1. 485 dəfə oxunub ,   0 şərh   Çap et

Haqq-Təala yer üzünü bir süfrə kimi süsləmiş və hər mövsüm­də bir-birindən ləziz min bir neməti o süfrədə istifadəmizə vermişdir. Bu bitib-tükənməyən nemətlərin əvəzində də nemətlərin şüurunda olub layiqincə şükür etməyimizi istəmişdir. Halbuki alışqanlıq və qafillik üzündən çox vaxt – ramazan ayından başqa – bu nemətlərin şüurunda ola bilmirik. Xüsusən, bir çox imkanlı insanlar başqa vaxtlarda aclıq çəkmədikləri üçün nemətlərin qədrini tam dərk edə bilmirlər. Ramazanda ən kasıb insandan ən varlıya qədər oruc tutan hər kəs bir qurtum su və bir dilim quru çörəyin nə qədər böyük nemət olduğunu anlayır və qəlbi Rəbbinə şükür hissi ilə dolub-daşır.

Oruc nəfsin tərbiyə edilməsində də mühüm rol oynayır. Nəfs sərbəst, necə gəldi yeyib-içdikcə özünü güclü və azad hiss edir. Hələ üstəlik maddi imkanları yaxşıdırsa və qəflət içində üzürsə, Allahın lütf etdiyi nemətləri özününkü kimi hesab etməyə başlayır. Ramazan orucu varlı, kasıb – hər kəsə nemətlərin əsl sahibinin Allah olduğunu xatırladır. Yemək-içməyə iftar vaxtı çatmadan əl uzada bilməyən insan Allahın aciz qulu olduğunu və Onun əmri və izni ilə hərəkət etdiyini anlayıb Rəbbinə şükür edir.

Bundan başqa insan dünya nemətləri içində üzərkən xəta­la­rını, qüsurlarını, acizliyini görmür. Özünü polad kimi möhkəm hiss edir və dünyada əbədi qalacağını sanır, daha doğrusu, ölüm­ gerçəyindən çox uzaqlaşır. Bu halda da Rəbbini və qulluq­ və­zifələrini unudub, var gücü ilə dünyadan yapışır. Ramazan orucu ən qafil və ən inadkar insanlara belə nə qədər aciz, zəif olduqlarını hiss etdirir. İnsan ac qalmaqla Rəbbinin mərhəmətinə və şəfqətinə nə qədər möhtac olduğunu anlayır, qulluq şüuruna vararaq şükür hisləri ilə Ona yönəlir.

Bütün müsəlmanlar üçün ən gözəl və yanıltmaz (doğru yol göstərən) bir rəhbər olan Qurani-Kərim ramazan ayında nazil­ ol­muşdur ki, bu da həmin ayın nə qədər dəyərli olduğunu gös­tərir. Xalq arasında geniş yayılan “Ramazan ayı Quran ayıdır” sözü bu həqiqəti  çox gözəl xülasə edir. Oruc sayəsində yeməyi, iç­məyi və digər nəfsani arzuları tərk edən müsəlmanlar, sanki, “mələk”ləşir. Yer üzü böyük bir məscidə çevrilir və mələkləşən mü­səlmanlar Quranı yenicə nazil olmuş kimi böyük həyəcanla oxuyub dinləyirlər. Allaha qul, Həzrəti Məhəmmədə (sallallahu əleyhi və səlləm) ümmət olmağın həzzini bütün varlığı ilə hiss edib yaşayırlar. Həmçinin Uca Rəbbimiz Ramazan ayında edilən ibadətlərə başqa aylara nisbətən qat-qat artıq savab lütf edir. Ramazan ayı bu xüsusiyyəti ilə də axirət üçün əsl “qazanc” mövsümüdür.

Orucun insanın ruhi-mənəvi və fiziki sağlamlığı baxımından­ da bir çox faydaları vardır. Tibb elminin məlumatlarına görə, xəstəliklərin böyük əksəriyyəti rejimsiz və kor-koranə qida­lan­maqla bağlıdır. Həkimlər bir çox xəstəlikdən qorunma və müalicə məqsədi ilə xəstələrə pəhriz saxlamağı tövsiyə edirlər. Oruc insan üçün həm ən yaxşı pəhriz olur, həm də ilin heç olmasa bir ayı vücudun dincəlməsini təmin edir. Həm də insan aclığa dözüm, səbir kimi bir çox gözəl keyfiyyətlərə yiyələnir.

Oruc yoxsul insanların vəziyyətini başa düşməyə və nəticə ola­raq cəmiyyətdə həmrəylik və yardımlaşma hislərinin qüvvət­lənməsinə səbəb olur. Kiçik-böyük, varlı-kasıb, demək olar, hər kəs ramazan ayının mənəvi ab-havasını və orucun bərəkətini öz həyatında hiss edir.

Rəbbimiz “Ramazanlar”ı layiqincə dəyərləndirməyi nəsib etsin. Digər aylarımızı da ramazan kimi bərəkətləndirsin.



Açar sözləri

Ramazan

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz