2. 513 dəfə oxunub ,   0 şərh   Çap et

Amr b. Harisin rəvayət etdiyinə görə, Allah Rəsulundan nizə, qılınc, qalxan, dəbilqə kimi silahlar, Düldül adlı minik və sədəqə olaraq hədiyyə etdiyi ərazilər miras qalmışdı.

Həzrəti Əbu Hureyrənin rəvayətinə görə, Hz. Fatimə anamız Həzrəti Əbu Bəkrin yanına gələrək “Kimlər sənə varis düşür?” deyə sorușdu. Həzrəti Əbu Bəkir (r.a.) də: “Ailəm və uşaqlarım,” –  deyə cavab verdi. Hz. Fatimə: “Yaxșı, mənim halım nə olacaq? Atama varis belə deyiləm,” – deyincə Əbu Bəkir (r.a.): “Rəsulullahın “Bizlər özümüzdən sonra varis buraxmarıq” dediyini eșitmișəm. Allah Rəsulu bəzi insanların zəruri ehtiyaclarını (nəfəqəsini) təmin edərdi. Mən də həmin şəxslərin nəfəqəsini verməyə davam edəcəyəm,” – deyərək Həzrəti Fatiməyə təsəlli verdi.

Hz. Aișə anamız Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Biz peyğəmbərlər miras qoymarıq. Bizdən qalan hər șey sədəqə kimi qiymətləndirilər”. Yenə Hz. Aișə (r.a.): “Rəsulullah (s.ə.s.) özündən sonra nə dinar, nə dirhəm, nə qoyun, nə də dəvə qoymuşdu,” – deyə nəql edir.



Açar sözləri

peyğemberimizin mirası

Şərh yaz