3. 255 dəfə oxunub ,   0 şərh   Çap et

Oruc maddi və mənəvi pəhriz və məlhəmdir. İnsanın nəfsi yemək-içmək baxımından istədiyi kimi hərəkət etdikcə, orqanizmə  həm maddi, həm də fiziki zərər vurduğu kimi, halal-haram demədən  qarşısına çıxan hər şeyə “hücum etməklə” də mənəvi həyatı zəhərləyir. Artıq qəlbə və ruha itaət etmək nəfsə ağır gəlməyə başlayır. Halbuki Ramazanda nəfs oruc tutmaqla pəhrizə alışdığı üçün əmr dinləməyi öyrənir. İl ərzində fasiləsiz işləyən mədə də istirahət imkanı əldə edərək xəstəliklərdən qorunur. Və Allahın əmrini yerinə yetirib hətta halaldan çəkinən nəfs ağılın və İslamın əmrlərinə əməl etməyə alışır. Yəni halalı tərk etdiyi üçün haramdan da asan uzaqlaşır.

Digər tərəfdən, insanların əksəriyyəti sel, yanğın, zəlzələ və s. kimi təbii fəlakətlər, sürgün kimi hadisələr nəticəsində aclıq çəkirlər. Belə vaxtlarda aclığa dözmək isə səbir və mətanət tələb edir. Səbirli və mətin olmaq üçünsə vücudu əvvəlcədən aclığa alışdırmaq lazımdır.

Ramazan ayında on beş saat, sahur (obaşdanlıq) yeməyi yeyilmədikdə isə iyirmi dörd saat davam edən oruc səbr və dözüm üçün ən gözəl tərbiyəçidir. Deməli, müsibəti iki qat ağırlaşdıran səbrsizliyin və dözümsüzlüyün bir dərmanı da orucdur.

Şəxsiyyətin formalaşmasında səbir və dözümün rolu böyükdür. İnsanın maddi və mənəvi yönləri bir-biri ilə sıx bağlıdır. Biri digərini öz təsiri altına ala bilir. Maddi həzlərə dözümü çox olan, yəni iradi olaraq ondan uzaqlaşmağı bacaran insan qeyri-maddi məşəqqətlərə də səbir etməyi bacarır. Bunun üçün dərin psixoloji təhlilə ehtiyac yoxdur.

İnsanın bir müddət təkrar etdiyi hərəkətlər vərdiş halını alır. Vərdişlər isə zaman keçdikcə insanın xasiyyət və təbiətinə çevrilir. Aclığa dözümlü olanlar aclıq və qıtlıq dövrlərində daha az əziyyət çəkirlər. Bunu əsrlər əvvəl böyük İslam alimi və sosioloqu İbn Xaldun dövrünün tibbi bilikləri işığında belə izah edirdi:

Bol nemətlər içində yaşayan insanlar qıtlıq illərində yoxsullara nisbətən aclığa dözə bilmir, daha tez ölürlər. Bolluq içində yaşayan, növ-növ qidalara, xüsusilə, bol miqdarda yağlı yeməklərə öyrəşən insanların bağırsaqlarında və qarnında təbii rütubət nisbəti həddən artıq olur. Buna görə də vərdişlərinin əksinə az yeməyə məcbur olunca və təbii ki,  bol və yağlı qida tapmayıb quru yeməklər yeməyə başlayınca bağırsaqları tez quruyur və büzüşür. Bağırsaq zəif bir orqan olduğuna görə xəstəliklərə tez yoluxur və ölümlə nəticələnir.

Qıtlıq illərində ölüm səbəbi əslində aclıq deyil, əvvələr vərdiş edilmiş toxluqdur. Az yağlı qidalara vərdiş edən və ümumiyyətlə, az yeyən insanların bağırsaqlarında rütubət sabit qalır. Hər cür təbii qidanı qəbul edə bilirlər. Belə insanlar qidalarını dəyişsələr də, bağırsaqlarında quruma halları baş vermir.

Həkimlər “Aclıq ölümdür” deyəndə insanın özünü birdən qidadan məhrum edərək ac qoymasını nəzərdə tuturlar. Bu halda qəfl aclığın təsiri ilə bağırsaqlar gücdən düşür və öldürücü xəstəliklər meydana gəlir. Lakin yeməklər birdən-birə deyil, yavaş-yavaş və tədricən azaldılarsa, bu, təhlükəli nəticələrə gətirib çıxarmaz. Riyazatı dayandırıb əvvəlki hala, yəni əvvəlki kimi çox yeməyə qayıtmaq istəyəndə də tədriciliyə riayət etmək, qidanı yavaş-yavaş artırmaq lazımdır. Birdən-birə, tədriciliyə əməl etmədən çox yemək ağır fəsadlara, ölüm hallarına səbəb olur.

Az yeyənlərin orqanizmi sağlam, ağlı duru və qüvvətli olur (Müqəddimə, 222).

Əslində, heç kim ruzisizlikdən ölmür. Çünki Allah orqanizmi elə yaratmışdır ki, qəbul edilən qidanın bir qismi ehtiyat yağ kimi vücudda toplanır. Hətta bədənin hər hüceyrəsinə göndərilən ruzinin bir hissəsi həmin hüceyrənin bir tərəfində ehtiyat kimi saxlanılır. Bunları gələcəkdə qida çatışmazlığı ehtimalına qarşı daxili ehtiyat olaraq tədarük edilir.

Bir çox hallarda insanlar bu ehtiyat ruzi qurtarmadan ölürlər. Deməli, bu kimi ölüm halları ruzisizlikdən deyildir, əksinə orqanizmin alışdığı çox və yağlı yemək vərdişlərinin pozulması ilə baş verir.  

Bəli, orqanizmdə piy şəklində toplanan təbii qida (ruzi) vücudu orta hesabla qırx gün mükəmməl şəkildə təmin edir. Hətta bu müddət bəzi hallarda 80 günə qədər uzanır.

London həbsxanasında bir nəfərin inadkarlıqla yetmiş gün heç nə yemədən yaşadığını neçə il əvvəl qəzetlər yazmışdı. Yaxın illərdə yenə İngiltərədə aclıq aksiyası keçirən bir qrupun çox yaşadığını radio və qəzetlər xəbər verirdi.

Deməli, aclıq zamanı qırx gün keçməmiş baş verən ölüm hallarının qida çatışmazlığı ilə (ruzisizliklə) heç bir əlaqəsi yoxdur. Bu, daha çox “Vərdişləri tərk etmək həlak edən səbəblərdəndir” prinsipinin təzahürü olaraq çox yemə vərdişinin pozulmasından irəli gəlir.

Belə bir təhlükə Peyğəmbərimizin (s.ə.s) sünnətinə əməl edərək sadə həyata, az yeməyə vərdiş edən, ildə bir ay oruc tutan insanlardan uzaqdır. Çünki onların orqanizmi oruc sayəsində hüceyrədə toplanmış ehtiyat qidalardan istifadə vərdişi qazanır.



Açar sözləri

ac qalmaq Ramazan sebir

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz