4. 232 dəfə oxunub ,   0 şərh   Çap et

Bəli, Allah Rəsulu (s.ə.s) bu möcüzəvi səfərdə ruhu və vücudu ilə iştirak etmişdir. Bunun dəlilləri belədir:

1. Qurani-Kərimdə bu hadisə təsvir edilərkən işlənən sözlər Rəsulullahın bu səfərə ruhən və cismən getdiyini göstərir. “Qulunu bir gecə Məscidül-Haramdan Məscidül-Əqsaya qədər…” ifadəsindəki “əbd” (qul) sözü ruh və bədəni ehtiva edir. “Əbd” sözü Quranın digər ayələrində də bu mənada işlənir. Nəss həqiqi mənanı verirsə, onun təvilinə (şərhinə) girmək doğru deyildir. Üstəlik bu səfər yuxuda olarkən və yalnız ruhla baş tutsaydı,  ayədə  “…qulunun ruhu ilə…” sözü işlənərdi. 

2. İsra-Merac hadisəsindən bəhs edən “İsra” surəsi “Subhanəlləzi əsra bi abdihi” ayəsi ilə başlayır ki, ərəblər də heyrətamiz bir hadisə ilə qarşılaşıb dəhşətə gələndə “sübhanallah!” deyərdilər. Bu surənin belə bir cümlə ilə başlaması göstərir ki, burada qeyri-adi hadisələr təsvir olunacaq. Əgər bu, yuxuda görülmüş olsaydı, heyrətamizliyinə işarə edilməzdi. 

3. Mövzu ilə bağlı bir ayədə “Sənə (Meracda) göstərdiyimi insanlar üçün bir fitnə (imtahan vəsiləsi) etdik[1] ifadəsi işlənir ki, meydana gələn bu hadisə də ruh və bədənin birgə iştirakına işarədir. Belə ki, Rəsulullah əvvəllər də mənəvi aləmə dair bir çox hadisədən xəbər vermişdi. Ancaq müşriklər bunların heç birinə bu şəkildə qəti etiraz etməmişdilər və onlar bir imtahan vəsiləsi olmamışdı. Onsuz da, insanlar yuxularında bir çox qəribə hadisələr görür, keçilməz məsafələr aşırlar. Səhər durub bunları camaata danışanda da heç kim olanları qəribə qarşılamır və qeyri-mümkün hesab etmir. Ancaq İsra-Merac hadisəsini eşidən müşriklər ona qarşı çıxmış, bunun mümkün olmadığını iddia etmişdilər. Əgər İsra və Merac ancaq ruhla, cismən deyil, sırf mənən gerçəkləşmiş olsaydı, hadisəni bu cür sərt və kəskin etirazlarla qarşılamazdılar.     

4. İsra və Meracın ruh və cisimlə olduğu haqda səhabə və ümmətin icması (yekdil fikri) var. Hz. Əbu Bəkir, Hz Ömər, Hz. Osman, Hz. Əli kimi böyük səhabələr bu hadisənin ruh və bədənlə gerçəkləşməsi məsələsində həmfikirdilər.

5. Bu hadisədən sonra istər Ümmü Haninin Allah Rəsuluna görə narahat olması, istərsə də Onun (s.ə.s) öz əndişələri göstərir ki, İsra və Meraca ruh və bədəni ilə getmişdir. Əgər Rəsulullah İsra və Meraca cismi ilə deyil, yalnız ruhu ilə getsəydi, insanların bunu qəbul edib-etməyəcəyinə dair əndişə olmazdı.

6. Əgər İsra və Merac yuxuda və sırf ruhla baş versəydi, nə Rəsulullahın peyğəmbərliyinə dəlil, nə də bir möcüzə sayılardı. Çünki insanlar yuxuda uçur, normal həyatda mümkün olmayan işləri görür, hər cür xariqüladə hadisələri görə bilir. Ancaq heç birini qəribə hadisə və ya möcüzə kimi təqdim etmir. Heç kim də yuxuda görülən bu cür şeyləri inkar etmir.

7. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi. And olsun ki, (Peyğəmbər) Rəbbinin ən böyük qüdrət nişanəsini gördü.

8. Həmçinin Allah Rəsulunun Məscidül-Əqsada digər peyğəmbərlərə namaz qıldırması bu hadisənin ruh-bədən bütövlüyündə baş verdiyini isbat edir.

Bütün bunlardan aydın olur ki, İsra və Merac Allah Rəsulunun bir möcüzəsidir. Qurani-Kərim, sünnə və icma[2] bu hadisənin olduğunu təsdiq edir.


[1] İsra, 17/60.

[2] Əshabın yekdil rəyi ilə əqaid hökmünə çevrilmiş dinin əmrləri.



Açar sözləri

isra merac peyğəmbərimiz

Bənzər məqalələr

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

İsra və Meracın peyğəmbərlik dəlili olması nə deməkdir?

“İsra” sözü lüğəvi mənasına görə, “gecə vaxtı edilən səfər” deməkdir. Allah-Təalanın qulu Məhəmmədi (s.ə.s) gecənin bir vaxtı Məkkədə Məscidül-Haramdan Qüdsdəki Məscidül-Əqsaya aparması və təkrar eyni yerə gətirməsidir.

Merac gecəsi

Rəcəb ayının iyirmi yeddinci gecəsi Merac gecəsi adlanır. Bu gecə Uca Allah sonuncu peyğəmbəri Hz. Muhammədi (s.ə.s) bir möcüzə olaraq Məkkədən Qüdsdəki Məscidi-Əqsaya, oradan da meraca yüksəltmişdir. Bu hadisə hicrətdən bir il yarım əvvəl meydana gəlmişdir.

Allah Rəsuluna qarşı vəzifələrimiz

Müsəlmanlar üçün Allah Rəsulu təkcə bir elçi və vəhyi çatdıran deyil, əksinə, həm İslam dini və həyat tərzinin canlı timsalı, həm də hər dövrdə tərəddüdsüz sədaqət və itaət tələb olunan hakim və rəhbərdir.

Peyğəmbərimizin iftarı və sahuru necə idi?

Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.


Şərh yaz