3. 159 dəfə oxunub ,   0 şərh   Çap et

XXI əsrdə inkişaf edən tibb elmi insanın sağlamlığını qorumaq üçün yeni çarələr axtarışındadır. Buna görə də tibb sahəsində yeniliklərin sayı sürətlə artmaqda davam edir. Əslində bu axtarışlar və yeniliklər İslamın bizə əmr etdikləridir. Həqiqətən də İslam dininə baxdığımız zaman görərik ki, o insanın səhhətini qorunmasına, dərdlərə dəva tapılmasına böyük önəm vermişdir. Necə ki, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ey Allahın bəndələri! Xəstəliklərin müalicə yollarını axtarın. Bunu bilin ki, Allah, əlacını yaratmadığı heç bir xəstəlik yaratmamışdır. Sadəcə bir xəstəliyin əlacı yoxdur. Yanındakı səhabələr “O hansı xəstəlikdir?” – deyə soruşduqda, Rəsulullah (s.ə.s) “ixtiyarlıq cavabını verdi.[1] Deməli, İslamı anlayan bir mömin dərdlərə dəva axtarma yolunda əzimli olmalı, ümidini itirməməmlidir. Çünki Rəbbimiz, hədisi-şərifdə də bildirildiyi kimi əlacını yaratmadığı xəstəliyi yaratmamışdır. Əgər belədirsə o zaman bütün dərdlərin dəvası tapıla bilər. Yetər ki, müsəlman bunun üzərində çalışsın, araşdırsın, təcrübələr aparsın. Bu mövzuda daha geniş məlumat verən alimlər, dövrümüzü nəzərdə tutaraq tibbin gələcəkdə daha böyük imkanlara sahib olacağını, hətta ölmək üzrə olan xəstənin bir müddət yaşaya biləcəyini söyləmişlər. Buna misal olaraq isə Hz. İsanın (ə.s) möcüzə ilə ölüləri diriltməyini göstərirlər. Allahın izni ilə ölüləri “Peyğəmbərliyin nişanəsi olsun deyə” dirildərkən, həkimlər bununla Allah Təalanın həm də bunu demək istədiyini söyləmişlər: “Ölümü yaxınlaşmış xəstələrə müəyyən üsullarla müvəqqəti yaşam təmin edə bilərsiniz. İlahi iradə sizin etdiyinizə mane olmaz.” Deməli İslam müsəlmanlara bu mövzuda araşdırmağı və çalışmağı əmr etmiş, ümidsizliyə düşməyə icazə verməmişdir.

İnsana dəyər verən İslam, bir insanın həyatını qurtarmaq üçün digərinin həyatının məhv olmasına əsla icazə vermir. Bununla bağlı qəti hökm vardır. Bu görə də həkimin ölmək üzrə olan xəstənin ürəyini götürüb başqa bir xəstəyə köçürməsinə İslam dini icazə verməmişdir. Əgər belə bir əməliyyat bir xəstənin həyatını qurtarmağa çalışarkən digər xəstənin ölümünə səbəb olar ki, bu da kiminsə ölümünə səbəb olduğuna görə böyük günahlardan sayılır. Xəstə öz istəyi ilə olsa da həmin vəziyyətdə ürəyini başqasına verə bilməz. Çünki heç kim öz ölümünə səbəb olacaq orqanını başqasına bağışlaya və ya sata bilməz. Çünki, insanın ona verilən bədən əmanətindən sui-istifadə haqqı yoxdur. Öz ölümünə səbəb olacaq orqanı bağışlamaq və ya satmaq özünü qəsdən öldürmək – intihar etməklə eyni şeydir. Ancaq insan ölümünə səbəb və ya sağlamlığına hər hansı zərəri olmayacaq orqanını (məs; böyrəyini), toxumasını ehtiyacı olan xəstəyə bağışlaya bilər. Amma sata bilməz. Orqan nəqli orqan verən insanın (donorun) ölümünə səbəb olmasa da onun səhhətini bir az zəiflədər. Bundan qorxmamaq isə böyük fədəkarlıqdır, intihar deyildir. Lakin insan ölümündən sonra hər hansı bir orqanının xəstəyə nəql olunmasını vəsiyyət edə bilər. Ancaq yenə də qeyd edək ki, belə bir vəsiyyət satmamaq şərti ilə edilərsə caizdir. Ölən şəxsin vəsiyyəti olmasa yalnız ailə üzvlərinin, yaxın qohumların (varislərin) icazəsi ilə hər hansı bir orqan nəql edilə bilər.


[1] Buxari, Tibb 1, Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1.




Bənzər məqalələr

Dildəki möcüzə

Dil qan damarları, sinirlər, vəzilər və limfa damarları ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Dildə bizim təxmin edə bilməyəcəyimiz sayda bir-birindən müxtəlif əzələlər var. Bu əzələlər sayəsində dil öz yerində dayanır və son dərəcə həyati əhəmiyyətə malik hərələtlər edə bilir.


Şərh yaz