1. 155 dəfə oxunub ,   0 şərh   Çap et

وَالَّذ۪ينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَا بِالْإ۪يمَانِ

Onlardan sonra gələnlər (mühacirlər başda olmaqla, Qiyamətə qədər bütün Müsəlmanlar) belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla!” {“Həşr” surəsi, 59/10}

وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِن۪ينَ وَالْمُؤْمِنَاتِ

(Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. {“Muhamməd” surəsi, 47/19}

رَبَّنَا اغْفِرْ ل۪ي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِن۪ينَ يَوْمَ يَقُومُ الْحِسَابُ

Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və bütün möminləri bağışla!” {“İbrahim” surəsi, 14/41}

 عَنْ أَبِي الدَّرْدَاءِ  أَنَّهُ سَمِعَ رَسُولَ اللّٰهِ  يَقُولُ: «مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يَدْعُو لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ إِلَّا قَالَ الْمَلَكُ وَلَكَ بِمِثْلٍ»

Əbu Dərda (r.a.) rəvayət edir: “Mən Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Din qardaşına qiyabən dua edən hər bir müsəlmana mələk də “bilmuqabələ” (istədiyin şeylərin eynisi sənə də verilsin) deyə dua edir”. [Müslim, Zikr 86]

 عَنْ أُسامَةَ بْنِ زَيْدٍ   قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنْ صُنِعَ إِلَيْهِ مَعْرُوفٌ فَقَالَ لِفَاعِلِهِ: جَزَاكَ اللّٰهُ خَيْرًا فَقَدْ أَبْلَغَ فِي الثَّنَاءِ»

Usamə ibn Zeydin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Yaxşılıq görən bir insan yaxşılığın müqabilində “Cəzakəllahu xayrən (Allah əvəzində sənə ən yaxşısını versin)” deyərsə, yaxşılıq edən adama ən gözəl təşəkkürü etmiş sayılır”. [Tirmizi, Birr 87]

 عَنْ جَابِرٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا تَدْعُوا عَلٰى أَنْفُسِكُمْ وَلَا تَدْعُوا عَلٰى أَوْلَادِكُمْ وَلَا تَدْعُوا عَلٰى أَمْوَالِكُمْ، لَا تُوَافِقُوا مِنَ اللّٰهِ سَاعَةً يُسْأَلُ فِيهَا عَطَاءً فَيَسْتَج۪يبَ لَكُمْ»

Hz. Cabir (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət etmişdir:

“Özünüzə, uşaqlarınıza və mal-mülkünüzə bəddua etməyin. Birdən bəddua vaxtı bütün diləklərin qəbul olunduğu icabət (dualaırn qəbul) saatına rast gələr və O da bədduanızı qəbul edər”. [Müslim, Zühd 74]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «أَقْرَبُ ما يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ، فَأَكْثِرُوا الدُّعَاءَ»

Əbu Hureyrə (r.a.) rəvayət edir:

“Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdu: “Qulun Rəbbinə ən yaxın olduğu an səcdə anıdır. Ona görə də o anı fürsət bilib çoxlu dua edin”. [Müslim, Salat 215]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: يُسْتَجَابُ لِأَحَدِكُمْ مَا لَمْ يَعْجَلْ: يَقُولُ قَدْ دَعَوْتُ رَبّ۪ي فَلَمْ يَسْتَجِبْ لِي»

وَف۪ي رِوَايَةٍ لِمُسْلِمٍ: «لَا يَزَالُ يُسْتَجَابُ لِلْعَبْدِ مَا لَمْ يَدْعُ بِإِثْمٍ أَوْ قَط۪يعَةِ رَحِمٍ مَا لَمْ يَسْتَعْجِلْ» ق۪يلَ: يَا رَسُولَ اللّٰهِ مَا الْاِسْتِعْجَالُ؟ قَالَ: «يَقُولُ: قَدْ دَعَوْتُ وَقَدْ دَعَوْتُ فَلَمْ أَرَ يَسْتَج۪يبُ ل۪ي فَيَسْتَحْسِرُ عِنْدَ ذٰلِكَ وَيَدَعُ الدُّعَاءَ»

Əbu Hureyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Qul nə qədər ki “Rəbbimə nə qədər dua etdim, amma duama cavab vermədi” deyib tələsmir, duasına cavab veriləcək”. [Buxari, Dəavat 22; Müslim, Zikr 90]

Digər rəvayət belədir

Allah Rəsulu (s.ə.s.):

– Qul nə qədər ki (dualarında) bir günah və ya qohumluq əlaqələrini pozan bir şey diləmir və bir də tələsmir, dualarına cavab veriləcək, – buyurdu. Ondan:

– Ya Rəsulallah! Tələsmək deyəndə nəyi nəzərdə tutursunuz? – deyə soruşdular. Buyurdu:

– “Dua edirəm, dua edirəm, amma cavab verilməsini görmürəm” demək və özünə görə duanın dərhal qəbul edilməməsindən bezərək dua etməkdən əl çəkmək”. [Müslim, Zikr 92]

 عَنْ أَب۪ي أُمَامَةَ  قَالَ: ق۪يلَ لِرَسُولِ اللّٰهِ : أَيُّ الدُّعَاءِ أَسْمَعُ؟ قَالَ: «جَوْفَ اللَّيْلِ الْآخِرِ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ»

Əbu Umamə (r.a.) belə nəql edir:

“Hansı dua daha məqbuldur?” – deyə Allah Rəsulundan (s.ə.s.) soruşdular. O da buyurdu: “Səhər vaxtı və fərz namazlarının ardınca edilən dualar”. [Tirmizi, Dəavat 79]



Açar sözləri

dua etmək

Bənzər məqalələr

Həmişə dua etmək

Çox vaxt dara düşəndə və çarəsiz qalanda əl açıb “Ya Rəbbi!…” deyirik. Başqa vaxtlarda elə hərəkət edirik, elə davranırıq ki, sanki, Allaha ehtiyacımız yoxdur. Halbuki ömrün elə bir anı, elə bir saniyəsi yoxdur ki, Allaha möhtac olmayaq. Qəribədir ki, insan yalnız darda qalanda, çətinliyə düşəndə Allaha möhtac olduğunu hiss edir. Halbuki o hər an bu ehtiyacın şüurunda olmalıdır.


Şərh yaz