Müqəddəslər ordusunun Rəhbəri, gəlmiș və gələcəklərin ən birincisi vəfa duyğusu sayəsində heç kimə nəsib olmayan səma səyahətinə müvəffəq oldu. O, bunun sayəsində mələklərdən də uca məqamlara təşrif apardı və heç bir faninin yüksələ bilmədiyi məqama, nemətə sahib oldu. Sonra da göz qamașdıran o heyrətamiz xoșbəxtlər diyarını ümmətinə olan vəfa hissi ilə tərk edib dostlarının yanına döndü. Onlarla birlikdə mübarizə aparacaq, qarșıya çıxan maneələrə, çətinliklərə sinə gərəcək, onları o uca məqamlara yüksəldəcəkdi… Ona cənnətləri və huriləri unutduran dost və yoldașlarına vəfası idi. Onun bașı göylərin ehtişamına toxunduğu vaxtda bütün mənəvi payələri bir tərəfə qoyub bu iztirablı və əzablı dünyaya yenidən qaytaran bir vəfa sözü idi!..
Allah Rəsulu (s.ə.s.) vəfa örnəyi idi. Sözündə durması, vədindən dönməməsi, özünə və səhabələrinə kömək edənləri əsla unutmaması, tez-tez dostları ilə hal-əhval tutması, vəfat etmiș yaxınlarını yad etməsi, ümməti üçün böyük fədakarlıqlar göstərməsi vəfanı təmsil edir və təkcə bu xüsusiyyəti belə Onun bir peyğəmbər olduğunu sübut edir. Vəfalı Rəsulullah Müsəlmanlara da vəfalı olmağı tövsiyə edirdi.
O, çox vəfalı insan idi. İslam yolunda can qoyanlara son nəfəsə qədər vəfalı oldu. Rəsulullah onlara elə bağlı idi ki, Rəbbinə qovușacağını düșünəndə belə, (bu onun muradı idi) onlardan ayrılacaq deyə hıçqıra-hıçqıra ağlamıș və: “Yaxında məni sizdən sorușacaqlar,” – deməklə kifayətlənmișdi.
Bir dəfə Herakl Əbu Sufyana Rəsulullahla bağlı suallar vermișdi.
– Sizə nəyi əmr edir.
Əbu Sufyan:
– Bizə namaz qılmağı, dürüst, iffətli, əhdə vəfalı olmağı və əmanətə riayət etməyi, – deyə cavab verir.
Herakl:
– Bəli, bunlar bir Nəbiyə xas xüsusiyyətlərdir, – deyə cavab verir.[1]
Hətta vəfasız insanın qiyamətdə düşdüyü vəziyyəti belə təsvir edir: “Qiyamət günü əhdinə və sözünə əməl etməyən insan üçün bir bayraq sancılır və ona: “Bu, sənin əməl etmədiyin șeydir,”[2] – buyurulur”.
[1]. Buxari, 2/952
[2]. Buxari, 5/2285; Müslim, 3/1359; Əbu Davud, 2/91