4. 701 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Qurani-Kərimdə bir çox ayə təkrarlanmışdır. Bu təkrarların hikməti nədir?

Cavab: Hər kəlmənin işləndiyi cümlə, paraqraf və mətndə özünəməxsus mənaları var. Necə ki, bina tikintisində əsasən kubik, daş, beton və armaturdan istifadə olunur. Lakin tikilən binada kubik və daşa nisbətən taxta daha az işlədilir. Elə materiallar var ki, onlar binada sadəcə bir neçə yer üçün lazımlıdır.

Bu qayda dünyada çox yerdə nəzərə çarpır. Kainatda bir neçə əsas maddə var ki, bu maddələr hər varlıqda özünəməxsus formada mövcuddur.

Fikrin əhəmiyyətini bildirmək üçün əgər lazım gələrsə eyni kəlmə və cümlələr müxtəlif yerlərdə istifadə oluna, təkrarlana bilər. Çünki, burdakı təkrar eynimənalı deyil. Eyni kəlmə çoxmənalı ola, yerinə görə başqa mənaları da ifadə edə bilər. Təkrardan bəhs edərkən bunları nəzərə almalıyıq.

Quranda bəzi ayələrin təkrar olunmasının bir çox hikməti var. Təkrarlardan bəhs edərkən həmin dilin özünəxas xüsusiyyətlərinə də baxılmalıdır.

Quran insanlara çatdıracağı mesajı müxtəlif üslublarla təqdim edir. “Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!)” (Taha, 20/113) ayəsində də bu həqiqət bildirilmişdir.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Fikri ifadə etmək üçün cümlə qurarkən eyni kəlmədən bir neçə dəfə istifadə etmək mümkündür ki, bu dilin spesifik xüsusiyyətlərindəndir. Quranın da özünəxas üslubu var. Bəzi ayələr ilk baxışda təkrar kimi görünsə də əslində orda bir çox hikmət mövcuddur. Bunu misalla izah edək:

Təkrar olduğu iddia edilən ayələrdən biri Kafirun surəsinin 3 və 5-ci ayələridir. İlk baxışda həmin ayələrdəki kəlmələr eynilə təkrarlanmış kimi görünür. Əslində məna olaraq aralarında fərq var. Müfəssirlərin əksəriyyətinin fikrincə 3-cü ayədə Rəsulullah (s.ə.s) müşriklərin vəhy əsnasındakı vəziyyətini təsvir edərək “siz mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.” Deyir. Ləfzən eyni görünən 5-ci ayənin mənası isə əslində belədir: burada Allah Rəsulu (s.ə.s) sanki möcüzəli üslubla gələcəkdən xəbər verərək “siz mənim ibadət etdiyimə (gələcəkdə də) ibadət edən deyilsiniz.” Xəbərini verir.

Şübhəsiz ki, Qurani-Kərimdə təkrarlar mövcuddur və bəzi hadisələr bir neçə dəfə təkrar edilir. Bu təkrarlar daha çox qissələrdədir.

Bəzən xülasə, bəzən də təfsilatlı olaraq imana aid olan məsələlər təkrarlanır. Elə yer olur ki orda davranışa aid mövzulardan bəhs edilir. Bunların hamısının yerinə görə əhəmiyyəti var.

İman əsaslarına aid məsələlərin Qurani-Kərimdə təkrarlanması insanların şübhə və tərəddüdlərini aradan qaldırmaq məqsədi daşıyır.  

Qurani-Kərim Allaha imanımızı gücləndirmək üçün bu mövzu üzərində çox durmuşdur. Bu mövzuda o qədər çox misal və xüsusu qeyd edir ki, bu bəyandan sonra insan artıq Allaha iman mövzusunda əsla tərəddüd və şübhəyə düşmək istəmir.

Buna görə də təkrarlar nə qədər çox izah edilsə bir o qədər yaxşıdır və  imanın qəlblərə yerləşməsinə səbəb olduğuna görə də əhəmiyyətlidir.

Məhz buna görə də Hz. Peyğəmbər (s.ə.s) və peyğəmbərlərdən bəhs edilərkən də imanı gücləndirmək üçün təkrarlar edilmişdir. Bununla yanaşı Qurani-Kərimin dörddə üçünü və ya beşdə üçünü təşkil edən axirət, cənnət və yenidən dirilməyə dair yüzlərlə məsələ var. Bunlar bizim yenidən dirilmə və ondan sonra baş verəcək hadisələrə olan  imanımızı möhkəmləndirir.

Əslində Qurani-Kərim həm etiqadi, həm də əməli məsələləri insanlar yaxşı dərk etsinlər, anlasınlar deyə endirilmişdir. Yəni insanlar daim ibrət almaq üçün Qurani-Kərimə möhtacdır. Halbuki işlərimiz çox olduğuna görə biz Quranın hamısını oxuya bilmirik. Bunun üçün Qurani-Kərimin müxtəlif surələrində bütün hökmlər tez-tez təkrarlanır.

Qurani-Kərimi tam olaraq oxumaq imkanı olmayan, uzun bir surəni oxuyanda, təfsilatı ilə olmasa da xülasə olaraq Quranı təkrar etmiş sayılır. Məsələn, Quranın qısa surələrinin birində “Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur -İbrahimin və Musanın kitablarında!”[1] buyurulur. Burada təfsilat yoxdur. Əvvəlcə bu xüsusa diqqət çəkilir və başqa surələrdə təfsilatlı olaraq verilir.

Bu nöqteyi-nəzərdən deyə bilərik ki Allah-Təala bəşəriyyətə mərhəmət etmiş, kainatı izah edən elə bir kitab nazil etmişdir ki, bu Kitabın içində kainatın bütün mənaları, insanların vəzifələri, gedəcəyi əbədi həyatda görəcəyi şeylərin hamısı mövcuddur. Amma bir insan hər gün Quranı başdan-sona qədər oxuya bilməz. Hətta mənasını anlayaraq oxumaq əsla mümkün olmaz.

Bunun üçün Bəqərə surəsi kimi bir surəni oxuyan kimsə Qurani-Kərimin hökmlərinin demək olar ki, hamısını orada görə bilər. Əgər daha sonra başqa surəni oxuyarsa, orada yenə fərqli hökmlərlə qarşılaşar. Və beləliklə bütün Quranı oxumuş kimi feyiz və bərəkət əldə edər. Bu səbəbdəb müfəssirlər “Allah bütün kitabları Qurani-Kərimdə, Quranı Bəqərə surəsində, Bəqərə surəsini Fatihə surəsində, Fatihəni də Bismilləhir-rahmənir-rahimdə xülasə etmişdir” deyirlər.[2]

Bütün kainat insanda xülasə edildiyi kimi, bütün keçmiş kitablar da Qurani-Kərimdə xülasə edilmişdir. Necə ki Allah, bütün peyğəmbərlərin xüsusiyyətlərini də Hz. Muhəmməddə (s.ə.s) xülasə etmişdir. İnsanlıq peyğəmbərlərdə, peyğəmbərlər Hz. Muhəmməddə xülasə edilmişdir deyə bilərik.

İlahi hökmlərin xülasəsi yenə də Qurani-Kərimdir. Buna görə də hər peyğəmbər özünə aid hissəsilə bu xülasənin içində öz yerini tutmuşdur. Hz. Musa Tövratla, Hz. Davud Zəburla, Hz. İsa da İncillə xülasə edilmişdir. Digər peyğəmbərlər də səhifələrilə bunun içindədirlər.

Qurani-Kərimin, xüsusilə qissələr mövzusunda anlatdıqları zahirən təkrar kimi görünsə də əslində təkrar deyil. Qurani-Kərimdə qissələr müxtəlif səbəblərə görə təkrarlanır. Hər dəfə təkrar ediləndə məsələnin hansı yönündən bəhs olunursa mövzu ona görə dilə gətirilir.

Qurani-Kərim bəzən məsələləri şərh edərkən mövzunu açıqlayır, müəyyən yerə qədər davam edərək izah edir.

Qurandakı hadisələrdə elə bir canlılıq vardır ki, eyni hadisə başqa yerlərdə fərqli nümunələrlə qarşımıza çıxaraq sanki, “Mən bir daha görünə bilərəmmi?” deyir. Hər dəfə eyni şey ifadə edilsə də, dinləyənlər onda fərqli şeylər görər. Ancaq işin incəliklərini anlamayanlar eyni şeylərin təkrar edildiyini zənn edərlər.

Məsələnin digər mühüm tərəfi də təkrar kimi görünüənlərin Hz. Peyğəmbərin mənəviyyatını gücləndirməyi hədəfləməsidir. Tez-tez peyğəmbərlərin qissələri misal verilərək “Ey Rəsul! Səndən əvvəl başqa peyğəmbərlər də gəldilər. Sənin başına bəla və müsibətlər gəldi və Sənə yalançı, sehrbaz, kahin, şair, məcnun və s. dedilər. Budur Hz. Nuh peyğəmbər, ona da yalançı demişdilər. Öz qövmün belə sənə iman etmədi deyə kədərlənirsən. Bax, Hz. Musanın camaatı ona nələr edir. Unutma, Hz. İsanın həvarilərindən biri ona xəyanət etdi və onu düşmənlərinə satdı. Bu səbəbdən Sən də məruz qaldıqlarına fikir vermə” deyilməkdədir.

Qurani-Kərim, Peyğəmbərimizin məruz qaldığı müsibətlərə qarşı onu təsəlli etmək və mənəviyyatını möhkəmləndirmək üçün keçmiş peyğəmbərlərin qissələrini fərqli yönləri ilə bəyan etmişdir.


[1] Əla, 87/18.

[2] İbn Hibban, əs-Səhih XV, 495; ət-Təbərani, əl-Mucəmül-kəbir, IV, 10.




Bənzər məqalələr

Orucun tibbi hikmətləri

Oruclu insanın orqanizmi qida fəaliyyətinin azalması nəticəsində qeyri-iradi olaraq bir çox lüzumsuz yorğunluqdan xilas olur.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Həccin hikmətləri

Həcc ibadətinin iki yönü var: fərdi və ictimai. Fərdi yönü xüsusilə mühümdür. Çünki həcc ibadəti əslində hər kəs üçün bir ibadət, bir qulluqdur. Necə ki bir nəfər bayram kimi xüsusi günlərdə bir vəzirin, bir padşahın təbrikinə gedəndə ondan iltifat görür, eləcə də bir hacı sadə insanlardan olsa da, məqamlar keçmiş və ən yüksək mərtəbəyə ucalmış bir Allah dostu kimi Aləmlərin Rəbbinə yönəlir, külli ibadətlə şərəflənir.

Qurandakı “biz” ifadəsinin hikməti nədir?

Sual: Allah-Təalanın Quranda “mən” deyil, “biz” ifadəsini işlətməsinin hikməti nədir? Quranda Uca Allah haqqında həm “mən”, həm də “biz” əvəzlikləri işlənir. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətli olduğunu bildirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətə Allahdan daha layiq olan yoxdur.

Kainatdakı ümumi hikmət

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.


Şərh yaz