bəla müsibətə məruz qalmaqdan qoru! Rəca duyğularımızı oyat. Bizi muradımıza yetir, bizi gözlənilməyən sürprizlərlə sevindir.

“Ya Hu! Ya Hu! Ya Hu!” İmdadımıza tez bir zamanda yetiş, ey Rəbbim!

Arzu-diləklərimizi həyata keçir, ey Rəbbimiz!

Ey Nuhun (əleyhissalam) qövmü haqqındakı duasını eşidən, düşmənlərinə qarşı İbrahimə (əleyhissalam) yardım edən, Yusifi atası Yaqub peyğəmbərə qavuşduran, Əyyuba təsir edən əzabı aradan qaldıran, Zəkəriyanın (əleyhissalam) duasına qəbul edən, Yunus ibn Məttanın (əleyhissalam) harayına səs verən Rəbbim!

Dualarına qarşılıq verdiyin peyğəmbərlər hörmətinə bizim dualarımızı da qəbul eylə. Arzu istəklərimizi həyata keçir. Mömin bəndələrinə vermiş olduğun vədini bizim üçün də gerçəkləşdir.

Düşmənlər azğınlaşdı. Biz də Rəbbimizə sığındıq.

“Dost və yardımçı olarak Allah yetər. (10 dəfə)”

“Allah bizə yetər. O nə gözəl vəkildir, himayədardır! (7 dəfə)”

“Həqiqi güc və qüvvət sahibi ancaq Allahdır. (3 dəfə)”

Allahım ordumuza zəfər bəxş eylə. Əsgərlərimizi mətanətli, ayıq və çevik eylə. Bayrağımızı Qarabağın hər tərəfində ucaltmağı nəsib eylə. Şəhidlərimizə rəhmət eylə! Yaxınlarına səbir ver! Xəstələrimizə tezliklə şəfa ver.

Ey hər şeyin şərindən hifz eyləyən Allahım! Bizləri, bütün mömin bacı və qardaşlarımıızı, əsgərlərimizi, xalqımızı, ölkəmizi  bildiyimiz və bilmədiyimiz hər cür təhlükələrdən qoru!

Ey Rəbbimiz! Hər kim olursa olsun düşmənlərimizə qarşı Səndən qurtuluş, sülh, müvəffəqiyət, zəfər və yardım diləyirik.

Allahım, Sənin düşmənlərini, bizə düşmənçilik edənləri, vətənimizə torpağımıza malımıza, mülkümüzə,  sərvətimizə, namusumuza, canımıza,  müqəddəs dəyərlərimizə müstəqilliyimizə göz dikənləri  Sənə həvalə edirik; onların öhdəsindən Özün gəl!

Allahım, düşmənlərimizin birlik və bərabərliklərini poz; onları parça-parça və darmadağın et,  onların aralarına ayrılıq, ədavət sal və bölük-bölük eylə, bir-birlərini anlamaz hala gətir, onları öz-özlərinə qənim eylə.

Allahım, düşmənimizi pərişan etməklə yanaşı onun havadarlarını da məyus eylə, ümidlərini puça çıxar.

Allahım! Ordumuzu müzəffər et. Ərazi bütövlüyümüzü bərpa etməyə fürsət ver!

Ey Rəbbim! Millətimizə, dövlətimizə qələbə sevincini yaşat. Allahım ölkəmizi  qoru.

Allahım ölkə rəhbərliyinə, idarəçilərimizə, bu işdə məsul olan şəxslərə, komandir və zabitlərimizə bəsirətli olmağı, uzaqgörən və tədbirli hərəkət etməyi və qətiyyətli olmağı nəsib eylə! Allahım,  xalqımızı, millətimizi bir araya gətir! Yumruq kimi bir eylə.

Güvən və etimadımız Sənədir İlahi,

Nə olur, bizi üzü üstə buraxma!

Səlat və salam olsun həzrət Muhammədə və onun nəbi və mürsəl qardaşlarına və onların al və əshabına.

Vəlhəmdu lilləhi Rabbil-aləmin.

Dua mətnini Azərbaycan dilində buradan PDF olaraq yükləyə bilərsiniz

Nüsrət və Qələbə duası Azərbaycan dilində

Dua mətnini ərəb dilində PDF olaraq buradan yükləyə bilərsiniz.

Nüsrət və Qələbə duası ərəbcə mətin

Ərəbcə mətin word.dosc formatında

Ərəbcə mətin word

 

 




Bənzər məqalələr

Nüsrət və Qələbə Duası – 2

Allahım! Şüphəmiz yoxdur ki, Sən hər şeyə qadirsən, yeganə güc və qüvvət sahibisən. Allahım! İnancımız tamdır ki, düşmənlərimizə qarşı ancaq Sənin inayətinlə qarşı çıxa bilərik.


Şərh yaz